Bizə yazın

Hamiləliyin 12-ci həftəsi

09.06.2016

Hamileliyin 12ci heftesiHamiləliyin 12-ci həftəsində körpəniz – uzunluğu 61 mm, çəkisi 13 qram olmuşdur, sanki körpəniz limon ölçüsündədir. Onun artıq demək olarki üzü formalaşmışdır. Dırnaqlari artıq çıxıb. Barmaqlarında xarakter barmaq izləri yaranıb. Kiprik və qaş hissələrində nazik tüklər yaranmağa başlayıb.

Körpə bundan başqa yumruğunu sıxa, üzünü büzə, ağzını aça, amniyotik mayeni uda, hətta barmağını sora bilir.  Onda xarakter tanəffüs hərəkətləri yaranır. Hələki diafraqma boşuna hərəkət edir, çünki hava hələ daxil ola bilmir. Lakin doğumdan sonra tənəffüs artıq işləməyə hazır olacaq. Sinir sistemi inkişaf edərək irəliyə böyük addım atmaqdadır. Uşaq artıq xaricdən gələn təzyiqlərə reaksiya verir və kənara çevrilir. 12 hefte Uzi

 

Ana

Bu həftədə ananın bədənindəki dəyişiklikləri tək ana deyil ətrafdakılarda görə bilir. İlk dövrün xoşagəlməz hissləri; zəiflik, yüksək yuxululuq və yorğunluq artıq geridə qaldı və siz artıq tam enerjili və xəşbəxtsiz. Siz artıq bilirsizki axıntı açıq rəngli, çox az miqdarda və turş iyli olmalıdır. Qan və irinli axıtı əvvəlki kimi dərhal müalicə tələb edir. Onların olması yarana biləcək ciddi təhlükədən xəbər verir.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan