Bizə yazın

Hamiləliyin 16-cı həftəsi

09.06.2016

Hamileliyin 16ci heftesiHamiləliyin 16-cı həftəsində hər şey öz yolu ilə gedir, ikinci trimestr toksikozun olmaması və əhval-ruhiyyənin tez-tez dəyişməməsi ilə ananı sevindirir. Körpə sürətlə böyüyür, qarnı yumrulanır, gələcək ana bu qayğısız vaxtdan həzz alır.  İkinci uşağa hamilə olan qadınlar dölün ilk tərpənişlərini eşitmək imkanına malikdirlər. Gələcək ananın iştahı əladır, tez-tez ayaqyoluna qaçmalı olmur – vəziyyəti çox yaxşıdır. İndi dartılmaların və artıq çəkinin profilaktikası üçün əsl vaxtdır.

Hamiləliyin 16-cı həftəsində nə baş verir?

Bu dövrdə heç bir ağrı və ya xəstəlik normal inkişaf edən hamiləliyə mane olmamalıdır. Yüklənmələrdən sonra yüngül zəiflik və yorğunluq ola bilər, amma gələcək ana özünü pis hiss etməməli, qarnın altında ağrı hissləri olmamalıdır. Bu cür hallar baş verdikdə həkimə müraciət etmək lazımdır. Döşlər böyüyür, döşlərdəki ağrı isə azalır. Əgər bu hiss əvvəllər hətta sizin yuxunuza da mane ola bilirdisə, çox güman ki, bu hal keçmişdə qalacaq.

Hamiləliyin 16-cı həftəsində dölün ilk tərpənişləri aşkar hiss oluna bilər: bir çox hallarda qadın hətta bunun döl tərpənişləri olduğunu da dərk etmir. Körpənin təkanları xəfif hərəkətləri xatırlada bilər – sanki, daxilinizdə kəpənəklər öz zərif qanadları ilə pərvaz edir. Göbəkdən qasığa doğru uzanan qarın xətti çox tündləşəcək. Alında, yanaqlarda, burnun üst hissəsində, gözlərin ətraflarında piqmentləşmə baş verə bilər. Kodda melanin piqmenti toplanır, amma bu, qətiyyən qorxulu deyil. Doğuşdan sonra bu dəyişikliklər aradan qalxacaq. Döşlər böyüyür – diqqə16 hefte Uzit yetirin ki, alt paltar rahat olsun, dar olmasın. Dişlərinizin və damaqlarınızın vəziyyətinə də diqqət yetirin, hər hansı problem yarandıqda ləngimədən stomatoloqa müraciət edin – xoşbəxtlikdən, indi bunun  üçün əsl münasib vaxtdır.

Hamiləliyin 16-cı həftəsində döl

Dölün ölçüsü 108-116 mm, çəkisi 80 qramdır. Körpə artıq boynunu düz tutur, başını yana hərlətməyi bacarır. Körpənin ürəyi sürətlə döyünür, qaraciyəri isə həm də həzm funksiyasını icra edir. Böyrəklər və sidik kisəsi də fəal işləməyə başlayır. Körpəniz hər 45 dəqiqədən bir sidik ifraz edir. Bu dövrdə həkim körpənin qan dövranı sistemində nə baş verdiyini deyə bilər. Körpənin qanının tərkibi tam formalaşıb: bu dövrdə artıq qan qrupu da, qanın rezus faktoru da müəyyən olunur.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan