Bizə yazın
[contact-form-7 404 "Not Found"]

Hamiləlik və Doğum

  • Dölyanı maye

    17.04.2017

    Hamilə qadının bədənində hər şey, körpənin sağ-salamat daşınıb, dünyaya gətirilməsi üçün qurulmuşdur.  Məsələn, dölyanı maye – tərkibinə görə unikal olan bu maye, dölü doqquz ay boyunca əhatə edərək, ətraf mühitin mənfi təsirlərindən qorunmasında, dünyaya gəlməsində çox mühüm rol oynayır. daha ətraflı

  • Çin təqvimi ilə uşaq cinsinin hesablanması (2016-2017)

    28.03.2017

    Müəyyən təqvimlər varki, valideynlər gələcək uşağın cinsiyyətini hesablaya bilirlər. Bunların içərisində Çin təqvimi geniş yayılmışdır. daha ətraflı

  • Erkən doğum. Səbəb və müalicə üsulları

    28.02.2017

    Günümüzdə erkən doğum kifayət qədər tez-tez təkrarlanan hal olub. Hazırda erkən doğulan körpəni ağır vəziyyətdən çıxara bilən müasir tibbi avadanlıqlara baxmayaraq, biz hamımız başa düşürük ki, uşağın ana bətnində fizioloji normada inkişafı  daha vacibdir. daha ətraflı

  • Daşıyıcı ana (Surroqat ana)

    18.02.2017

    Dünyada təxminən 20% ailənin sonsuzluq səbəbindən, valideyn olmaq şansından məhrumdur. Anadangəlmə ya sonradan qazanılan sonsuzluğa səbəb: kişi və ya qadın cinsi orqanlarının anatomik patologiyası, reproduktiv sistem işinin pozulması və heç bir müalicəyə cavab verməməsi, ağır xəstəliklər səbəbindən qadına doğuşun zərərli olması ola bilər. daha ətraflı

  • İkinci uşağı nə zaman planlayım?

    15.02.2017

    Yenicə valideyn olan ana və atalar, artıq alınan nəticəni obyektiv qiymətləndirib, davam etmək istəyib-istəmədiklərinə qərar verə bilirlər. Bir çox valideynlər üçün ikinci uşağı planlamaq, hələdə mənəvi olaraq çətindir. Səbəb, ilk uşaq ilə bağlı çətinlik xatirələrinin hələdə təzə olmasıdır. Burada zaman vacib deyil, istər  1 il və ya 5 il olsun. daha ətraflı

  • Hamiləlikdən qorunmanın 10 ən effektiv üsulu

    10.02.2017

    Bu gün arzuolunmaz hamiləlik və cinsi yolla keçən xəstəliklərin qarşısını almaq üçün çoxlu sayda müxtəlif üsullar vardır. Onların hər birinin öz üstünlükləri və mənfi cəhətləri var. Biz belə üsulların əksəriyyəti haqqında danışacağıq, amma əvvəlcədən xəbərdarlıq edirik ki, hər bir metodda hamilə qalmaq riski vardır.  daha ətraflı

  • Doğumdan sonra qalan qarının bərpası

    21.01.2017

    Uşağın doğulması – hər bir qadının həyatında unudulmaz bir andır. Lakin körpənin gəlişi ilə qadının ürəyinə təkcə sevinc gəlmir.  Boş yerə deyilki, həkimlər və psixoloqlar qadının doğumdan sonra özünün tək, heç kimə lazım olmadığını hiss etməsinə, doğumdan sonrakı depressiya adlandırırlar.  Belə vəziyyətin yaranmasında xarici görünüşün dəyişməsi: doğumdan sonra artıq çəki, xroniki yorğunluq və sallanmış qarın mühüm rol oynayır. daha ətraflı

  • Doğumdan sonra menstrual tsikl

    12.01.2017

    Hamiləlik zamanı menstruasiya tsikli olmur, çünki bu fizioloji mümkün deyil.  Çoxdan gözlənilən uşağın doğulması nəhayət baş verir və reproduktiv sisteminin fəaliyyəti tədricən geri gəlir. Menstrual tsikl doğuşdan sonra nə qədər tez bərpa olunur?  Bu sualın cavabı hər yeni doğmuş qadını narahat edir. daha ətraflı

  • Hamiləlik zamanı qarının qaşınması

    09.01.2017

    Hər ikinci gələcək ana hamiləlik zamanı qarın qaşınması ilə rastlaşa bilər. Bu çox xoş olmayan bir xüsusiyyətdirki, adətən ananı bu dövrdə yetəri qədər narahat edir. Bu halın səbəbi və nə qədər ananın və uşağın gələcəyi üçün təhlükəli ola biləcəyinə aydınlıq gətirək. daha ətraflı

  • Doğumda çatlar və kəsiklər. Onların profilaktikası.

    27.12.2016

    Doğuma daha az zaman qaldıqca, qadın bu haqda daha çox fikirləşməyə başlayır. Kimsə sevinclə, kimsə səbirsizləklə bu anı gözləyir. Hər kəs fərqli düşünür, lakin hər kəsdə kiçikdə olsa qorxu hissi keçirir. Axı hər qadın körpəsinə və öz sağlamlığına görə narahatdır. Bu qorxu daha çox ilk qarınlı hamilələrdə olur. Onları nə gözlədiyini onlar nəzəri olaraq bilirlər. daha ətraflı

  • Donmuş (inkişafdan qalan) hamiləlikdən sonra hamiləlik planlaşdırılması

    23.12.2016

    Donmuş (inkişafdan qalan) hamiləlik – döl yumurtasının tələf olması deməkdir. Ekspertlər donmuş hamiləlikdən ən azı 6 ay sonra yenidən hamiləlik planlaşdırmasını məsləhət görürlər. Amma bu müddət qadının bədən xüsusiyyətindən, sağlamlıq vəziyyətindən aslı olaraq fərqlənir. Qeyd etmək lazımdırki, yeni hamiləlik planı donmuş hamiləliyin baş vermə səbəbindən aslı olacaq. daha ətraflı

  • Uşaq ana bətnində tərs durursa..

    09.12.2016

    Körpə ana bətnində həmişə hərəkət halındadır. Ananın qarnındakı amnion mayesi körpəyə rahat hərəkət edə bilməsinə imkan yaradır. Rahat hərəkət edən körpə doğuma yaxınlaşdıqca son şəklini almağa başlayır. Ümumiyyətlə gözlənilən vəziyyət körpənin başının aşağı tərəfdə olmasıdır. Bəzən körpə bu mövqeyi almır və bu tərs gəliş kimi ifadə olunur. Bu vəziyyətdə körpə başı yuxarıda oturacaq hissəsi isə aşağıda olur. daha ətraflı

  • Doğum qabağı sancılar

    05.12.2016

    Hamiləliyin son üçaylıq dövründə anaların bütün fikri tezliklə balasının görüş anına yönəlir. Bütün sualların içərsində ən həyacanlı  sual; Nə vaxt sancılar başlayacaq? Çox qadınlar bundan qorxur və doğum qabağı sancıları necə tanımaq və o an nə etmək lazım olduğunu bilmədikləri üçün panikaya və ya depresiyaya düşürlər. Gəlin bu məsələni mərhələli şəkildə aydınlaşdıraq. daha ətraflı

  • Hamiləlikdə ziyanlı qidalar

    29.11.2016

    Hamiləlik – hər bir qadın üçün ən gözəl hədiyyədir. Bu xəbər bəzən şok ola bilər, amma digər tərəfdən bu bütün həyat boyu davam edən ən böyük xoşbəxtlikdir. Hamiləlik – hec də xəstəlik deyil, bu eyni zamanda orqanizm üçün bir ingilabdır.Qəflətən ağız tamı, həssaslıq, emosiya dəyişir. daha ətraflı

  • Körpəmin adının mənası

    24.09.2016

    Üşağın adının seçilməsi çox məhsuliyyətli və diqqət tələb edən bir prosesidir. Həyata gələn uşağın adı ona cəmiyyətdə öz yerini tutmaqa kömək etməlidir.

    daha ətraflı

  • Hamiləlikdən əvvəl müayinə

    07.08.2016

    Cütlük ailə qurduqdan sonra əksər hallarda övlad arzusunda olur. Əgər gələcək valideynlər övlad dünyaya gətirməyi qərarlaşdırıblarsa, onlar, ilk növbədə, hamiləlikdən əvvəl tibbi müayinədən keçməlidirlər, çünki ərlə arvadın xəstəlikləri dölün inkişafına mənfi təsir göstərə bilər. Sağlam körpəni sağlam ata-ana dünyaya gətirir. İdeal halda, uşağa qalmağa 3-4 ay əvvəldən hazırlaşmaq lazımdır. daha ətraflı

  • Ovulyasiyanın başlama vaxtı və onu necə müəyyən etməli?

    05.08.2016

    «Ovulyasiya» termini menstrual tsiklin əsas mərhələlərindən biridir. Bu zaman qadın orqanizmində yumurtalıqdakı yetkin follikul partlayır. Bundan sonra mayalanmaya hazır olan yetkin toxum hüceyrəsi qarın boşluğuna düşür. Ovulyasiya dövrü başlandlqda, yumurtalığın follikulu böyüyür və lazımi ölçüyə yetdikdə, follikulda partlayış baş verir. Toxum hüceyrəsi çıxaraq fallopiya borusu ilə uşaqlığa doğru irəliləyir. Onun mayalanması məhz bu dövrdə baş verə bilər – əks halda, 12-24 saat ərzində məhv olacaq. daha ətraflı

  • Uşaqlıqdan kənar hamiləliyin ilk əlamətləri

    04.08.2016

    Hər bir qadın öz hamiləliyinin ideal keçməsini arzulayır, amma həmişə belə olmur. Əlbəttə ki, bu vəziyyətin patologiyası diaqnozunun qoyulması pisdir, amma uşaqlıqdan kənar olan hamiləlik əlamətlərinin meydana çıxması isə daha pisdir. Bu cür vəziyyətdən yeganə çıxış yolu təcili əməliyyatdır.  Əgər embrion bu və ya digər səbəbdən uşaqlıq boşluğunda deyil, başqa bir yerdə (uşaqlıq borusunda, yumurtalıqda və hətta qarın boşluğunda) yerləşibsə, onun artımı zamanı qəflətən güclü qanaxma baş verə bilər, daha ətraflı

  • Hamiləyəm, dişlərimi anesteziya ilə müalicə etmək olarmı?

    04.08.2016

    Dişlərin müalicəsi və ya çəkilməsi zamanı istifadə olunan anesteziya, həqiqətən də, hamiləlik dövründə təhlükəli ola bilər. Bu onunla izah olunur ki, bu cür hallarda ağrıkəsici vasitə kimi adrenalin əsaslı dərman preparatlarından istifadə olunur. Onun təsiri nəticəsində qan damarlarının keçidi əhəmiyyətli dərəcədə daralır və bunun sayəsində qanaxma azalır, ağrı hissiyyatı isə qapanır. Bütün bunlar daha ətraflı

  • Laktasiya

    04.08.2016

    Laktasiya dövrü – anada süd əmələ gəlmə prosesidir. Doğuşdan sonrakı laktasiya dövründə qadınlar üçün lazımi qaydada balanslaşdırılmış qida vacibdir. Laktasiya dövründə pəhriz tələb olunmur – bütün zəruri vitaminlərlə və mikroelementlərlə zəngin olan sağlam qida qəbul etmək kifayətdir. Ümumdünya sağlamlıq təşkilatı laktasiya dövründə uşağı onun tələbi ilə, yəni körpə özü döş istədikdə əmizdirməyi tövsiyyə edir. Vaxt məhdudiyyəti qoymaq lazım deyil – körpə əmib doyduqdan sonra döşü özü buraxacaq. daha ətraflı

Analar üçün mövcud sorğu

Hamiləlik dövründə internetdə dərc olunan məlumatlarda istifadə edirsinizmi?

Nəticələrə baxmaq

Загрузка ... Загрузка ...
Əlaqə üçün
info(a)anayam.az