Bizə yazın

Hamiləliyin 23-cü həftəsi

09.06.2016

Hamileliyin 23cu heftesiHamiləliyin 23-cü həftəsində gözəl ikinci üçaylıq davam edir. Bir çox analar qeyd edirlər ki, saçları heç zaman bu cür sıx, dərisi heç zaman bu cür parlaq olmayıb. Bütün bunların səbəbi hormonlardır – gördüyünüz kimi, onlar təkcə tosikozla təzahür olunmur. Nə yediyinizə diqqət yetirin. Qəbizlik və ürək qıcqırması yaradan yeməklər indi sizə qadağandır. Ayaqlarda ağırlıq hissinin yaranması da mümkündür. Özünüzü yormayın və rahat ayaqqabı geyinin.

Hamiləliyin 23-cü həftəsində nə baş verir?

Bu dövrdə əksər qadınlar özlərini çox yaxşı hiss edirlər. Amma bəzi narahatlıqlar da baş verə bilər. Bəzən oma sümüyü və ya sinə nahiyəsində ağrılar yaranır, amma əgər bu ağrılar güclü deyilsə, qorxulu heç nə yoxdur. Amma əgər ağrılar sizə əziyyət verirsə, bu barədə mütləq həkimə bildirmək lazımdır.  Ayaqlarda ağırlıq əzələ bağlarının dartılması ilə əlaqədardır. Ortopedik içlikli ayaqqabı seçin, ayaqlarınıza istirahət verin, çox gəzməyin və uzun müddət ayaq üstə qalmayın. Hamiləliyin 23-cü həftəsində varikoz başlanır. Buna səbəb damar divarlarının zəifləməsidir. Varikozu vaxtında aşkarlayaraq mümkün ağırlaşmaları azaltmaq lazımdır. Bu dövrdə qəbizlik, ürək qıcqırması, babasil kimi hallar da baş verir. Bu cür xoşagəlməz hallara nəzəri cəhətdən səbəb ola biləcək heç bir şey yeməyin. Qızardılmış, duzlu-istiotlu, hisə verilmiş, şirin yeməklərdən tamamilə imtina etməlisiniz. Artıq çəki problemini də unutmaq olmaz: hamiləliyin 23-cü həftəsində çəkinin 6,5 kq artması normal hesab olunur. İfrat çəki bəzi xəstəliklərin yaranmasına səbəb olacaq, hamiləliyin gedişi isə çətinləşəcək. Taxıl bitkilərindən, iri dənəvər çörəkdən, mal ətindən, qaynadılmış balıqdan isə imtina etmək lazım deyil. Həddən artıq şirin içki içməyin, fastfud  yeməyin.

Hamiləliyin 23-cü həftəsində döl

Bu dövrdə bir çox analar körpənin təkcə hərəkətlərini deyil, onun dirsəklərini və dabanlarını da aydın hiss edirlər. Bəzən hamiləliyin 23-cü həftəsində körpənin hərəkətləri o dərəcədə fəallaşır ki, hətta gələcək ana üçün müəyyən narahatlıqlar da yaradır. Körpənin çəkisi artıq 450 qramdır, boyu isə 20 sm-ə çata bilər.

Hamiləliyin 23-cü həftəsində körpə tədricən inkişaf edərək böyüyür, kütləsi artır, hissiyyat orqanları inkişaf edir. Tədqiqatlar sübut edir ki, 23 bətndaxili həftə yaşında olan körpə artıq yuxu görə bilər! Körpə zahirən də böyümüş olur: onun hərəkətləri daha aydın olur, o öz ətraf aləmi ilə maraqlanır — göbəkbağını dartır, özünü əlləyir. Körpə hələ çox arıqdır, qocaya bənzəyir. Gözləri açıqdır, işığı və qaranlığı seçə bilir. Körpə əskin səslərdən, səs-küydən qorxur, o, sizin sakit səsinizdən və anasının laylalarından xoşhallanır.

Hamiləliyin 23-cü həftəsində nə baş verir?

Bu dövrdə əksər qadınlar özlərini çox yaxşı hiss edirlər. Amma bəzi narahatlıqlar da baş verə bilər. Bəzən oma sümüyü və ya sinə nahiyəsində ağrılar yaranır, amma əgər bu ağrılar güclü deyilsə, qorxulu heç nə yoxdur. Amma əgər ağrılar sizə əziyyət verirsə, bu barədə mütləq həkimə bildirmək lazımdır.  Ayaqlarda ağırlıq əzələ bağlarının dartılması ilə əlaqədardır. Ortopedik içlikli ayaqqabı seçin, ayaqlarınıza istirahət verin, çox gəzməyin və uzun müddət ayaq üstə qalmayın. Hamiləliyin 23-cü həftəsində varikoz başlanır. Buna səbəb damar divarlarının zəifləməsidir. Varikozu vaxtında aşkarlayaraq mümkün ağırlaşmaları azaltmaq lazımdır. Bu dövrdə qəbizlik, ürək qıcqırması, babasil kimi hallar da baş verir. Bu cür xoşagəlməz hallara nəzəri cəhətdən səbəb ola biləcək heç bir şey yeməyin. Qızardılmış, duzlu-istiotlu, hisə verilmiş, şirin yeməklərdən tamamilə imtina etməlisiniz. Artıq çəki problemini də unutmaq olmaz: hamiləliyin 23-cü həftəsində çəkinin 6,5 kq artması normal hesab olunur. İfrat çəki bəzi xəstəliklərin yaranmasına səbəb olacaq, hamiləliyin gedişi isə çətinləşəcək. Taxıl bitkilərindən, iri dənəvər çörəkdən, mal ətindən, qaynadılmış balıqdan isə imtina etmək lazım deyil. Həddən artıq şirin içki içməyin, fastfud  yeməyin.

Hamiləliyin 23-cü həftəsində döl23 hefte Uzi

Bu dövrdə bir çox analar körpənin təkcə hərəkətlərini deyil, onun dirsəklərini və dabanlarını da aydın hiss edirlər. Bəzən hamiləliyin 23-cü həftəsində körpənin hərəkətləri o dərəcədə fəallaşır ki, hətta gələcək  ana üçün müəyyən narahatlıqlar da yaradır. Körpənin çəkisi artıq 450 qramdır, boyu isə 20 sm-ə çata bilər. Hamiləliyin 23-cü həftəsində körpə tədricən inkişaf edərək böyüyür, kütləsi artır, hissiyyat orqanları inkişaf edir. Tədqiqatlar sübut edir ki, 23 bətndaxili həftə yaşında olan körpə artıq yuxu görə bilər!

Körpə zahirən də böyümüş olur: onun hərəkətləri daha aydın olur, o öz ətraf aləmi ilə maraqlanır — göbəkbağını dartır, özünü əlləyir. Körpə hələ çox arıqdır, qocaya bənzəyir. Gözləri açıqdır, işığı və qaranlığı seçə bilir. Körpə əskin səslərdən, səs-küydən qorxur, o, sizin sakit səsinizdən və anasının laylalarından xoşhallanır.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan