Bizə yazın

Hamiləliyin 18-ci həftəsi

09.06.2016

Hamileliyin 18ci heftesiHamiləliyin 18-ci həftəsində bir çox analar artıq körpənin tərpənişlərini hiss edirlər və bu onlara böyük sevinc verir. Qarın böyüyür, onu artıq görməmək mümkün deyil. Həm də, qadın gözəlliyinin ən yüksək təzahürü olan bu halı gizlətməyə dəyməz. Bir çox hamilə qadınlar bu dövrdə göbəyin daxildən təzyiqə məruz qalmasından şikayət edirlər. Buna səbəb uşaqlığın sürətlə böyüməsidir. Uşaqlıq kiçik qovun ölçüsündə olur.

Hamiləliyin 18-ci həftəsində nə baş verir?

Uşağın tərpənişlərini duyan kimi bu tərpənişlərin tezliyini izləməyə çalışın. Normal tezlik saatda 4-8 tərpənişdir. Qarnın aşağı hissəsində baş verən ağrı hisslərini həkimdən gizlətmək olmaz. Normal halda, bu müddətdə heç bir ciddi ağrı olmamalıdır. Bu müddətədək ananın çəkisi 4,5 – 6 kq arta bilər. Qarın hələ balaca olsa da, qadının bədən quruluşunu aydın şəkildə büruzə verir.  Düzgün qidalanmanı davam etdirmək, çoxlu adi su, giləmeyvə morsu, təzə sıxılmış şirələr içmək lazımdır.

Hamiləliyin 18-ci həftəsində döl18 hefte Uzi

Əgər hamiləliyin 18-ci həftəsində döl normal inkişaf edirsə, deməli, körpənin əlləri və ayaqları, bir qayda olaraq, artıq formalaşmış olur. Bundan əlavə, xırda barmaqların ucunda unikal barmaq izləri  yaranır. Körpənin baş beyni inkişaf edir. Gözləri hələ bağlı olsa da, hamiləliyin 18-ci həftəsində döl işığa reaksiya verə bilir. Körpə səsləri yaxşı ayırd edir, buna görə də sizin zərif, həzin laylalarınızı dinləməyə tam hazırdır. Ata üçün isə indi öz övladına nağıl oxumaq vaxtıdır: sakit, mehriban intonasiya indi körpə üçün çox vacibdir.

Hamiləliyin 18-ci həftəsində dölün ölçüsü  artıq 12.5 – 14 sm uzunluqdadır, çəkisi isə 150 qrama çatır. Körpə özünü uşaqlığın daxilində çox rahat və sərbəst hiss edir və yeri çox olduğundan, böyük məmnuniyyətlə yuvarlanır, dombalaq aşır, əllərini və ayaqlarını yelləyir.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan