Bizə yazın

Hamiləliyin 25-ci həftəsi

09.06.2016

Hamileliyin 25ci heftesiHesab olunur ki, hamiləliyin 25-ci həftəsindən sonra uşaqsalma təhlükəsi əhəmiyyətli dərəcədə azalır. Odur ki, bu dövrü gələcək analar üçün psixoloji cəhətdən əhəmiyyətli hesab etmək olar. Vaxtından əvvəl doğuş da uşağın sağ qalmasına şans verir. Qadının çəkisi sürətlə artır, o. 6-7 kq kökəlir, amma doğuşa qədər hələ maksimum 5 kq da toplamaq olar. Körpə isə bu dövrdə artıq uşaqlıqda düzgün vəziyyət (başıaşağı) alırlar. Bu hələ baş verməsə də, mütləq alacaqlar.

Hamiləliyin 25-ci həftəsində nə baş verir?

Siz hələ də öz hamiləliyinizin çiçəklənmə dövrünü yaşayırsınız: bəzən özünüzü pis hiss etsəniz də, siz, çox güman ki, ayaqqabılarınızı özünüz geyə bilirsiniz və o qədər də tez-tez yorulmursunuz. Çəkiniz hər həftə 350 qram artır – çalışın, bu həddi keçməyəsiniz, öz çəkinizə nəzarət edin. Duzdan həddən artıq istifadə edən qadınlar şişlərdən əziyyət çəkə bilərlər. Bu, xoşagəlməz və eybəcər görünməklə bərabər, həm də təhlükəlidir. Hamiləliyin 25-ci həftəsində qarın daha da böyüyür. İndi müayinə zamanı həkim qarnın çevrəsini ölçür, dölün ürək döyüntüsünü dinləyir və onun uşaqlıqdakı vəziyyətini müəyyən edə bilir. Çəkinin artmasından başqa, sizin xarici görkəminizdə heç bir ciddi dəyişiklik baş verməyib. Sifətdə piqment ləkələri daha əvvəl yarana bilərdi, amma bu, mütləq deyil. Hamiləlik sakit cərəyan edir, heç bir xoşagəlməz hiss yoxdur, ananın əhval-ruhiyyəsi əksər hallarda yüksəkdir. Bu dövrdə hamiləliyin vaxtından əvvəl baş verməsi riski, demək olar ki, yoxdur. Odur ki, əsəbiləşməyin və daha çox istirahət edin! Saçlarınızın gözəl görkəminə diqqət yetirin. Hamiləlik hormonları saçlarınıza gözəllik və möhkəmlik verir. Amma saçlarınızı boyamağı tövsiyyə etmirik. Boyanın tərkibində ammonyak olmasa da, nəticənin ideal olacağına zəmanət verilmir. Hər halda, hormonal dəyişiklik özünü büruzə verir — yekun rəngi qabaqcadan müəyyən etmək mümkün deyil.

Hamiləliyin 25-ci həftəsində döl 25 hefte Uzi

Hamiləliyin 25-ci həftəsində körpənin boyu 22 sm-ə, çəkisi isə 700 qrama çatır. İndi körpənin boyundan daha çox, çəkisi artacaq. Siz körpənin hıçqırtılarını hiss edə bilərsiniz. O, tez-tez dölətrafı suları udur, bu su onun mədəsini doldurub diafraqmanı qıcıqlandırır. Körpənin hıçqırığı sizdə narahatlıq yaratmamalıdır, amma bu barədə həkimə xəbər vermək lazımdır. Hamiləliyin 25-ci həftəsində dölün inkişafı körpənin ağciyərlərinin artıq formalaşdığını və indi burada surfaktantın sürətlə formalaşmasını nəzərdə tutur. Körpənin doğulmasından sonra onun ağciyərlərinin açılmasına məhz bu maddə cavabdehdir. Siz körpənin tərpənişlərini gecə-gendez hiss edirsiniz, sizin yuxu və istirahət qrafikləriniz üst-üstə düşməyə bilər. Amma siz asanlıqla hiss edə bilərsiniz ki, hamar yolla maşında gedərkən, yaxud qayıqla üzərkən körpə sakitləşir. Hər şey sadədir: körpə yırğalanır və dünyaya gələndə də yırğalanacaq.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan