Bizə yazın

Uşaqlıqdan kənar hamiləliyin ilk əlamətləri

04.08.2016

Hər bir qadın öz hamiləliyinin ideal keçməsini arzulayır, amma həmişə belə olmur. Əlbəttə ki, bu vəziyyətin patologiyası diaqnozunun qoyulması pisdir, amma uşaqlıqdan kənar olan hamiləlik əlamətlərinin meydana çıxması isə daha pisdir. Bu cür vəziyyətdən yeganə çıxış yolu təcili əməliyyatdır.  Əgər embrion bu və ya digər səbəbdən uşaqlıq boşluğunda deyil, başqa bir yerdə (uşaqlıq borusunda, yumurtalıqda və hətta qarın boşluğunda) yerləşibsə, onun artımı zamanı qəflətən güclü qanaxma baş verə bilər, bu isə qadınının nəinki sağlamlığı, hətta həyatı üçün də təhlükəlidir.  Odur ki, uşaqlıqdan kənar olan hamiləliyin necə müəyyən edilməli olduğunu bilmək vacibdir. Onun əlamətləri normal cərəyan edən hamiləlik əlamətlərindən nadir hallarda fərqlənsə də, bu əlamətləri hələ hamiləliyin erkən dövrlərində aşkarlamaq mümkündür.

Aybaşının ləngiməsinə qədər uşaqlıqdan kənar olan hamiləliyin simptomları

Növbəti aybaşının ləngiməsinə qədər, döl yumurtasının lazımi yerdə inkişaf etməməsinin əlaməti qarın nahiyəsindəki ağrı ola bilər. Embrion böyüdükcə, bu ağrı da artır və bir qayda olaraq, döl son dərəcə dar uşaqlıq borusunda yerləşdikdə, daha aşkar təzahür olunur. Məlumdur ki, döl yumurtası peritondakı piyliyə birləşdikdə, əksinə, hər hansı qeydi-adi əlamət olmadan uzun müddət inkişaf edə bilər. Bu halda, uşaqlıqdan kənar olan hamiləliyin əlamətləri və simptomları uzun müddət özünü göstərməyə bilər, bu isə çox təhlükəlidir.

Aybaşının ləngiməsindən sonra uşaqlıqdan kənar olan hamiləliyin əsas əlamətləri

Dölün uşaqlıqdan kənar inkişaf etməsinə dair şübhə məhz aybaşının ləngiməsindən sonra, embrion artıq kifayət qədər böyük olduqda baş verir və aşağıdakı əlamətlərlə təzahür olunur:

  • abortun başlaması, yaxud uşaqlıq borusunun qırılması səbəbindən qatı ifrazatlar (bu zaman abortun öz-özünə baş verməsini gözləmək olmaz – təcili surətdə həkimə müraciət etmək lazımdır);
  • bəzən çox güclü olan və hətta ağrı şoku yarada bilən ağrı;
  • qarnın aşağı hissəsində – yumurtanın düzgün yerləşmədiyi tərəfdə dartılma hissiyyatı;
  • insan xorionik qonadotropinin (İXQ) səviyyəsinin azalması və hamiləliyin bu dövrü üçün nəzərdə tutulmuş normaya uyğun olmaması.

Bundan əlavə İXQ səviyyəsinin analizindən sonra aparılan ultrasəs müayinəsi zamanı embrion uşaqlıq boşluğunda vizualizasiya olunmur. Nəzərdən keçirilən vəziyyətin diaqnostikası üçün, həmçinin, laparoskopiya üsulu tətbiq olunur – bu üsul, eyni zamanda, diaqnostika aparmağa və düzgün yerdə yerləşməmiş dölü çıxarmağa imkan yaradır. Əsas məsələ – ginekoloqa müracəti ləngitməməkdir. Bu halda uşağa qalmağın növbəti cəhdi mütləq uğurlu olacaq.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan