Bizə yazın

Hamiləliyin 13-cü həftəsi

09.06.2016

hamileliyin 13cu heftesiHamiləliyin 13-cü həftəsi – bu artıq o deməkdirki, artıq o həyacanlı 1-ci üç ayliq dövr bitdi. Bu, hamiləliyin kifayət qədər sakit dövrüdür: indi xoş düşüncələr, körpənin gələcəyi haqqında arzular və yeni geyim əşyalarını seçmək vaxtıdır. Amma yaxşı əhval-ruhiyyə tam olaraq rahatlanmağa əsas vermir – indi şişlərin, qəbizliyin və digər xoşagəlməz halların qarşısını almaq lazımdır.

Gələcək ananın xoşbəxtliyindən, hormonlar “sakitləşməyə” başlayır. Qadın artıq tez-tez əhval-ruhiyyəsinin dəyişdiyini, bir çox həyəcanlı məqamların əbəs olduğunu hiss edir. Artıq ürəyi bulanmır, iştahı yaxşılaşır, tez-tez baş verən sidik ifrazatı da artıq narahat etmir. Uşaqlıq böyüyərək tədricən qarın boşluğuna keçir. Bu mərhələdə baş verənlər səbəbindən daxili orqanların yerdəyişməsi baş verir, bu isə təngnəfəsliyə və qıcqırmaya səbəb olur. Uzunmüddəti gəzintilərdən sonra ətraflarınızda ağırlıq hissi yarana bilər, yorğunluq həmişəkindən daha güclü olur. Odur ki, gəzintiyə çıxarkən tələsməyin, gəzinti vaxtını bölüşdürün, daha çox istirahət edin. Uşaqlıq tonusunun yüksəlməsi — əgər uşaqlıqda gərginlik hissi tez-tez baş verirsə, həkimə müraciət etmək lazımdır. Qarında “daşlaşma” hiss olunan kimi uzanın, özünüzü gücə salmayın.

Hamiləliyin 13-cü həftəsində döl13 hefte Uzi

Körpə, sözün əsl mənasında, saatbasaat böyüyür. Hamiləliyin 13-cü həftəsində dölün ölçüsü artıq 7,8 mm-ə çatır, çəkisi isə təxminən 20 qram olur. Onun ölçüsü təxminən  nektarini xatırladır. Təsəvvür edin ki, bu dövrdə körpənin artıq bütün süd dişləri yaranmış olur, indi yalnız onların nə vaxt çıxacağını gözləmək qalır. Uşağın mədəaltı vəzisi ilk insulini yartmağı “öyrənir”. Artıq onun bədəni də sürətlə böyüməyə başlayır və bir müddətdən sonra başı artıq o qədər də böyük olmur. Dölün ölçüsü o qədər də böyük olmasa da, bu dövrdə onun hərəkətləri, demək olar ki, fasiləsiz olur. Bu, əzələlərin normal inkişafı üçün zəruridir. Yalnız qısamüddətli yuxu zamanı körpə istirahət edir. Bu zaman uşağın sümük toxuması və əzələləri formalaşır. Həzm sistemində də inkişaf baş verir: qidanın həzm olunmasında iştirak edəcək tükcüklər yaranır. 13-cü həftədə körpənin səs aparatı qurulur, onun xarici görkəmi isə səciyyəvi cizgilər almağa başlayır.

Hamiləliyin 13-cü həftəsində yaranan hisslər

Döşlər, əvvəlki kimi, həssasdır və onların ölçüsü böyüyə bilər. «Sıxılma» hissindən qurtulmaq üçün alt paltarı dəyişmək lazım gəlir, çünki o, daralır. Hamiləliyin artıq 13-cü həftəsində döş gilələrindən ifrazatlar yarana bilər. Bu qorxulu deyil – bu cür ifrazatlar normaldır. Sifətdə açıq qəhvəyi rəngli ləkələr yarana, giləyanı nahiyə, göbəkdən qasığa doğru uzanan xətt tündləşə bilər. Bu da hormonal dəyişikliklərlə şərtlənir – doğuşdan sonra bu cür xarici təzahürlər yoxa çıxacaq. İndi qarın üçün elastik qurğuya malik şalvar almaq lazımdır – bu cür şalvarda siz özünüzə daha gözəl görünəcəksiniz. Toksikoz qurtaran kimi, güman ki, çoxlu yemək istəyəcəksiniz. Amma öz qida rejiminizə mütləq nəzarət etməlisiniz: əks halda, vaxtından əvvəl artıq çəki toplamış olacaqsınız. Bu isə müxtəlif ağırlaşmalara səbəb ola bilər. İndi şirniyyatı, xəmir xörəklərini, duzlu və qızardılmış yeməkləri yalnız çox kiçik miqdarda yemək olar. Toksikozdan sonra qıcqırma başlayır, buna görə də düzgün qidalanmaya diqqət yetirmək son dərəcə vacibdir. Sizin ərzaq zənbilinizdə, ilk növbədə, kəpəkli çörək, kəsmik, meyvə-tərəvəz, dənli bitkilər və yağsız ət olmalıdır.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan