Bizə yazın

Hamiləliyin 34-cü həftəsi

09.06.2016

Hamileliyin 34cu heftesi Hamiləliyin 34-cü həftəsində gələcək ana daim diqqət mərkəzində olmalıdır. Yaxud, o özü öz vəziyyətinə nizam-intizamla nəzarət etməlidir. Hamiləliyin 34-cü həftəsində “Brekston-Hiks sancıları” baş verir. Bu ağrı hissləri uşaqlığın yuxarı hissəsində yaranır, bütünlüklə qarın nahiyəsinə yayılır və sakitləşir. Amma bu, doğuş ağrıları deyil, odur ki, həyəcanlanmağa dəyməz. Dölətrafı suyun çəkilməsi isə narahatlıq yaratmalıdır və bu zaman həkimə müraciət etmək lazımdır.

Ana özünü necə hiss edir?

Orqanizm intensiv şəkildə doğuşa hazırlaşmağa başlayır. Uşaqlıq öz ilkin ölçüsündən 500 dəfə artaraq 10 dəfə ağırlaşır. Hamiləliyin 34-cü həftəsində dölətrafı suyun həcmi təxminən 1 litrdir. Halbuki, hamiləliyin 2-ci həftəsində dölətrafı suyun həcmi cəmi 20 millilitr idi. Bu mərhələdə siz bel nahiyəsində ağırlıq hiss edə bilərsiniz. Bu hissdən azacıq da olsa qurtulmaq üçün yatmazdan əvvəl çanağınızı sağa-sola fırladın. Süd vəziləri böyüyür, mütəmadi olaraq onlardan ağız südü sızır, cift hormonları tərəfindən südün yaradılması hələ ötən həftədən başlanıb və bu həftə davam edir. 34-cü həftədə cinsi əlaqələri təxirə salmaq lazımdır. Adətən, bu dövrdə qadınlar artıq doğum evini (əgər varsa) seçmiş olurlar, həkimlə tanış olurlar, onun telefon nömrəsini götürürlər, məhz həmin doğum evi üçün lazım olan əşyaların siyahısını dəqiqləşdirirlər. Hamiləliyin 34-cü həftəsində siz təmiz havada gəzinti üçün vaxt ayırmalı (əslində, bu, bütünlüklə hamiləlik dövründə vacibdir), çox sakit həyat tərzi keçirməli, hər cür stressdən və fiziki yüklənmələrdən uzaq qaçmalı, özünüzü ağır işlərlə yormamalısınız — doğuşun vaxtından əvvəl baş verməməsinə çalışmalısınız. Bu imkandan istifadə edin — doyunca yatın, istirahət edin, gözəl musiqi dinləyin, nikbin ədəbiyyat oxuyun. Körpənizə layla oxumağı da unutmayın – o sizi eşidir.

Hamiləliyin 34-cü həftəsində döl

34 hefte UZİHamiləliyin 34-cü həftəsində hestasion müddət (dölün yaşı) 32 həftə təşkil edir. Onun çəkisi artıq 2,2 – 2,5 kq təşkil edir. Hamiləliyin 34-cü həftəsində dölün boyu 43–44 sm hüdudunda dəyişir.  Körpə böyüyür, rüşeym tükcüklərini atır, rəngi açılır, dərisində, demək olar ki, qızartı qalmır. Bu həftə piy körpənin ümumi çəkisinin artıq 8%-ni təşkil edir. Hamiləliyin 34-35-ci həftələrində ilk doğuş sürtküsünün qatı daha dolğun olur – bu, körpənin dərisinin dölətrafı suyun təsirindən qorunması üçün lazımdır. Körpəniz vaxtından əvvəl dünyaya gəlməyə qərar versə, bu miqdarda sürtkü ilə o, doğuş yollarından asanlıqla sürüşüb keçəcək. Körpə bu həftə dünyaya gələrsə, o, yarımçıq yox, vaxtından əvvəl doğulmuş uşaq kimi qeyd olunacaq. Bu cür uşaqlar artıq sərbəst nəfəs ala bilirlər və intensiv qayğıya ehtiyacları yoxdur. Körpə artıq günbəgün deyil, saatbasaat böyüyür. Təbii ki, ana bətnində onun yeridaha da daralır.  İndi onun çevrilmələri və hərəkətləri artıq əvvəlki kimi sürətli deyil. Hamiləliyin 34-cü həftəsində tərpənişlər bir qədər dəyişir: körpənin hərəkətləri ciftin divarları ilə məhdudlaşır. Bu dövrdə demək olar ki, ana bir qədər sakitləşir, çünki yorulmaq bilməyən körpənin hərəkətləri bir qədər səngiyir.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan