Bizə yazın

Hamiləliyin 35-ci həftəsi

09.06.2016

Hamileliyin 35ci heftesi Körpə ana bətnində «yetişir», onun artıq bütün orqanları mövcuddur və fəaliyyət göstərir. Bir müddətdən sonra körpə çanaq nahiyəsinə düşməyə başlayacaq və nəhayət, ananın nəfəs alması asanlaşacaq. Hamiləliyin 35-ci həftəsi ana üçün tam hazırlıq vaxtıdır. Mübadilə kartınızı həmişə özünüzlə daşıyın, telefonunuzun daim cərəyanla dolu olduğuna, hesabınızda pul olduğuna diqqət yetirin. Hələ tez olsa da, hər şey ola bilər.

Ana özünü necə hiss edir?

Ananın böyümüş qarnı çoxsaylı narahatlıqlar yaradır! Uşaqlıq daha da böyüyərək mədəni sıxır, ağciyərləri yastılaşdırır, diafraqmanın üstünə düşür. Bir qədər də dözün: 35-ci həftənin sonunda körpə aşağı enməyə başlayanda rahat nəfəs alacaqsınız. İndi isə, əgər nəfəs almaq sizin üçün həqiqətən çox ağırdırsa, belə bir hərəkət edin: əlləriniz və dizləriniz üstə çömələrək bir neçə dəfə dərindən nəfəs alın. Hamiləlik müddəti kifayət qədər böyükdür və hamiləliyin 35-ci həftəsində narahatlıq hissi bir çoxları üçün səciyyəvidir: qadınlara, mütəmadi olaraq, ayaqlarındakı ağrılar və qarnın alt hissəsində dartıcı ağrılar əziyyət verir. Əlbəttə, körpə artıq böyükdür, onun yeri dardır, ananın qarnı daim gərgin vəziyyətdədir.

Hamiləliyin 35-ci həftəsində bəzi qadınlarda müəyyən narahatlıqlar yarana bilər: qarın daşlaşır, ayaqlar şişir, yorğunluq hissi ananı əldən salır. Amma bu simptomları yüngülləşdirmək və hətta bütünlüklə aradan qaldırmaq mümkündür. Bəzən bunun üçün tam sadə hərəkətlər tələb olunur. Belə ki, oturaq həyat tərzindən qaçmaq, hər 10 – 20 dəqiqədən bir gəzişmək lazımdır.  Ətraflarda şişlərin yaranmaması üçün çoxlu maye içmək olmaz. Səhərlər və gün ərzində hamilə qadınlar üçün nəzərdə tutulmuş yüngül idman hərəkətləri etmək yaxşı olar. Düzgün və az-az qidalanmaq vacibdir. Hamiləliyin 35-ci həftəsi maksimum nikbin əhval-ruhiyyə və əminlik dövrüdür. Əgər qarşıdan gələn doğuşla əlaqədar sizdə hər hansı qorxu yaranıbsa, bu qorxunu özünüzdən qovun. Gecələr yaxşı kinoya baxın, unutmayın ki, musiqi insanı sakitləşdirir – özünüz də mahnı oxuyun. Uşaqlar analarının mahnılarını dinləməyi sevirlər. Əmin olun: hər şey qaydasında olacaq. Sizin hamiləlikdən azad olmanıza çox qalmayıb – bu dövrdən həzz almağa çalışın. Əgər sizdə heç cür əminlik yaranmırsa, hamilə qadınlar üçün nəzərdə tutulmuş kurslara yazılın.    Cəmiyyət arasında insan daha cəsarətli olur. Bu kurslar sizin üçün ünsiyyət imkanı yaratmaqla bərabər, sizə dəyərli məlumatlar verəcək, sancılar zamanı özünü necə aparmağı öyrədəcək. Bilavasitə doğuş zamanı bu da əminlik yaradır.

Hamiləliyin 35-ci həftəsində körpənin çəkisi

35 hefte UZİ 35-ci həftədən başlayaraq körpə hər həftə 200–220 qram çəki toplayır, indi o, kifayət qədər möhkəmlənib. Körpənin çəkisi 2,4–2,6 kq, boyu isə 45–46 sm-dir. Körpənin “evciyi” onubn üçün daha da darısqal olur, o artıq əvvəlki kimi sərbəst hərəkət edə bilmir. Körpənin dırnaqları uzanır və hamiləliyin 35-ci həftəsində elə uzun olur ki, körpə özü də bilmədən hələ sizin bətninizdə özünü cıxa bilər. Bu tövrdə tükcüklər itir, piy toxuması artmaqda davam edir. İndi piy toxuması, daha çox, çiyinyanı nahiyədə artaraq körpənizin çiyinlərinə xoşagələn uçaq mükəmməlliyi verir. Hamiləliyin 35-ci həftəsində körpələr özü üçün ən rahat vəziyyət seçərək dünyaya gələcəyi günə qədər bu vəziyyətdə qalır. Əksər hallarda, hamiləliyin 35-36-cı həftələrində körpələrin çoxu düzgün vəziyyətdə: başıaşağı, üzü anasının kürəyinə tərəf uzanır. Kəllə sümükləri hələ bitişmədiyindən, doğuş yollarından keçərkən yüngül deformasiyaya uğraya bilər, bu isə doğuş prosesini yüngülləşdirir. Başıaşağı vəziyyət sizin körpəniz üçün daha rahatdır, yumurlanıb uzanması da bu dövr üçün təbiidir. Əgər körpə çevrilməyibsə, narahat olmayın – doğuş normal keçəcək. Təcrübəli mama həkimləri bunun üçün bütün zəruri tədbirləri görməlidirlər.

Hamiləliyin 35-ci həftəsində doğuş

Körpə artıq yetişib – indi o, dünyaya gəlişini gözləyən adi bir körpədir. Hamiləliyin 35-ci həftəsində doğuş normal hesab olunmasa da, təlaşlanmaq lazım deyil. İndi əsas məsələ düzgün məqamı əldən buraxmamaqdır. Əgər bel nahiyəsində mütəmadi ağrılar baş verərsə, ifrazatlar yaranarsa, yaxud qarnınızın daşlaşmasını hiss edərsinizsə, bu barədə dərhal həkimə bildirmək lazımdır. Bu halda, hətta hamiləliyin 35-ci həftəsində də hər şey yaxşı olacaq – nəhayət, ananın uzun müddət gözlədiyi övladı dünyaya gələcək.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan