Bizə yazın

Hamiləliyin 15-ci həftəsi

09.06.2016

Hamileliyin 15ci heftesiHamiləliyin 15-ci həftəsində ilk baxışdan heç bir şey ağrımır, xoşagəlməz hisslər olmur, gələcək ananın iştahı əladır, amma onu yenə də nə isə narahat edir. Məhz bu dövrdə bəzi hamilə qadınlar dərisinin qurulaşdığını, dırnaqlarının sındığını, saçlarının həmişəkindən daha çox töküldüyünü hiss edirlər. Bu zaman körpə çox yaxşı inkişaf edir, «anasız» həyata səylə hazırlaşır. Bəz bu cür xarici dəyişikliklərin səbəbi nədədir və onlarla mübarizə aparmaq mümkündürmü?

Hamiləliyin 15-ci həftəsində nə baş verir?

Qadın orqanizminin kalsiuma və digər qida maddələrinə tələbatı əhəmiyyətli dərəcədə artır. Yalnız vitaminlərə ümid etmək olmaz: qida sizi bu cür mühüm elementlərlə də təmin etməlidir. Əgər gecələr gələcək ananı baldırlarında qıcolmalar narahat edirsə, bu, kalsium çatışmazlığının əlamətidir. Uşaqlıq tədricən artaraq qarın boşluğuna keçir, buna görə də onun sidik kisəsinə təzyiqi azalır. Tez-tez baş verən sidik ifrazatı artıq keçmişdə qa15 hefte Uzilır. Amma çox güman ki, uşaqlıq bağırsaqlara təzyiq göstərməkdə davam edəcək: nəcis ifrazatında problemlər istisna deyil. Qəbizliyin qarşısını almaq üçün öz qidanıza diqqət yetirməlisiniz. Qan dövranının həcminin artması bilavasitə orqanizmin dəmirə olan tələbatı ilə bağlıdır. Bu elementin çatışmazlığı hamilə qadında anemiya yarada bilər – bu zaman başgicəllənmə, zəiflik, gözünün qarşısında nöqtələr yaranır. Kalsium çatışmazlığını aradan qaldırmaq üçün səhər yeməyinə kəsmik yeyin. Bu, şirin kəsmik kütləsi yox, məhz kəsmik olmalıdır. Sutka ərzində 2 litrədək su için. Döş gilələri, bir qayda olaraq, daha da tündləşir. Döşlər iriləşir, əvvəlki alt paltarı iri ölçülü yeni paltarla dəyişmək lazımdır.

Hamiləliyin 15-ci həftəsində dölün inkişafı

Sizin körpənizin boyu 93-103 mm, çəkisi isə 50 qramdır. Xarici cinsiyyət orqanları differensiallaşır, bu isə o deməkdir ki, hamiləliyin 15-ci həftəsində USM-də artıq dölün cinsini müəyyən etmək mümkündür. Ayaqlar artıq inkişafdan qalmır, onlar hətta qollardan daha uzundur. Körpənin gözləri bir-birinə yaxınlaşır, qulaq seyvanları artıq demək olar ki, təkmilləşib. Körpənin bədənində tükcüklər çıxmaqda davam edir. Hipofiz, tər və piy vəziləri fəal surətdə işləməyə başlayır. Döl hələlik qırmızımtıl rəngdə olsa da, artıq şüşə kimi şəffaf deyil.  Körpə fəallaşır və yaxın vaxtlarda ana onun ilk təkanlarını eşidəcək.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan