Bizə yazın

Hamiləliyin 42-cü həftəsi

09.06.2016

Hamileliyin 42ci heftesi Bu, rekord müddət hesab olunur. Yalnız 10% qadınların hamiləliyi 42 həftə sürə bilər. Əgər Siz də bu qadınlardansınızsa, qorxuya düşməyin. Əvvəla, 42-ci həftə hamiləliyin uzanması deyil, ikincisi isə, bəlkə də, Sizin hamiləlik müddətləriniz düzgün hesablanmayıb.

Ana özünü necə hiss edir?

Bu müddətdə Siz hamiləliyin həddən artıq uzanmaması üçün mütəmadi tibbi müayinədən keçməlisiniz. Doppleqrafiyalı USM, nəbzin müayinəsi, amnioskopiya dölün, ciftin, dölətrafı suların vəziyyətini ətraflı müayinə etməyə və normadan cüzi sapıntı aşkarlandıqda, ananı dərhal xəstəxanaya yerləşdirməyə imkan yaradır. Əgər Siz hamiləliyin bitməsini sakitcə gözləyirsinizsə, imkan daxilində, daha çox gəzişin, həzin musiqiyə qulaq asın, körpənizi bağrınıza basacağınız anı təsəvvür edin.

Körpə özünü necə hiss edir?

Körpə böyüyür. Son həftələr ərzində onun boyu bir santimetr də artır və o, öz çəkisini bərpa edə, yaxud əlavə 500 qram da artıra bilər. Hər şey qaydasındadır, amma iri döl bir qədər ləngdir və doğuş yollarından keçmək asan deyil. Skeletin sümükləşməsi davam edir, kəllə daha da bərkiyir, bu isə ağrıçəkmə dövrünün və doğuş prosesinin uzanmasına, hətta doğuş vaxtı körpənin zədələnməsinə səbəb ola bilər. Körpənin bütün barmaqlarında dırnaqlar, saçları uzanır. Onun gözləri açıqdır, o yenidən fəallaşır.

Körpə sağlam doğulacaq42 hefte UZİ

Hamiləliyin 42-44-cü həftələrində doğulan körpələrin 95%-nin sağlamlıqla problemi yoxdur. Amma hamiləliyin vaxtında çox uzanması müəyyən risklərlə bağlıdır.  Hamiləliyin 42-ci həftəsində cift daha  köhnəlmir – o artıq köhnəlib, bu isə körpənin qidalanmasını pisləşdirir və hipoksiyanın inkişafına şərait yaradır. Hava çatışmazlığı səbəbindən, döl reflektor şəkildə ilkin nəcisi dölətrafı sulara ifraz edir və bu suu udmaqla onun öz müstəqil tənəffüsü təhlükəyə məruz qala bilər. Tibbi terminologiyada bu hal “ilkin nəcislə boğulma” adlanır və körpənin ağciyərlərinin havalandırılmasını və antibakterial terapiya tələb edir. Amma bütün bunlar hamiləliyin uzun müddət sürməsinin nəticəsidir. Sizdə isə yalnız hamilələyin 42-ci həftəsidir. Siz öz vəziyyətinizə diqqətlə nəzarət edirsiniz, bu isə möhkəm, sağlam bir körpənin heç bir çətinlik çəkmədən dünyaya gəlməsinə müəyyən zəmanət verir. Yekun olaraq, qeyd etmək istərdik ki, unutmayın – heç bir hamiləlik əbədi davam etmir və Siz artıq bu yolun sonundasınız. Sevimli körpənizlə görüşmənizə günlər, bəlkə də saatlar qalıb. Sizə uğurlar! Doğuşunuz uğurlu olsun!

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az