Bizə yazın

Hamiləliyin 14-cü həftəsi

09.06.2016

Hamileliyin 14cu heftesiHamiləliyin 14-cü həftəsi bu böyük yolun ən gözəl mərhələlərindən biridir. Siz özünüzü yaxşı hiss edirsiniz, sirrinizdən hələ çox adam agah deyil və körpə artıq sizinlə ünsiyyət tələb edir. O, anasının səsini eşidir, onun əhval-ruhiyyəsini hiss edir – indi körpə ilə danışmağa başlamaq vaxtıdır. Çox güman ki, iştahınız artacaq, orqanizminizə daha çox zülal tələb olunacaq. Toxluq eləməyin, amma tam dəyərli qidadan da imtina etmək olmaz.

Hamiləliyin 14-cü həftəsində yaranan hisslər

Ananın qarnı yuxarı qalxır və artıq nəzərəçarpacaq dərəcədə yumrulanır. Qarnı hələ də müəyyən paltarın altında gizlətmək mümkündür, amma dar paltar geyinsəniz, qarnın yumrulandığını sezməmək çətin olacaq. Siz evdə, divanda uzanarkən qarnın öz divarından uşaqlığı əlləyə bilərsiniz. İkinci körpəyə hamilə olan qadınlar üçün körpənin ilk hərəkətlərini duymaq imkanı o qədər də əlçatmaz deyil. Amma bu indi baş verməsə də, 18–20-ci həftələrədək Siz körpənin təkanlarını lap yəqin hiss etməyə başlayacaqsınız. Qarında kiçik bir «mübarizə» hissi yaranacaq. Körpə bu yolla öz mövcudluğunu hiss etdirir, valideynləri ilə əlaqəyə girir. Qadının çəkisi artır, amma hələlik, bunun səbəbi qan dövranının həcminin artmasıdır.

Gələcək ana indi çəkisinin artmasına sevinsə də, öz iştahını cilovlamaq da lazımdır – əks halda, çəkinin artması Sizə xeyir verməz. Qadının psixi-emosional vəziyyəti normaya düşür. Bu dövrdə qadın artıq öz xüsusi vəziyyətini tam qəbul etmiş olur, öz həyat oriyentirlərinin necə dəyişdiyini hiss edə bilir. Psixoloji cəhətdən hamilə qadın öz yeni missiyasına hazırlaşır, buna görə də o, körpə ilə bağlı hər şeyi daha kəskin hiss edir. Əsəb pozuntuları, əhval-ruhiyyənin dəyişilməsi artıq qorxulu deyil: indi ana daha sakitdir, vəziyyəti səbatlıdır. Xallar və papillomlar qadının bədənində məhz hamiləliyin 14-cü həftəsində yaranır. Onlar təhlükəli olmasalar da, bu dəyişikliklər haqqında həkimə xəbər vermək yaxşı olar. Hamiləliyin 14-cü həftəsində qarın böyüyür, deməli, dəri  14 hefte Uzidartılmaya məruz qalır: indi xüsusi krem almaq, yaxud heç olmasa, qarnın üzərinə zeytun yağı sürtmək lazımdır.

Hamiləliyin 14-cü həftəsində döl

Bu dövrdə döl sürətlə böyüyərək çəkisi artır. Əgər körpəyə baxmaq mümkün olsaydı, onun yeni doğulmuş körpəyə bənzədiyini görmək olardı. Doğrudur, körpə hələ çox arıqdır,  amma hələ ki, piy toxuması toplamağa ehtiyac yoxdur: indi əsas məsələ orqan və sistemlərin inkişaf etdirilməsi və təkmilləşməsidir. Uşağın qaşları və kirpikləri peyda olur, onun mimikası isə kifayət qədər inkişaf etmiş olur. Körpə artıq barmağını sorur və bu onun xoşuna gəlir. Ana şirin bir şey yedikdə dölətrafı suyun dadı da dəyişir: bu, uşağın xoşuna gəlir və o, çox zaman bu suyu udur. Körpənin hissləri daha da müxtəlifləşir. Dəri örtüyünün həssaslığı artır, dad reseptorları inkişaf edir. Hamiləliyin 14-cü həftəsində uşağın cinsini dəqiqləşdirmək hələ mümkün olmasa da, cinsiyyət orqanları artıq inkişaf mərhələsinin son ərəfəsindədir. Hamiləliyin 14-cü həftəsində dölün ölçüsü yançağından təpəsinə qədər 8,7 mm, çəkisi isə 43 qramdır.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan