Bizə yazın

Hamiləliyin 28-ci həftəsi

09.06.2016

Hamileliyin 28ci heftesi  28 həftə artıq üçüncü aydır. Doğuşa qədər o qədər də çox vaxt qalmayıb, siz isə hələ bu hadisəyə hazırlaşmalısınız. Əksər analar bu dövrdə işləməyə davam edir, amma bəzi nasazlıqlar tez bir zamanda istirahət barədə düşünməyə sövq edir.   Həqiqətən də, istirahətə çox qalmayıb. Siz hələ də əsasən adi həyat tərzinizi davam etdirirsiniz, amma bu o demək deyil ki, köməyə ehtiyacınız yoxdur.

Hamiləliyin 28-ci həftəsində potensial təhlükəli işlə məşğul olmaq qadağandır: ağırlıq qaldırmayın, yorucu işlə məşğul olmayın. Əksər hallarda, bu dövrdə qadınlar vaxtından əvvəl doğuşdan və vəziyyətinin pisləşməsindən daha ehtiyat etmirlər. Yolun böyük hissəsi arxada qalıb, gələcək ana psixoloji cəhətdən özünü ən yaxşı nəticəyə kökləyir. Analıq məzuniyyətinin yaxınlaşması haqqında fikir də yaxşı təsir göstərir. Psixoloqun qəbuluna yazılmaq pis olmaz – bu, qorxu və narahatlıqların öhdəsindən gəlməyə kömək edəcək. Əgər həkim şişlərin sizdən yan ötmədiyini görsə, içki rejiminizi dəyişməyi sizə məsləhət görə bilər. İçki rejimini necə dəyişməyi isə fərdi tövsiyyələr əsasında qərarlaşdıracaqsınız. Bu dövrdə duzun qəbulu da minimuma enir. Çalışın, turşu və marinadlar, duzlu-istiotlu salatlar yeməyəsiniz. Əgər siz hamiləliyin ilk həftələrindən özünüzü sağlam qidaya kökləmisinizsə, heç bir qadağa və məhdudiyyətlər sizi qorxutmayacaq. Bişmiş tərəvəzlər, təzə meyvələr, süd məhsulları, mal əti, taxıl bitkiləri, mors və içməli su – bütün bunlar indi sizə lazım olan ən sadə qida komponentləridir.  Sizin çəkinizlə bərabər, bədən quruluşunuz da dəyişilir. Qarnınızın dərisi ilə əlavə problemlərin yaranmaması üçün dartılmalara qarşı yağdan istifadə etməyi unutmayın. İndi bədənə diqqətli, zərif qulluq son dərəcə vacibdir.

Hamiləliyin 28-ci həftəsində döl 28 hefte Uzi

Dölün çəkisi artıq 1100 qrama, boyu isə 35 sm-ə çata bilər. O, artıq möhkəmlənərək güclənib. Siz bunu onun bəzən ağrılı təkanlarından da hiss edə bilərsiniz. Maraqlıdır ki, gündüzlər körpə az hərəkət edir,  gecələr isə çılğınlaşa bilər. Hər şey sadədir: gündüz ananın hərəkətləri körpəni yırğalayıb sakitləşdirir. Buna görə də o, əsasən, yuxusunu gündüz alır. Bir çox körpələr həmin dövrədək düzgün, başaşağı vəziyyət alır. Amma əgər körpəniz bunu hələ etməyibsə, həyəcanlanmaq tezdir – o, hələ çevrilməyə macal tapacaq. Но если ваш малыш этого не сделал, переживать рано, он ещё успеет перевернуться. Hamiləliyin 28-ci həftəsində anadan olmuş uşaqlar artıq həyat qabiliyyətinə malikdir. Onların şansları o qədər də böyük olmasa da, müasir tibb elmində bu cür körpələrə lazımi qayğı göstərilir. Hələlik, körpə heç bir dada üstünlük vermir. Əksər hallarda o, anası ilə həmrəy olur. Odur ki, əgər ana kəskin dadlı souslar və ədviyyatlar xoşlayırsa, uşaq da istər-istəməz bu dada alışacaq. İndi körpəyə sağlam dad təlqin etmək mümkündür!

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan