Bizə yazın

Hamiləliyin 3-cü həftəsi

22.04.2016

Hamileliyin 3cu heftesiMayalanma prosesi

Hamiləlyin 3-cü həftəsindəsiniz. Artıq yeni bir həyat başlamaq üzrədir. Bir yumurta hüceyrəsini xeyli sayda spermatozoidlər yaxınlaşmağa çalışır. Ancaq təxmini 10 saatlıq yolu qət edən spermatozoidlerden yalnız  biri 20 dəqiqə ərzində yumurta hüceyrəsinin qalın divarından daxilə girə bilir və bu zaman yumurta hüceyrəsinin qişası digərləri üçün keçilməz olur. Spermatozoidin yumurta hüceyrəsinə girdiyi an, orqanizmə mayalanma haqqında siqnal ötürülür. Bu zamanda müəyyən dəyişiliklər baş verir və bəzi qadınlar bunu hiss ede bilər. Mayalanmış yumurta sürətlə bölünərək hüceyrələrin çoxalmasına gətirib çıxarır. Uşaqlığa yerləşən Blastosist adlanan bu hüceyrələrin ümumi ölçüsü 0.15 mm- dir.  Artıq burada uşağın cinsiyyəti müəyyəndir.

Yumurta hüceyrəsi (X)  əgər X xromosumu daşıyan sperma ilə mayalanarsa XX – qız, Y xromosomu daşıyan sperma ilə mayalanarsa XY  3 hefte UZIisə doğulacaq uşaq oğlan olur. İnkişaf etməkdə olan İmplantasiya adlanan  bu hüceyrə topası 10 gün ərzində uşaqlığın divarına möhkəm birləşir və sürətlə bölünür. Tezliklə o qan damarlarına çevrilərək cift (plasenta) əmələ gətirir, hansıkı bu cift  9 ay boyunca uşağın qidalanmasını təmin edəcək. Cift unikal bənzərsiz bir orqandır. Onun əsas vəzifəsi anadan oksigeni qan vasitəsi ilə uşağa çatdırır. Cift sanki uşagda ağciyər, böyrək, həzm funksiyalarını yerinə yetirir. O həmçini sanki bir filtr rolunu daşıyaraq, təhlükəli maddələr viruslar üçün sədd yaradır. Bundan başqa ciftdə hormonlar və müxtəlif aktiv bioloji elementler yaranırki, onlar uşağın ana bətnində inkişafı üçün çox vacibdir.

  • 3-cü həftədə qidaniza bol meyvə və tərəvəz elavə edin. Konservant qidalardan uzaq olun. Təbii qidalara üstünlük verin. Həkiminizin məsləhəti ilə vitamin qəbuluna başlaya bilərsiniz.
Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan