Bizə yazın

Hamiləliyin 11-ci həftəsi

09.06.2016

Hamileliyin 11ci heftesiHamiləliyin 11-ci həftəsində sizin körpənizin uzunluğu 60 mm, çəkisi 8 q-a yaxın olmuşdur. O başını qaldırır, onurğası bir az dikəlib. Onun kiçik əl və ayaqlarının barmaqları artıq ayrılmışdır, hətta tutma reaksiyalarıda yaranmışdır. Ana hələ hiss etməsədə uşaq artıq daha aydın hərəkət edir, o ayaq dabanları ilə itəliyərək hereketini dəyişir.

Körpəniz artıq qoxuları bilmək qabliyyətindədir. Onun həzm sisteminin inkişafı davam edir, düz bağırsaq əmələ gəlir. Uşaq ətraf sudan udaraq, onun dadını hiss edir. 4 kameralı ürəyi dəqiqədə 120-160 dəfə vurur.  Dölün nazik şəffaf dərisindən qan damarlarını görmək mümkündür. Cinsi orqanlar formalaşmağa davam edir. Körpənizin cinsiyyəti artıq qizdan fərqlənə bilir, lakin çox cuzi olduğu üçün həkim tam olaraq müəyyən etməyə bilir.11 hefte Uzi

Ana

Bir çox qadınlar saç və dəridə dəyişikliklər qeyd edir. Bəzilərində onlar uzanır və daha möhkəm olur, digərlərində isə əksinə. Bütün hallar normaldır, izahı hormonların dəyişimi ilə əlaqəlidir. Əgər qadın özünü normal hiss edir və heç bir təhlükə gözlənilmirsa, cinsi əlaqə qurmaq olar. Bəzən ananı qarın və belin nahiyyəsində çox güclü olmayan ağrılar narahat edə bilər. Bu uşaqlığın boyüyüb dartlması ilə əlaqəlidir. Bu da normaldır.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan