Bizə yazın

Qeysəriyyə kəsiyi hansı hallarda aparılır?

03.08.2016

Qeysəriyyə kəsiyinin hansı hallarda aparıldığını müəyyən etmək üçün, əvvəlcə, bu əməliyyatın nədən ibarət olduğunu araşdırmaq lazımdır. Bu ifadənin nəzərdə tutduğu cərrahiyyə əməliyyatı zamanı qarın boşluğunun ön divarı kəsilərək döl bətndən çıxarılır. Bu əməliyyat ümumi, yaxud onurğa beyni anesteziyasından istifadə etməklə aparılır.

Qeysəriyyə kəsiyinin göstərişləri necə fərqləndirilir?

İstənilən cərrahiyyə əməliyyatı kimi, Qeysəriyyə kəsiyi də sırf göstərişlər əsasında aparılır. Bu göstərişlər aşağıdakılardır:

  • ana tərəfdən – doğuş prosesi ananın sağlamlığı üçün təhlükəli olduqda;
  • döl tərəfdən – doğuş prosesi körpə üçün ağır olduqda və doğuş zamanı zədələrə, hipoksiyaya səbəb ola bildikdə.

Bu əməliyyatın hansı hallarda aparıldığını şərh etməzdən əvvəl qeyd etmək lazımdır ki, hamiləlik zamanı mövcud olan, yəni doğuş prosesində yaranan göstərişlər vardır. Odur ki,  Qeysəriyyə kəsiyi planlı (əməliuyyat hələ hamiləlik zamanı planlaşdırıldıqda) və plandankənar (göstərişlər doğuş prosesində yarandıqda) əməliyyatlara bölünür.

Qeysəriyyə kəsiyi hansı hallarda tövsiyyə olunur?

  1. Ciftin düzgün yerləşməməsi. Cift uşaqlığın aşağı hissəsində yerləşərək daxili əsnəyi qapayır.
  2. Normal yerləşmiş ciftin vaxtından əvvəl laylanması.
  3. Qeysəriyyə kəsiyindən, yaxud uşaqlıq üzərində aparılan digər əməliyyatlardan sonra uşaqlıqdakı çapığın bitişməməsi.
  4. Qeysəriyyə kəsiyindən sonra uşaqlığın üzərində iki və daha artıq kəsiyin olması.
  5. II — IV dərəcəli daralmaya malik, anatomik cəhətdən dar çanaq.
  6. Çanaq sümüklərində şişlər və deformasiyalar.
  7. Digər patologiya ilə birlikdə, dölün iriliyi.
  8. Aşkar simfizit. Simfizit, yaxud simfiziopatiya – qasıq sümüklərinin haçalanmasıdır.
  9. Uşaqlığın böyük ölçüdə çoxsaylı mioması.
  10. Hestozun ağır formaları və müalicənin təsirinin olmaması.
  11. Dölün çarpaz yerləşməsi.
  12. Dölün kütləsi 3600 qramdan artıq və 1500 qramdan az olduqda, eləcə də çanağın daralmasında dölün çanağa nisbətən düzgün yerləşməməsi.
  13. Medikamentoz terapiya ilə müalicəsi mümkün olmayan dölün hipotrofiyası, dölün xroniki hipoksiyası.

Əkiz uşaqlara hamilə olarkən hansı hallarda Qeysəriyyə kəsiyi aparmaq lazım olduğu barədə isə ayrıca danışmaq lazımdır. Əksər hallarda bu:

  1. Hamiləliyin gedişində və ya doğuş zamanı çoxsaylı ağırlaşma halları;
  2. Körpənin çarpaz yerləşməsi və ya düzgün yerləşməməsi;
  3. Ananın anamnezində Qeyseriyyə kəsiyinin olması;
  4. Körpələrin çəkisinin az olması;
  5. Sonsuzluqdan sonra hamiləlik hallarında olur.

Hansı hallarda təcili Qeysəriyyə kəsiyi aparmaq lazım olduğu barədə danışarkən, bu hallar aşağıdakılardır:

  1. Kliniki cəhətdən dar çanaq – dölün başı ilə ananın çanağı arasında uyğunsuzluq.
  2. Dölyanı suyun vaxtından əvvəl axması və doğuşun oyadılmasının effektiv olmaması.
  3. Medikamentoz terapiya ilə müalicə olunmayan doğuş fəaliyyətinin anomaliyası.
  4. Dölün kəskin hipoksiyası.
  5. Normal və ya alçaqda yerləşən ciftin laylanması.
  6. Uşaqlığın qırılması təhlükəsi və ya qırılmağa başlaması.
  7. Göbəkbağı halqalarının düzgün yerləşməməsi və ya düşməsi.
  8. Dölün başının düzgün salınmaması.
Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az