Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

Hamiləlikdən əvvəl hansı təhlil və müayinələrdən keçmək lazımdır

15.11.2017

Hamiləlik – orqanizmin bütün sistemlərinin davamlılığı üçün bir sınaqdır. Demək olar ki, hər bir hamilə qadın doqquz ay ərzində sağlamlığı və səhhəti ilə bağlı hansısa problemlərlə üzləşir. Mayalanma və körpənin daşınmasında yarana biləcək problemlərin dairəsini xeyli məhdudlaşdırmaq üçün əvvəlcədən sağlamlığınızın qayğısına qalmalısınız. Təəssüf ki, çox az adam bilir ki, ümumi qan və sidik təhlili ilə yanaşı hələ çox vacib təhlillər var, onların bir qismini həkim, hamilənin uçota durduğu zaman təyin edir. Amma alınan təhlil, təsdiq olan zaman müalicə üçün bir çox antibiotiklər və digər preparatlar təyin olunur ki, bunlar dölə birbaşa təsir edir.   Hər bir qadın, əvvəlcədən həyatında ən mühüm hadisəyə necə hazırlaşmalıdır?

  1. Ginekoloq müayinəsi. O, kresloda uşaqlıq boynu eroziyasının olub-olmamasına baxış etməlidir. Əgər varsa, həkim onun ölçü və vəziyyətini qiymətləndirir, əlavə analizlər təyin edir. Əgər eroziya sahəsi böyükdürsə, onda həkim onu yandırılmasını irəli sürə bilər. Əgər o, lap kiçik ölçüdədirsə, doğuşa qədər ona toxunmurlar, olur ki, doğuşdan sonra o, özü keçir.
  2. Uzm. Bu zəruri prosedur, uşaqlıq və uşaqlıq boynunun forma və ölçülərini, struktur patologiyasını, endometriya və yumurtalıqların vəziyyətini müəyyənləşdirməyə imkan verir.
  3. İnfeksiyalar. Təhlilləri aparılır və lazımı müalicə üsulları tətbiq olunur.

Cinsi yolla keçən və TORCH infeksiyaları təhlilləri

Bu bölmənin ən əsas təhlilləri – mycoplasma, ureaplasma və xlamydia.

Mycoplasma və ureaplasma, vaginal və servikal kanaldakı iltihablara səbəb ola bilər, mayalanmada problem yarada bilər, bundan başqa hamiləlik baş veribsə, cift inkişafına mənfi təsir göstərə bilər. Xoşbəxtlikdən bu bakteriyaların müalicəsi mümkündür, amma bəzən buna bir ay bəs etmir.

Xlamydia. Onların qadın bədənində iştirakı, mayalanma və dölün daşınmasında problem yaradan daha bir səbəbdir. Хlамydia, uşaqlıq borularında iltihab prosesinə səbəb olur, bəzi hallarda mayalanmaya maneə edən birləşmələr əmələ gətirir, əgər hamiləlik hər halda baş veribsə, o uşaqlıqdankənar hamiləlik ola bilər.

TORCH – infeksiyaları

T – Тoksoplasmos

O – Оthers (sifilis, hepatit B, streptokoklar, bəziləri virus və bakteriyalar)

R – Rubella (məxmərək)

C – Sitomegalovirus (cytomegalovirus)

H – Herpes virusu (herpes simplex virusu)

Belə infeksiyalar hamiləlik zamanı, anadan uşağa ötürülə bilər.

Papillomavirüs və ya HPV. Hamilə qalma qabiliyyətinə görə bu virus təsir etmir, lakin o uşağın lazımı zamana qədər daşınmasına təsir göstərər.

Herpes və ya HSV. Bu virus hamiləlik zamanı kifayət qədər təhlükəlidir, çünki o, tam inkişaf etməmiş hamiləliyə, vaxtından əvvəl doğuma, dölün müxtəlif deformasiyasına, orqan strukturunun anomaliyası və anadangəlmə pnevmoniyaya səbəb ola bilər.

Cytomegalovirus. Bu herpes ailəsindən olan, başqa bir virusdur. O, daha çox hamiləliyin erkən mərhələlərində təhlükəlidir, çünki o, düşməyə və uşağın inkişaf qüsuruna səbəb ola bilər. Sonrakı müddətdə bu virus dölə təsir etmir, lakin, erkən doğuşa səbəb ola bilər.

Əgər zamanında bu infeksiyalar aşkar olunub, müalicə olunmasa, bu infeksiyalar dölə birbaşa təsir edə bilər. Ona görədə bunları əvvəldən müayinə etmək lazımdır. Bütün bu infeksiyalar üzrə təhlillərin aparılması, hamiləliyin planlaşdırılmasından yarım il əvvəl mümkündür. Təhlillər, sidik axarları, servikal kanal və uşaqlıq boynundan götürülür. Prosedurlar ağrısızdır, lakin bəziləri üçün bir az xoşagəlməz görünə bilər. Bu cür testləri aparmazdan əvvəl, onlara hazırlanması proseduru ilə tanış olmaq lazımdır, çünki hər bir təhlilin öz nüansı var.

 

 

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az