Bizə yazın

Hamiləliyin 20-ci həftəsi

09.06.2016

Hamileliyin 20ci heftesiHamiləliyin 20-ci həftəsidir — Təbrik edirik, yolun yarısı artıq dəf olunub! İkinci yarısını dəf etmək sizin üçün psixoloji cəhətdən asan olacaq, çünki siz artıq körpəni sevirsiniz, onun hərəkətlərini hiss edirsiniz.

Hamiləliyin 20-ci həftəsində nə baş verir?

Uşaqlıq yuxarı qalxır və ölçüləri böyüyür. Bu həftədə qarın artıq irəli çıxır, göbək böyüməyə başlayır. Bəzi qadınların döş gilələrindən sarıtəhər maye – ağız südü sızmağa başlayır. Bu mayeni sıxıb çıxarmaq olmaz – döşü yumşaq salfetlə silmək kifayətdir. Bu, gələcək ana südünün əvvəlidir – o, doğuşa qədər kiçik miqdarda ifraz oluna bilər. Əgər uşağın təkanları çox güclüdürsə, çox güman ki, onun üçün oksigen çatışmır. Siz təmiz havada daha çox olmalı, hətta hamilələr üçün nəzərdə tutulmuş fitneslə məşğul olmalısınız. Uşaqlıq böyüdüyündən, qarnın dərisi dartılır. Bu, müəyyən qaşınma yarada bilər, amma xüsusi kremlər və losyonlar bu qaşınmanı aradan qaldırmağa kömək edəcək.

20-ci həftədə ananın iştahı yüksək, əhval-ruhiyyəsi gözəl olur, istisna olaraq, müxtəlif yerlərdə ağrılar baş verə bilər. Ürək qıcqırması yalnız hamiləlikdən əvvəl də mədə-bağırsaq traktı ilə problemləri olan anaları narahat edir. Əgər artıq 20-ci həftədə şişlər yaranıbsa, dərhal həkimə müraciət edin. Bu, həmin dövr üçün səciyyəvi hal deyil. Hər bir qəribə hissiyyat haqqında həkimə məlumat verin.

Hamiləliyi20 hefte Uzin 20-ci həftəsində döl

Hamiləliyin 20-ci həftəsində dölün çəkisi 260 qrama, boyu isə 16 sm-ə çatır. İki həftədən sonra döl nəzəri cəhətdən artıq həyat qabiliyyətinə malik olur. Demək olar ki, bütün orqanları və sistemləri  formalaşmış olur, amma o, hələ təkmilləşmək və ana bətnindən kənarda fəaliyyət göstərməyə hazır olmaq üçün çətin yol keçməlidir. Körpə artıq eşidir, işığı sezir, barmağını sormağı bacarır, başını yanlara çevirir. Vaxtın çox hissəsini yatsa da, “oynamağı” da unutmur. Körpənin dərisi möhkəmlənir, dəri altında biy qatı toplanır. Amma körpənin sifətində qətiyyən piy qatı olmadığından, onun sifəti qoca adamın sifətini xatırladır. 20-ci həftədə körpə ilk dəfə gözlərini açır: artıq onun göz qapaqları da, kirpikləri də mövcuddur. Körpə fəaldır, siz onun tərpənişlərini hiss edirsiniz.

Hamiləliyin 20-ci həftəsində dölün vəziyyəti: bir çox körpələr artıq bu həftədə başaşağı vəziyyətdə olur. Əgər sizdə belə deyilsə, narahatçılığa heç bir əsas yoxdur. Çox güman ki, o hələ bir neçə dəfə öz vəziyyətini dəyişəcək.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan