Bizə yazın

İkinci uşağı nə zaman planlayım?

15.02.2017

Yenicə valideyn olan ana və atalar, artıq alınan nəticəni obyektiv qiymətləndirib, davam etmək istəyib-istəmədiklərinə qərar verə bilirlər. Bir çox valideynlər üçün ikinci uşağı planlamaq, hələdə mənəvi olaraq çətindir. Səbəb, ilk uşaq ilə bağlı çətinlik xatirələrinin hələdə təzə olmasıdır. Burada zaman vacib deyil, istər  1 il və ya 5 il olsun.ikinci usaq

Bəzi qadınlarda isə hamiləliyin özü çox ağır keçib; hər zaman toksikoz, sağlamlıq problemləri, müntəzəm həkim ziyarəti, yataq rejimi, işlə bağlı problemlər və s. Hər halda, hər bir qadının hamiləlik dövründə xoşagəlməz xatirəsi vardır. Bu zaman analar düşünürki, bütün bunları yenidən təkarlamaq alınacaqmı?

Gənc valideynləri başqa sualda narahat edir: İki uşaq üçün kifayət qədər güc olacaqmı? Maddi vəziyyət, ikinci uşağa bəs edəcəkmi? Hətta ilk uşaq artıq məktəbdə oxuyursa, ona da vacib olan ana və ata diqqəti bəs olacaqmı?

Əgər artıq hər şeyi düşünüb, qərara gəlmisizsə, bu dövrü özünüz üçün əhəmiyyətli dərəcədə yüngülləşdirə bilərsiz: dost və ya yaxınlarınızla kömək barədə danışın, ev işlərinə köməkçi və ya birinci uşaq üçün dayə tuta bilərsiniz. Özünüzə güzəştə gedin. Hər halda hamiləlik əbədi olmur, toksikoz da həmçini. Əlbəttə ki, növbəti doğum ananı yenidən qorxuda bilər, amma çox gözlənilən körpə ilə görüş hər şeyi üstələyir və doğum anları tez bir zamanda unudulur.

Valideynləri körpənin ilk ilinin çətinlikləri də qorxuda bilər; qarın sancısi, laktasiya dövrü, diş çıxarma və s. Mütləqdirki, sakitləşib başa düşəsizki, sizin artıq təcrübəniz vardır və uşaqlarda tamamilə fərqli olur.

Bundan başqa ilk uşağın ikinci uşağı necə qəbul etməsidə narahatlıq doğurur. İstənilən şüurlu yaşda olan uşaqdan soruşun, o bacı və ya qardaş istəyir? Cavab əlbətdəki, hə olacaq. Bu uşaq təbiətinə xasdır; yaşıdları ilə ünsiyyət yanğısı, onlarla dostluq və oyun oynamaq. Psixoloji tədqiqatlara görə ailədə tək olmayan uşaqlar, tək olan uşaqlara nisbətən daha ünsiyyətcil, özünə inamlı, az konfliktli, dostluq etməyi bacaran və onların nitqi daha çox inkişaf etmiş olur.

 

Hər ikisinə də sevgi və diqqətimiz bəs edərmi?

İlk uşaq çoxdan gözləniləndir və ele görünürki, bütün sevgi və diqqət ona verilir. Buna görədə, ikinci uşağa hazırlaşan valideynləri bir sual maraqlandırırki; Görəsən, onlar hər iki uşağı eyni sevə biləcəklərmi?

Mühüm olanı yadda saxlamaq lazımdırki, valideyn sevgisi tükənməzdir və valideynin ürəyində yer, sayından asılı olmayaraq bütün uşaqlara çatacaqdır. Ola bilərki, bir uşaq daha çox anaya, digəri isə daha çox ataya bağlı olsun. Olsun, bu qorxulu deyil!

Valideynlər üçün uşağın cinsiyyıti də böyük rol oynayır. Əgər birinci qız doğulubsa, onlar mütləq ikincini oğlan istəyirlər. Və ya əksinə. Amma Ana Təbiət bizə bu məsələlərdə seçim vermir. Əlbəttə siz hamiləlik planlaşdırma üsullarına müraciət edə bilərsiniz. Buna baxmayaraq, təbiətin bizə verdiyini qəbul edib, ona minnətdar olmaq gərəkdir. Əgər valideynlər özləri özlərini çərçivəyə salmasalar – Ailə çox gözəl olacaq!

 

İkinci uşağı nə zaman planlamaq olar?

Hər cəhətin öz üstünlük və mənfi cəhətləri vardır:

  • Əgər uşaqlar arasında yaş fərqi 1.5 ildən çox deyilsə – onlar yaxşı dost olacaqlar və onlara qayğı demək olarki eyni olacaq. Mənfi cəhət ondadırki, oyuncaqlar, dostlar, ana ata sevgisi üzərində qısqanclıq çox olacaq.
  • 4 yaşa qədər fərq varsa – ona görə yaxşıdırki, bu uşaqların ümümi marağı olacaq, lakin gündəlik cədvəl fərqli olacaqdır. Amma burada anayada doğum məzuniyyətinə getmək daha rahat olacaq.
  • 8 yaş fərqi – valideynlər üçün çox rahat olacaq. Böyük uşaq artıq başa düşəndir, balacaya diqqəti rahatlıqla ayırmaq olar. Lakin uşaqlar arasında maraq tamamilə fərqlidir, buna baxmayaraq, boyük kiçiyin qayğısına qala bilər.
  • 10 il sonra uşağı – valideynlər adətən özləri üçün düşünürlər. İlk uşaq artıq böyüyüb və kifayət qədər müstəqildir. Lakin ana və ata darıxıraq, təklik hiss edir. Uşaqlar arasında qısqanclıq olmayacaq, əvəzində ilk uşağın köməyi hər zaman olacaqdır.

İkinci uşağı həkimlər, birinci uşaqdan 3-4 il sonra dünyaya gətirməyi tövsiyə edirlər. Artıq 3-4 yaşlı uşaq düşünərək, bacı və ya qardaşına sevinəcək. Bundan başqa, bu dövrdə qadın orqanizminin bütün funksiyaları tam bərpası baş verir və ana ikinci hamiləliyə və doğuşa hazır olur.

İkinci uşağı qərarlaşmanın digər müsbət cəhəti – ikinci doğuş birinciyə nisbətən daha asan keçir. Bundan əlavə xatırlatmaq lazımdır ki, körpəyə qulluq təcrübəsi hələ 3-4 il ərzində unudulmamışdır.

ikinci usaq haqqinda

Hər bir ana və atanın həyatında elə bir zaman gəlirki, onlar başa düşürlərki; Artıq bir uşaqda istəyirəm! Və o an, heç bir yer, güc, vasitə, hətta yaş belə heç bir əhəmiyyət kəsb etmir!

 

 

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan