Bizə yazın

Hamiləliyin 22-ci həftəsi

09.06.2016

Hamileliyin 22ci heftesiHamiləliyin 22-ci həftəsində körpənin orqanizmi daha da təkmilləşir. Körpə anasına qırılmaz tellərlə, o cümlədən emosional şəkildə bağlanır. Sizin bütün həyəcan və narahatlıqlarınız körpəyə də sirayət edir. Uzun müddət ayaq üstə, yaxud oturaq vəziyyətdə qalmaq, yeknəsəq bir işlə məşğul olmaq sizin üçün çətinlik yarada bilər. Hamiləliyin sonrakı gedişi və körpənin əhval-ruhiyyəsi ananın özünə necə qulluq etməsindən və öz orqanizminə qayğı göstərməsindən asılıdır.

Hamiləliyin 22-ci həftəsində nə baş verir?

Gələcək ana nizam-intizama xüsusi diqqət yetirməlidir. Yalnız sol böyrünüz üstə yatın, rahat oturub stulun və ya divanın arxasına söykənin, ayağınızı ayağınızın üzərinə aşırmayın. Unutmayın ki, indi sizin bütün hərəkətlərini iki insanın – sizin və körpənizin sağlamlığına xidmət edir.

Bir çox qadınlar bu dövrdə bandaj geyməlidirlər – o, bel nahiyəsinə düşən ağırlığı bir qədər azaldır. Bandajı seçməzdən əvvəl mütləq həkimlə məsləhətləşin. Zəruri halda, hamilə qadınlar üçün nəzərdə tutulmuş gimnastika ilə məşğul olun – bu, özünüzü tonusda saxlamaq və orqanizminizin artıq çəkiyə məruz qalmasının qarşısını almaq üçün gözəl imkandır.  Vaxtınızı boş yerə itirməyin: indi edə biləcəyiniz hərəkətləri üçüncü trimestrdə etməyə gücünüz çatmayacaq. Daha çox gəzişin.22 hefte Uzi

Hamiləliyin 22-ci həftəsində döl

Sizin körpəniz gün ərzində 200-dək hərəkət icra edir, amma onların hamısını siz, əlbəttə ki, eşitmirsiniz. Amma əgər uşaq özünü həddən artıq-tez-tez büruzə verirsə, çox güman ki, onun oksigeni çatışmır.  Yəqin, Siz az gəzirsiniz. Dölün bu hərəkəti barədə həkimə məlumat verin, o, körpənin bu cür fəal olmasının səbəbini tapacaq.  Hamiləliyin 22-ci həftəsində körpə öz sifətini tumarlaya, əlləri ilə tutma hərəkətləri edə, uşaqlıq divarını döyəcləyə bilər. O, həmçinin, barmağını sormağı çox sevir.

Hamiləliyin 22-ci həftəsində tərpənişlər aydın hiss olunur. İndi uşağın yatdığını, yaxud oyaq olduğunu asanlıqla müəyyən etmək olar. Körpə — artıq formalaşmış balaca insandır, o, işığı qaranlıqdan seçməyi bacarır, anasının əhval-ruhiyyəsinin dəyişdiyini hiss edə və həzin musiqi dinləyə bilir. Uşağın tərpənişlərinə və təkanlarına mütləq diqqət yetirmək lazımdır: o, sizin düzgün oturmadığınızı və ya uzanmadığınızı, yaxud çox ucadan danışdığınızı sizə bildirə bilər.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan