Bizə yazın

Hamiləliyin 17-ci həftəsi

09.06.2016

Hamileliyin 17ci heftesiHamiləliyin 17-ci həftəsindən hamiləliyin beşinci ayı başlanır. Bu əlverişli dövr heç bir mənfi hisslərlə müşayiət olunmur. Amma siz müəyyən dəyişikliklər hiss etmiş olacaqsınız: güman ki, bu, damaqların qanaması, güclü tər ifrazatı və ya uşaqlıqdan gələn ifrazatlarla təzahür olunacaq. Daha çox istirahət edin, vaxtında yatağa uzanın və özünüzü lazımsız qayğılarla yormayın:bu halda hamiləliyin beşinci ayı sizin üçün çox gözəl başlanacaq.

Hamiləliyin 17-ci həftəsində baş verir?

Bu dövrdə uşaqlıq artıq ətraflara yox, yuxarıya doğru böyüyür. Odur ki, bu proses bir qədər ağrılı hisslərlə müşayiət oluna bilər. Təəssüf ki, bu halda xoşagəlməz qıcqırma, təngnəfəslik və tez-tez sidik ifrazatı da baş verə bilər. Amma bu əlamətlərin sizdə də baş verməsi heç də mütləq deyil. Qadın ürək döyüntüsünün tezləşdiyini hiss edə bilər. Bu, ciftin qida maddələrini damarlara daşıması ilə əlaqədardır. Ürəyin yüksək fəallığı damaqların qanamasına səbəb ola bilər, buna görə də stomatoloqa müraciət etmək lazımdır ki, ağız boşluğunu yaxalamaq üçün təhlükəsiz vasitə tövsiyyə etsin.

Tər ifrazatı da artacaq, amma bundan qorxmaq lazım deyil. Əgər hamilə qadın özündə qeyri-adi uşaqlıq ifrazatları aşkarlayarsa, təcili olaraq həkimə müraciət etmək lazımdır. Həkim bu ifrazatları analiz etmək üçün yaxma götürüb onların təbiətini müəyyən edəcək. İrinli, sarı və ya yaşıl rəngli, eləcə də pis qoxulu ifrazatlar narahatlıq doğurmalıdır. Bu, cinsiyyət yollarının infeksiyasından xəbər verir. Süd yarasının kəskinləşməsi də mümkündür və onu müalicə etmək lazımdır. Açıq rəngli, südtəhər, həmcins tərkibli, azacıq turştəhər qoxulu ifrazatlar normal hesab olunur.

Hamiləliyin 17-ci həftəsində döl

Bu həftə ərzində körpənin öz immun sistemi işə düşür, onun orqanizmi immunoqlobulin və interferon ifraz etməyə başlayır. İndi ana xəstələndikdə körpə müdafiə olunur. Hamiləliyin 17-ci həftəsində dölün  çəkisi təxminən 100 qram, boyu isə 11-12 sm olur. Körpə kifayət qədər fəaldır və bəzən qəfil səslərdən diksinə bilər. Uşağın dərisinin altında artıq piy qatı formalaşmağa başlayır – bu piy qatı sonradan orqanizmdə istilik mübadiləsini tənzimləməyə kömək edəcək. Körpənin ürəyi, demək olar ki, formalaşıb – o, öz funksiyasını çox gözəl yerinə yetirir. Qızlarda bu dövrdə uşaqlıq formalaşmağa başlayır.

Hamiləliyin 17-ci həftəsində böyrəküstü vəzilər fəal şəkildə hormonlar ifraz etməyə başlayır, hipofiz aktiv işləyir. Körpə səsləri eşidir, anasının bütün emosiyalarını hiss edə bilir. Körpə ilə söhbət edin – hətta bu kiçik yaşda da onun üçün ünsiyyət çox vacibdir.17 hefte Uzi

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan