Bizə yazın

Donmuş (inkişafdan qalan) hamiləlikdən sonra hamiləlik planlaşdırılması

23.12.2016

Donmuş (inkişafdan qalan) hamiləlik — döl yumurtasının tələf olması deməkdir. Ekspertlər donmuş hamiləlikdən ən azı 6 ay sonra yenidən hamiləlik planlaşdırmasını məsləhət görürlər. Amma bu müddət qadının bədən xüsusiyyətindən, sağlamlıq vəziyyətindən aslı olaraq fərqlənir. Qeyd etmək lazımdırki, yeni hamiləlik planı donmuş hamiləliyin baş vermə səbəbindən aslı olacaq.

Donmuş hamiləliyin əsas baş vermə səbəbləri

  • Genetik — xromosom anomaliyası. Bu problemli hamiləlik daha erkən pozulur, hamiləliyin 5-7 həftəsində düşüklə nəticələnir.
  • Endokrin — qalxanabənzər vəzi ilə əlaqəli xəstəliklər, böyrəküstü vəzi və yumurtalıqların funksiyasının pozulması.
  • İmmunoloji — qadın bədəninin imunitet sisteminin funksiyasının pozulması.
  • Uşaqlığın patologiyası — uşaqlıq boynunun çatışmamazlığı, infantilizm, uşaqlığın inkişaf qüsurları və uşaqlıqdaxili bitişmə.
  • Xroniki infeksiya — iltihabı törəmələr, xroniki endometrit və cinsi yolla keçən zöhrəvi xəstəliklər.
  • Bioloji və sosioloji amillər — qeyri sağlam həyat tərzi və qeyri-sağlam ətraf mühit.

Donmuş hamiləlikdən sonra hamiləliyə hazırlaşma

Hamiləliyin planlaşdırılması əvvəl baş vermiş donmuş hamiləlik səbəbindən aslıdır. Bu zaman kompleks müayinələrdən keçmək lazım gələcək.

İlk əvvəl mütəxəssis genetik müayinəsindən keçmək lazım olacaq. O kariotip (qadın və kişinin xromosom toplumu) müayinəsini keçirəcək. Bu hamiləliyin sonrakı dövrü üçün  risk qiymətləndirilməsi üçün lazımdır. 9-12 həftəlik hamiləlikdə ciftin biopsiyası keçiriləcək. Təxmini 16-20 həftəlik hamiləlikdə amniotic mayenin analizi keçiriləcək. 22-ci həftədə dölün göbək punksiyası keçiriləcək. Əgər bu müayinələrdə hansısa pozulma qeydə alınarsa, bu zaman hamiləlik dayandırılır.

Yumurtalıq funksiyasının pozulması aşkar olunarsa hormonal müayinə təyin olunacaq. Müayinənin nəticələrinə görə, menstrual dövrü mərhələsində asılı olaraq hormonların korreksiyası həyata keçirilir. Həmçinin yumurtalıqların funksiyasını aşkar etməkdən ötrü, yumurtalıqların ultrasəs müayinəsi və endometrik kontrol təyin oluna bilər. Yumurtalıq funksiyasının pozğunluğu aşkar olunarsa, menstrual tsiklın 2 mərhələli (1-ci mərhələ estrogen, 2-ci mərhələdə progesten) hormonal əvəzləyicisi təyin olunur.

Əgər qalxanabənzər vəzi ilə əlaqəli hansısa problem aşkar olunarsa, qadın endokrinoloq yanına göndərilir. Bu zaman qalxanabənzər vəzinin ultrasəs müayinısi və onun yaratdığı hormon araşdırılması aparılır. Hiperfunksiya araşdırılması zamanı, hiperaktivliyi aşağı salan müəyyən preparatlar təyin olunur.

Uşaqlığın patologiyasının araşdırılması üçün ultrasəs müayinə və ya rentgenoqrafiya tətbiq olunur. Belə qüsur aşkar olunarsa, qusurun ağırlıq dərəcəsindən aslı olaraq cərrahı korreksiya tövsiyə olunur.

Bu vəziyyətdə hər şeydən vacib ruhdan düşməməkdir. İnanmaq lazımdırki, növbəti dəfə hər şer alınacaq. Əlbəttə tibbi müayinə lazımdır, lakin psixoloji münasibət daha vacibdir!
hamileliyin planlasdirilmasişş

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az