Bizə yazın

Hamiləliyin 21-ci həftəsi

09.06.2016

Hamileliyin 21ci heftesiHamiləliyin beşinci ayı, demək olar ki, sona çatıb. Doğuşa dörd ay qalır, bu cür vacib hadisəyə hazırlaşmaq üçün xüsusi kurslara yazılmağın əsl zamanıdır. Hamiləliyin 21-ci həftəsində bi çox qadınların çəkisi 4 kq-a qədər artır və çəki bundan sonra da artmaqda davam edir. Gələcək ananın görkəmi çox yaxşıdır: onun dərisi də, saçları da, dırnaqları da yaxşı vəziyyətdədir. Bu müddətdə onun səhhətində də normal halda heç bir problem olmamalıdır.

Hamiləliyin 21-ci həftəsində nə baş verir?

Hamiləliyin, belə demək mümkündürsə, qızğın çağıdır. Bel və çanaq nahiyyəsini ifrat dərəcədə yükləyən yorğunluq hiss olunmur, təngnəfəslik və yuxusuzluq yoxdur. Bununla belə, bu dövrdə qadın müəyyən narahatlıqlar hiss edə bilər. Amma bu, real vəziyyətlə yox, ifrat həssaslıqla əlaqədardır. Bu dövrdə bel ağrısı da baş verə bilər, amma siz uzun müddət bir vəziyyətdə oturub qalmasanız, narahat vəziyyət almasanız, bu problem aradan qalxacaq. Bu, yuxuya da aiddir. ən düzgün və rahat vəziyyət – sağ böyrü üstə yatmaqdır. Bütün gecəni çarpayıda qıvrılmaq lazım deyil – sadəcə, özünüzü havası təmiz, isti otaqda, məhz bu vəziyyətdə yatmağa kökləyin. Uşaqlıq artıq göbəyin üzərində 1 sm məsafədədir, daxili orqanları sıxır. Amma bu, ciddi problem yaratmalı deyil. Körpə artıq aşkar şəkildə itələşir, siz hətta onun hal-hazırda qarnınızın hansı tərəfində olduğunu da zahirən görə bilərsiniz.  İlk dəfə olaraq, gələcək anada onun intim həyatı ilə bağlı sual gələcək anada çaşğınlıq yarada bilər. Siz öz yeni formalarınızı uyğunlaşmalısınız, bu isə dərhal ba21 hefte Uziş vermir. Məyus olmayın – əgər qarnınız ağrımırsa və həkim qadağan etmirsə, həyat yoldaşınızla yaxınlıqdan imtina etməyin. Dözüm və diqqət bu incə məqamı dəf etməkdə sizə kömək edəcək.

Hamiləliyin 21-ci həftəsində döl

Hamiləliyin 21-ci həftəsində dölün ölçüsü, onun doğularkən malik olacağı boyun təxminən yarısına çatır. Amma onun çəkisi, doğularkən malik olacağı çəkidən qat-qat az  cəmi 360 qramdır. 21-ci həftədə körpənin həzm sistemi daha fəal inkişaf edir. Körpə fasiləsiz olaraq amnionik mayeni udur: bu yolla o, ağciyərlərini və qida borusunu məşq etdirir. Artıq indidən gələcək ana öz övladının düzgün dad ehtiraslarını formalaşdıra bilər. Körpənin endokrin vəziləri artıq işləyir, 21-ci həftədə bu vəzilərə dalaq da kömək olacaq. Körpə gecələr çox fəal ola bilər, ona yuxuya getməkdə kömək etmək üçün, sadəcə, qarnı yüngülcə sığallamaq və hətta layla oxumaq olar. Körpə artıq anasının səsinə və əhval-ruhiyyəsinə reaksiya verir.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan