Bizə yazın

Hamiləliyin 32-ci həftəsi

09.06.2016

Hamileliyin 32ci heftesiAna üçün yerimək get-gedə çətinləşir: hamiləliyin 32-ci həftəsi özünü büruzə verir. Bətnindəki körpə daha da fəallaşır. Doğuşa qədərki günləri indi barmaqla saymaq olar. Ana iki həftədə bir dəfə qadın məsləhətxanasına gedir və çəkisinin sürətlə artdığını aşkarladıqda, bu dövrdə artıq karbohidratlardan və süddən istifadəni dayandırmaq olar.

Ana özünü necə hiss edir?

Hamiləliyin 32-ci həftəsində dölün çəkisi durmadan artır (boy 42 sm, çəki 1,8 kq) və bu da, təbii ki, anada müəyyən narahatlıqlar yaradır. Göbək daha da dartılır, qarnın üzərindəki tünd xətt daha da tündləşə bilər. Bundan narahat olmağa dəyməz – doğuşdan sonra hər şey qaydasına düşəcək. Qarnın böyüməsi bir çox çətinliklər yaradır, uşaq qəflətən sizin qarbırğalarınıza dayaqlandıqda, yaxud uğursuz təkan verdikdə, vəziyyət daha da çətinləşir. Bu, hətta ağrı da verir. Kürəyinizi düz tutun, maksimum dərəcədə düzgün oturmağa çalışın. Hamiləliyin 32-ci həftəsində uşaqlıq tez-tez yığılır.

Ham32 hefte UZİiləliyin 32-ci həftəsində suyun çoxluğu

Övladının dünyaya gəlməsini gözləyən hər bir ana körpəsinə görə daşıdığı məsuliyyəti yaxşı dərk etməlidir. Buna görə də o, vaxtlı-vaxtında həkimə müraciət edərək öz hamiləliyinin gedişinin bütün təfsilatlarını ondan öyrənməlidir. Belə ki, bəzi hallarda hamiləliyin 32-ci həftəsində qadında suyun çoxluğu yarana bilər. Bu, patoloji hal hesab olunur. Suyun çoxluğu nadir hallarda, cəmi 2% ehtimalla baş verir. Buna, əksər hallarda, qadındakı müəyyən xroniki xəstəliklər səbəb olur. Amma təlaş etmək lazım deyil! Ginekoloqa vaxtında müraciət etsəniz, ağırlaşma hallarının qarşısını almaq mümkün olacaq. Həkim tədbir görəcək və problem aradan qalxacaq.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan