Bizə yazın

Hamiləliyin 31-ci həftəsi

09.06.2016

Hamileliyin 31ci heftesiHamiləliyin 31-ci həftəsi, doğuşun vaxtı tədricən yaxınlaşır. Körpə hər gün böyüyür, çəkisi artır, yeni vərdişlərə yiyələnir. Anası isə narahatlıq keçirir, rahat yeriyə və nəfəs ala bilmir. Körpə daha çox yer tutur və bir müddətdən sonra dünyaya gəlməyə hazırlaşır.

Ana özünü necə hiss edir?

Sizin çəkiniz təxminən 8,6 kq artıb. Bu, dölün, ciftin, dölyanı suların, böyümüş uşaqlığın və damarlardakı qanın miqdarının ümumi çəkisidir. Qarın böyüməkdə davam edir. Uşaqlıq bir qədər də qalxıb və indi göbəyin üzərində 11 sm hündürlükdədir. Döl durmadan artır və ana bətnində özünə daha çox yer tələb edir – odur ki, döş qəfəsinizdəki və çanağınızdakı xoşagəlməz hisslərdən narahat olmayın. Böyüyən uşaqlıq bütün orqanların yerini dəyişərək onların fəaliyyəti üçün müəyyən çətinlik yaradır. Bu, xüsusən, mədəyə aiddir. Qıcqırma bunu təsdiq edir.

Hamiləliyin 31-ci həftəsində baş verən problemlər

Bir qayda olaraq, hamiləliyin 31-ci həftəsində təngnəfəslik və bel ağrıları baş verə bilər. Obrazlı şəkildə desək, doğuş prosesində hazırlaşaraq bel “məzuniyyətə çıxır”. Bütün bel əzələləri və bağları indi istirahət edir ki, sonradan doğuş fəaliyyətində fəal iştirak edirlər. Bu həftə ayaqlarda damarların şişməsi mümkündür. Bu dövrdə çəki artımının yolverilən norması həftədə 300 qramdan artıq olmur. Normal təzyiq 120/70 mm civə sütunu təşkil edir. Hamiləliyin 31-ci həftəsində hamilə qadının müdafiə gücü ciddi şəkildə zəifləyir, süd yarasının baş verməsi mümkündür. Böyrəklər mayeni emal etməyi və duzları xaric etməyi çatdırmaya bilər, bu isə ətrafların şişməsinə gətirib çıxaracaq. Profilaktika üçün: hər dəfə imkan olanda oturarkən ayaqlarınızı nisbətən hündür yerə qoyun; ayaqqabı və geyim dar olmamalıdır; duzdan istifadəni azaldın; hər gün ən azı 1,5 litr su için4 mütəmadi olaraq sidik analizi verin; kompressiyalı corablar geyin.

Hamiləliyin 31-ci həftəsində körpənin çəkisi

Körpə fəal31 hefte UZİ şəkildə əzələ kütləsi toplayır,  hamiləliyin 31-ci həftəsində körpənin şəkisi 1,6 kq, boyu isə 39 – 40 sm-dir. O, barmağını sormağı bacarır. Körpənin beyni öz fəal inkişafını davam etdirir, sinir tellərinin ətrafında qoruyucu qılaflar peyda olur, buna görə də körpə indi impulsları daha cəld ötürə bilir. Daha bir mühüm dəyişiklik ondan ibarətdir ki, körpə artıq öyrənmək qabiliyyətinə malikdir. Bu həftədən başlayaraq, onun bəbəkləri təxminən böyük adamın bəbəkləri kimi olur, döl işığa və qaranlığa reaksiya verməyə başlayır, dəri altında ağ piy toxuması toplanır, körpə çəhrayı rəng alaraq görməyə alışdığımız görkəmə malik olur. İndi sizin körpəniz ağrı hiss edə bilir. Əgər siz təsadüfən qarnınızı həmişəkindən daha bərk bassanız, körpə buna dərhal reaksiya verəcək – tərpənməyə başlayacaq və bu üsulla öz etirazını bildirəcək. Körpə qəfil səslərdən diksinir, yəni 31-ci həftədən başlayaraq ətraf aləmin siqnallarına qarşı daha həssas olur. Hamiləliyin 31-ci həftəsində körpə anasının səsini yaxşı eşidir və ona ünvanlanan layla səslərini dərk edir.

Hamiləliyin 31-ci həftəsində tərpənişlər

Bu müddətdə körpə, əvvəlki kimi, vaxtaşırı olaraq, əlləri və ayaqları ilə xaotik hərəkətlər edir. Amma indi onun təkanları daha güclüdür. Ana daim öz qarnını müşahidə edərək daxilindəki həyatın necə cərəyan etdiyini izləyir. Hamiləliyin 31-ci həftəsində körpənin səciyyəvi hərəkətləri onun ətraflarının əzələlərinin inkişafı üçün zəruri olan tərpənişlər, kəskin səsdən və ya qorxudan diksinməsi və hıçqırıq zamanı bədəninin tərpənməsidir.

Əgər o indi doğulsaydı…

Aradan cəmi 7 gün keçir, amma bu 7 gün körpənizi elə dəyişir ki, o indi bir həftə əvvəl olduğundan fərqlidir. Onun ağciyər toxuması hər gün «yetişir», alveolar torbacıqlarda epitel hüceyrələr – “surfaktant” adlı xüsusi maddə ifraz edən qat yaranır. Bu, yeni doğulmuş insana öz ciyərlərini açmaqda və ilk dəfə müstəqil şəkildə nəfəs almaqda kömək edəcək. Fərqi hiss edirsinizmi? 30-cu həftədə bütün bunlar yox idi. Körpə hamiləliyin 31-ci həftəsində anadan olsaydı, onun həyatda qalmaq şanları qat-qat artıq olardı.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan