Bizə yazın

Hamiləliyin 26-cı həftəsi

09.06.2016

Hamileliyin 26ci heftesiİkinci üçay başa çatır — hamiləliyin 26-cı həftəsi başlanır. Artıq gələcək ananın qarnı artıq göbəkdən 6 sm hündürdədir, siz özünüzü tam olaraq hamilə hiss edirsiniz. Təsəvvür edin – indi sizin uşaqlığınız kiçik qarpız boydadır! İndi doğuşa hazırlaşmağa başlamaq, xüsusi kurslara yazılmaq lazımdır. Sizin hamilə olduğunuzu indi hamı görür, hamı suallar və məsləhətlər verməyə can atır. Qarnın forması əsasında sizin oğlan və ya qız gözlədiyinizi söyləyənlər də tapılacaq. Amma əslində qarnın formasını qadının çanağı müəyyən edir: əgər çanaq dardırsa, hamiləliyin 26-cı həftəsində qarın itiuclu olacaq.

Hamiləliyin 26-cı həftəsində nə baş verir?

Böyüyən qarnınız nəfəsinizi sıxır, təngnəfəslik yaranır, hər zaman dərindən nəfəs almaq istəyirsiniz. Ayaqqabını sərbəst geymək çətinləşir, yerişiniz dəyişir. Böyük məsafələr və pillələr əsl problemə çevrilir. Bu müddətdə sizin çəkiniz +9 kq ola bilər – bu, normal rəqəmdir. Sizi bel ağrısı, ayaqlarınızda ağırlıq narahat edə bilər. Tez-tez istirahət edin, uzunmüddətli gəzintilərdən, uzun müddət növbələrdə dayanmaqdan və s. imtina edin. Hələ ki, siz həkimə iki həftədə bir dəfə gediriniz, amma əgər sizə hamiləlik qanazlığı və ya pielonefrit diaqnozu qoyulubsa, həkimə tez-tez getmək lazım gələcək.

Xüsusi bandaj geyinin, dartılmalara qarşı kremlərdən istifadə edin. Əgər sizdə ilkin sancılar, sancılarla bərabər tez-tez uşaqlığın hipertonusu baş verirsə, bu barədə həkimə xəbər vermək lazımdır. Vəziyyətinizdəki mümkün dəyişikliklər sizi məyus edə bilər. Amma bu çətinliklər əbədi deyil – bir müddətdən sonra sizi tamam başqa qayğılar bürüyəcək. Bu müddətdə tez-tez ürəkbulanma və mədə qıcqırması baş verə bilər. Burada təəccüblü heç nə yoxdur: uşaqlıq digər orqanlara təzyiq göstərərək onların yerini dəyişir, həzm sistemi də öz yerini dəyişməli olur. Bunun əlacı kiçik hissələrlə qidalanmaqdır. Tez-tez, amma xırda hissələrlə yeyin. Qidanızın həcmi təxminən yumruq boyda olmalıdır. İndi daha çox ev yeməyinə üstünlük verməlisiniz, amma bu, duzlu-istiotlu, hisə verilmiş, qızardılmış yemək olmamalıdır. Şirni və un məmulatlarını az-az yemək olar. Ədviyyatların da qədərini bilmək lazımdır – bətndəki körpə dölətrafı suyu   26 hefte Uziudur, bu su isə qadının qidalandığı yeməklərin dadını verir.

Hamiləliyin 26-cı həftəsində döl

Hamiləliyin 26-cı həftəsində dölün ölçüsü 23 sm, çəkisi isə 850 qramdır. Bəzən körpənin təkanları kifayət qədər ağrılı olur (xüsusən, əgər körpə qaraciyərə və ya sidik kisəsinə vurduqda). Körpə piy toplayır, dərisinin rəngi bir qədər açılır. Onun əsas hissləri dad və səslərdir. Güman ki, həzin musiqi, anasının mehriban səsi, təbiətin ecazkar səsləri körpənin xoşuna gəlir, uca səs-küy isə onu hürküdə bilər. Körpə ana bətnində anasının ürək döyüntülərini, damarlarından axan qanın səsini eşitdiyindən, bunlar onun üçün sevimli, doğma səslərdir. Bunu yadda saxlayın – yeni doğulmuş körpə ağlayıb-sıtqadıqda siz onu sinənizə sıxıb sakitləşdirə bilərsiniz. Körpə anasının ürək döyüntülərini eşidəcək, bu isə onun üçün tanış, doğma səsdir.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan