Bizə yazın

Hamiləliyin 33-cü həftəsi

09.06.2016

Hamileliyin 33cu heftesi Hər şey qaydasındadır. Anada qanazlığı aradan qalxır, körpə daha 1 sm böyüyür. Ana bətni körpəyə darlıq edir. Körpə artıq yuxular görür. Yəqin, bu səbəbdəndir ki, 33-cü həftədə ana da öz yuxusunda parlaq və şən «cizgi filmləri» görməyə başlayır.

Ana özünü necə hiss edir?

Qartın tədricən böyüyür. Hələ də çanaqda və döş qəfəsində ağrı hissləri ananı narahat edə bilər. Amma bunun əvəzində, siz körpənizin sizi dizi ilə, yaxud dirsəyi ilə vurduğunu ayırd edə bilərsiniz. Uşaqlıq yuxarı qalxmaqda davam edir: bu mərhələdə o, artıq göbəkdən 13 sm yuxarı qalxmış olur. Sizin çəkiniz 9,9 kq-dan 12,6 kq-dək artır. Qırmızı qan cisimlərinin sayı plazmanın ölçüsünə uyğunlaşır, qanazlığı aradan qalxır. Amma başqa bir problem yaranır – tez-tez sidiyə getməli olursunuz. Böyümüş uşaqlıq qonşuluğundakı orqanları sıxır, sidik kissəsinə təzyiq göstərir və nəticədə gələcək ana bir gecədə 5–6 dəfə yataqdan qalxmalı olur. Hamiləliyin 33-cü həftəsində dölətrafı su müəyyən həcmə çatır və ta doğuşa qədər bu həcmdə qalır.

Simptomlar

Bu həftə qəbizlik, həzm pozğunluğu, damaqların qanaması, qulaqların tutulması, başağrısı, bel ağrısı, varikoz, ətraflarda qıcolmalar, ağız südünün sızması kimi simptomlar mümkündür. Bunlar mümkün simptomlar olsa da, mütləq deyil. Daxildəki yüngül təkanlar körpənin hıçqırmasından xəbər verə bilər. Bu, təbii prosesdir və sizdə heç bir narahatlıq yaratmamalıdır.

Hamiləliyin 33-cü həftəsində körpənin çəkisi

33 hefte UZİHamiləliyin 33-34-cü həftələrində normal inkişaf edən körpənin boyu artıq 42–44 sm-ə, çəkisi isə 2 kq-a həftəyə çatır. O, çox yatır (uşaqlar yuxuda böyüyürlər!), sürətli yuxu fazasında bəbəklərini tərpədir. Onun ürəyi təkmilləşməkdə davam edir – ürək qulaqcıqlarının arasında kiçik bir dəlik qalsa da, körpə ilk nəfəsini dərən kimi bu dərik qapanacaq.  Dilin üzərində dad məməcikləri formalaşıb. Körpəniz artıq turş və şirin dadları fərqləndirməyi bacarır.

Hamiləliyin 33-cü həftəsində tərpənişlər

Endorkin, əsəb və immun sistemlərinin formalaşması yekun mərhələdədir. Bədən hissələri mütənasibləşir. Körpənin dərialtı piy qatı artmaqda davam edir, sifətindəki qırışlar azalır, yanaqları “böyüyür”. Amma piy toxuması hələ kiçik olduğundan, vaxtından əvvəl doğulmuş körpələrin istini qoruyub saxlaması zəif olur. Onları qızdırıcı vasitəsi ilə inkubatorda saxlayırlar. Hamiləliyin 33-cü həftəsində bətndaxili tərpənişlərin fəallığı azalır. Körpə özünə lazım olan bütün maddələri daha fəal şəkildə anasından alaraq öz çəkisini artırır. İndi çevrilmək və yumbalanmaq onun üçün daha çətindir. Körpənin asanlıqla yumbalanaraq əllərini və ayaqlarını yellətdiyi vaxt artıq arxada qalıb.  İndi körpənin kütləsi və ciftdəki darısqallıq ona sərbəstlik vermir. Körpənin bütün hərəkətləri məhdudlaşır. Əl və ayaq barmaqları fərdi dəri şəklini alır.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan