Bizə yazın

Hamiləliyin 36-cı həftəsi

09.06.2016

Hamileliyin 36ci heftesiHamiləliyin 36-cı həftəsində vaxt sizin və körpənizin xeyrinə işləyir. İndi siz həkimə daha çox müraciət edirsiniz, o, ciftin vəziyyətini yoxlayır. Siz, ailəniz və həkiminiz gözləmə vəziyyətindədir. Bir qayda olaraq, bu dövrdə doğum evinə aparılacaq çanta da artıq hazırlanmış olur, siz doğuşa hazırlaşaraq ədəbiyyat oxuyur və bu yaxınlarda azad olmuş analarla ünsiyyət saxlayırsınız.

Ana özünü necə hiss edir?

36-cı həftəyə qədər optimal çəki artımı 12 kq olmalıdır. Çəki artımının bir qədər çox olması qorxulu deyil, doğuşdan sonra artıq çəkidən asanlıqla azad ola biləcəksiniz. Bəzən sizdə belə bir hiss yaranacaq ki, uşaq ürəyinizin aşağı hissəsini təpikləyir, amma bu hiss uzun çəkməyəcək. Hamiləliyin 36-37-ci həftələrində körpənin başı çanağa girərək ananın tənəffüs prosesini asanlaşdırır. Amma bəzən körpənin başı aşağı düşməyə də bilər. Bu, ilk hamiləlik olmadıqda, uçağın ta dünyaya gəlişinə qədər ana üçün nəfəs almaq çətin olur. Sümüklər dartıldığından, sizin çanağınızda ağrılar yarana bilər, uşaqlığın orqanlara təzyiqi nəticəsində isə sidik və nəcis ifrazatı çoxalacaq. Bu dövrdə uçaqlıq boynu yumşalaraq qısalmağa başlayır, orqanizm doğuşa hazırlaşır. Amma bəzi körpələr kəmhövsələlik edərək vaxtından bir az əvvəl doğulurlar. Hamiləliyin 36-cı həftəsində doğuş nadir hal deyil. Bel nahiyəsində ağrılar yarandıqda, bu ağrıların müddətinə diqqət yetirin. Qarında dartıcı ağrı yarandıqda isə, onun mütəmadiliyinə və müddətinə fikir verin.

Hamiləliyin 36-cı həftəsində bu əlamətlərin hamısı birdən baş verdikdə, yəni qarnınızın daşlaşdığını, belinizin və qarnın aşağı hissəsinin ağrıdığını hiss etdikdə, dərhal mama-ginekoloqa müraciət edin. Çox güman ki, bu, uşaqlığın hipertonusudur və doğuş başlanmaq üzrədir.  Bəzi hallarda səhərlər hamilə qadın yataqdan heç cür qalxa bilmir. İndi – 36-cı həftədə bu, onun üçün çətindir. Bu cür probleminiz varsa, kəskin hərəkətlər etməyin. Əvvəlcə böyrünüz üstə çevrilin, ayaqlarınızı salladıb sonra qalxın. Həftədə bir dəfə həkimə gedin və özünüzün və körpənizin səhhətinə təhlükə yaratmamaq üçün, çox səyahət etməyin. Yaxşısı budur ki, evdə oturub dincələsiniz, çünki əgər siz yolda olarkən doğuş başlasa, həkim sizə kömək edə bilməyəcək.

Hamiləliyin 36-cı həftəsində körpənin çəkisi

36 hefte UZİ Hamiləliyin normal gedişində və su azlığı olmadıqda, bir qayda olaraq, hamiləliyin 36-cı həftəsində körpənin çəkisi normal olacaq. 46–47 sm boyu və 2,6-2,8 kq çəkisi olan körpənizin fəallığı səngiyir: onun tərpənməyə yeri yoxdur, uşaqlıq onun üçün darısqaldır. Amma siz onu hiss etməlisiniz. Körpə daim barmağını soraraq dünyaya gəldikdən sonra qida qəbul etməyə hazırlaşdığından, yanaqları tosqunlaşır. Əlbəttə, doğuşdan sonra qida qəbulu ana bətnindəki qədər asan olmayacaq. Sorma hərəkətlərindən əlavə, körpə, həmçinin, udma və tənəffüs hərəkətlərini də icra edir. Körpənin ürəyi tam formalaşıb, sinir, immun və endokrin sistemlər, demək olar ki, hazırdır, indi onların yalnız bir qədər “yetişməsi” qalır. Körpə öz oksigen payını göbəkbağı vasitəsi ilə almaqda davam edir.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan