Bizə yazın

Hamiləliyin 27-ci həftəsi

09.06.2016

Hamileliyin 27ci heftesi Siz hamiləliyin üçüncü ayına keçirsiniz – indi daxilinizdəki həyatın yeddinci ayıdır. Sərbəst hərəkət etmək get-gedə çətinləşir – hər halda, bu həftələr ərzində üzərində böyük yük düşür. Sizin üçün oturmaq da, yatmaq da, hərəkət etmək də, hətta nəfəs almaq da çətinləşir. Amma əgər siz hamilə qadınlar üçün nəzərdə tutulmuş xüsusi fitneslə məşğul olurdunuzsa, bədəninizi nəzarətdə saxlamaq sizin üçün asan olacaq. Hamiləliyin 27 — 28-ci həftəsində körpə çox fəallaşır: ana öz qarnına diqqət yetirərək onun dirsəklərinin və dabanlarının hərəkətlərini hiss edə bilər. Bu həftə yeməklə ehtiyatlı olun – qidada bütün allergenləri istisna etmək lazımdır.

Hamiləliyin 27-ci həftəsi

Siz artıq təxminən 9 kq çəki toplamısınız. Bu, normaldır – hamiləliyin sonuna qədər siz hələ 3-5 kq da artıra bilərsiniz. Daha doğrusu, çəkinizin bu cür artmasına sizin hüququnuz var, bundan artıq çəki isə həm anaya, həm də körpəyə problemlər yaradacaq. Hamiləliyin 27-ci həftəsində uşaqlıq təxminən qabırğaların səviyyəsinə qalxaraq ağciyərləri və bağırsaqları sıxır. Bütün bunlar qəbizlik və ürəkbulanma yaratsa da, iştahın azalmasına səbəb olmur. Təəssüf ki, bu cür vəziyyət ta doğuşa qədər dəyişməyə bilər. Əlac yalnız düzgün və kiçik hissələrlə qidalanmaqdır. Bu çox mühüm dövrdür və bu, uşağın yerləşdiyi vəziyyətə də aiddir.

Hamiləliyin 27-ci həftəsində həkim sizə körpənin başıaşağı yerləşdiyini bildirdikdə, həyəcanlanmağa dəyməz: indi dölün vəziyyəti hələ bir neçə dəfə dəyişəcək. Körpə bətninizdə düzgün vəziyyət almadıqda, sizin hələ ona «təsir göstərməyə» vaxtınız var. İstisna deyil ki, həkimin tövsiyyəsi ilə xüsusi gimnastika ilə məşğul olacaqsınız.

Hamiləliyin 27-ci həftəsində dölün inkişafı27 hefte Uzi

Körpənin çəkisi artıq bir kiloqrama yaxındır, boyu isə 25  sm-ə yaxındır. Körpə sutkada 20 saat yatır, hər saat oyanır. Hesab olunur ki, hamiləliyin 27-ci həftəsində dünyaya gələn körpə artıq sağ qala bilər.  Amma təbii mühitdə bu mümkün olmayacaq – onun üçün öz bətndaxili “evini” təkrarlayan digər şərait lazımdır. Amma körpənin orqan və sistemləri artıq fəaliyyət göstərə bilir.  Hamiləliyin 27-ci həftəsində körpə artıq bəzi virus xəstəliklərinin öhdəsindən artıq müəyyən dərəcədə özü gələ bilir: dölün inkişafı indi körpənin immun sisteminin öz işinin fəal mərhələsinə qədəm qoymasını nəzərdə tutur. Müəyyən mənada indi körpə özü infeksiyalardan qoruna bilər. Körpənin immuniteti artıq bəzi zərərli maddələrə — allergenlərə reaksiya verməyə qadirdir. Buna görə də ana indi öz qidasında allergen səciyyəli məhsullardan istifadə etməməlidir. Körpə bir qədər də böyüyür və müvafiq olaraq, əlləri ilə, ayaqları ilə, başı ilə yeni hərəkətlər etməyə başlayır. Bir çox analar hamiləliyin 27-ci həftəsində USM-nin köməyi olmadan da, qarnın səthinin hərəkətindən körpənin təkanlarını və təpiklərini görə bilər: bu hərəkətlər indi çox aydın və bəzən hətta kəskin olur. Körpə indi işığa, anasının səhərlər qəbul etdiyi isti-soyuq duşa reaksiya verir, təpik atmağı və bir böyürdən digərinə çevrilməyi öyrənir.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan