Bizə yazın

Hamiləliyin 24-cü həftəsi

09.06.2016

Hamileliyin 24cu heftesi Hamiləliyin 24-cü həftəsi ana üçün yeni hisslər dövrüdür. Körpənin çəkisi sürətlə artır və siz bunu hiss edirsiniz. Onun təkanları daha aydın hiss olunur, siz bu xoşagələn siqnallara daha çox alışırsınız. Amma bu cür sevincli dövrdə gələcək anaya ayaqlarındakı ağırlıq, mədə və sidik kisəsi nahiyəsində narahatlıqlar əziyyət verə bilər. Ozünə qarşı qayğıkeş, diqqətli münasibət hamiləliyin bu qarşısıalınmaz “əks təsirlərini” yüngülləşdirməyə kömək edə bilər.

Hamiləliyin 24-cü həftəsində nə baş verir?

Ananın orqanizmi körpənin bütün tələbatlarına uyğunlaşır. İndi əsas məsələ odur ki, ana bətnində inkişaf edib böyümək körpə üçün raahat olsun. Odur ki, qadın özü o qədər də xoş olmayan hisslər yaşaya bilər. Məsələn, bel nahiyəsində ağrılar yarana bilər . İndi bandaj geyinmək vaxtıdır. Bandaj sizin kürəyiniz üçün faydalı olmaqla bərabər, dartılmalardan da qoruyacaq. Rahat ayaqqabı böyük ağırlıq hiss edən ayaqlarınızın dincəlməsinə kömək edəcək. Bir çox analar bu dövrdə qıcqırmadan şikayət edirlər. Həqiqətən də, daxili orqanların yerdəyişməsi səbəbindən qıcqırma baş verə bilər. Bunun qarşısını almaq üçün az-az yemək lazımdır. Bu dövrdə hamilə qadın təxminən 300–500 qram çəki toplayır. İfratlığa yol vermək olmaz! Xoşagəlməz hisslərə hamiləliyin 24-cü həftəsində tər vəzilərindən ifrazatın artmasını aid etmək olar. Amma dezodorantlardan istifadə etmək lazım deyil – onların tərkibində külli miqdarda süni konservantlar və əlavələr var. Hamilə qadınlar üçün nəzərdə tutulmuş kosmetik vasitələrdən istifadə etmək daha yaxşıdır: onların spirt, paraben və silikon yoxdur.

Hamiləliyin 24-cü həftəsində döl24 hefte Uzi

Körpənin orqanları və sistemləri öz formalaşmasını başa çatdırır. İndi onların inkişaf etməsi və təkmilləşməsi vaxtıdır. Körpənin refleksləri və hissiyyat orqanları daha aktiv şəkildə inkişaf edir. Körpə artıq  çox şeyi: işığa reaksiya verməyi, dölətrafı suyun dadını hiss etməyi, anasının əhval-ruhiyyəsini duymağı bacarır. Körpə 16 – 20 saat yatır və onun rejimi anaının rejimi ilə qətiyyən üst-üstə düşməli deyil. Onun bədəni son dərəcə arıq olsa da, piy qatı olmasa da, hərəkətləri kifayət qədər kəskindir. Məhz hamiləliyin 24-cü həftəsində dölün hərəkəti anaya körpəsinin nə etdiyi barədə məlumat verir. Körpə gecə çox fəal ola bilər, amma anası artıq indidən onu yuxuya verə bilər.

Hamiləliyin 24-cü həftəsində dölün çəkisi 530  qram, boyu isə 21 sm-ə yaxın olmuşdur. Ana bətni körpə üçün tədricən daralır, ona görə də siz dölün təkanlarını və hərəkətlərini daha aşkar hiss edəcəksiniz. Buna diqqətlə yanaşın: bəzən körpə sizə siqnal verir: «sənin qəbul etdiyin vəziyyət mənim xoşuma gəlmir», yaxud «sən çox ucadan danışırsan, ana, özün də həyəcanlısan».

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan