Bizə yazın

Hamiləliyin 37-ci həftəsi

09.06.2016

hamileliyin 37ci heftesiHamiləliyin 37-ci həftəsi daha bir tam hazırlıq həftəsidir. Əgər bu, sizin ilk hamiləliyinizdirsə, çox güman ki, siz körpəni qırxıncı həftəyədək daşıyaraq plan üzrə azad olacaqsınız. Əgər sizin artıq övladınız varsa, yaxud əkiz uşaqlara hamiləsinizsə, doğuş 37-ci həftədə baş verə bilər. Amma bu, vaxtından əvvəl doğuş hesab olunmur. Bu dövrdən başlayaraq sizin hamiləliyiniz tibbi parametrlərə əsasən tam müddətli hamiləlik hesab olunur.

Hamiləliyin 37-ci həftəsində yaşanan hisslər

37-ci həftədə doğuşun yaxınlaşması əlamətləri – selikli tıxacın (selikli, damarcıqlı ifrazatın) çıxması, qarnın aşağı düşməsi (körpə çıxmağa hazırlaşır), nəcisin cüzi durulaşması baş verir. Uşaqlıq maksimal ölçülərə çatır: çəkisi bir kiloqrama, həcmi 4-5 litrə bərabər olur, sidik kisəsinə düşən təzyiq artır, ayaqlarda və ayaqların arasında döyəcləyən ağrı baş verə bilər, bel ağrıyır, kürək gündə bir neçə dəfə quruyur. Bu mərhələdə hamilə qadınlar özlərində sarımtıl və ya qəhvəyi rəngli ifrazatlar müşahidə edə bilərlər – bəzən bu ifrazatlarda qan damarcıqları da ola bilər. Bu ifrazatlar qatı məhlul tərkiblidir. Hamiləliyin 37-ci həftəsi üçün çəhrayı-sarımtıl rəngli ifrazatlar və tutqun çalarlı selik səciyyəvidir – bütün bunlar uşaqlıq boynuna girişi qapayan selikli tıxacın çıxmasının əlamətləridir.

Əgər hamiləliyin 37-ci həftəsində qarın daşlaşarsa, yaxud mütəmadi ağrılar baş verərsə, bu barədə həkimə xəbər vermək yaxşı olar. Bu müddətdə uşaqlıq hipertonusda ola bilər, bu isə əksər hallarda vaxtından əvvəl doğuşa gətirib çıxarır. Doğuşun yaxınlaşmasından xəbər verən daha bir əlamət qarnın aşağı düşməsidir. Özünüzü dinləyin – diqqətli olun, hamiləliyin 37-ci həftəsində hisslər tam fərqli ola bilər. Bu həftə ərzində həkim dölətrafı suların axmasının olub-olmamasını yoxlamaq üçün uşaqlıq yolunu müayinə edir, uşaqlıq boynunun nə dərəcədə yumşalıb nazikləşdiyini müəyyən edir. Onun açılması da diqqətdən kənarda qalmayacaq. Onun artıq açılmağa başladığı istisna olunmur. Doğuş prosesində uşaqlıq boynu o qədər hamarlaşır ki, onun divarları nazikləşərək körpənin doğuş kanalından keçməsinə şərait yaradır. Təcrübəli mama həkimləri, adətən, açılış dərəcəsini «barmaqla» müəyyən edirlər. 4 barmaqlıq açılış 4 sm-lik açılış deməkdir. Amma doğuşun başlanmasına qədər uşaqlıq boynu 1 barmaqdan artıq açılmayacaq.

Hamiləliyin 337 hefte Uzi7-ci həftəsində dölün çəkisi

Hamiləliyin 37-38-ci həftələrində körpə artıq dünyaya gəlməyə hazır olur. Mama həkimlərinin təcrübəsində hamiləliyin 37-ci həftəsində doğuş nadir hal deyil. Körpə hətta dünyaya gəlməyə can atır — onun  orqanizminin bütün sistemləri işə başlamağa hazırdır, ağciyərlərin tam yetkinləşməsinə kömək edən kortizon hormonu inkişaf edir, bağırsaqlarda bir qədər ilkin nəcis toplanır, körpənin qarnının və başının çevrəsi təxminən eyni olur. Bu dövrdə körpənin boyu 47–47 sm, çəkisi isə 2,8 -2,9 kq olur – körpə dünyaya gəldikdən sonra biz onu məhz bu çəkidə və ölçüdə görməyə adət etmişik. Orqanizmin inkişaf prosesi davam edir, bütün sinirlər qoruyucu qılafla örtülür və bu, həyatın ilk ili boyunca davam edəcək. Körpənin qulaq və burun qığırdaqları bərkiyir, başında “saç düzümü” əmələ gəlir.
Bu dövrdə körpənin saçları 0,5 – 4 sm-dək böyüyür. Lanuqo (bədənindəki tükcüklər) yoxa çıxmalıdır, ilk doğuş sürtküsü körpənin bütün bədəni boyunca yayıla, yaxud da yalnız qatlarda qala bilər.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan