Bizə yazın

Çin təqvimi ilə uşaq cinsinin hesablanması (2016-2017)

28.03.2017

Müəyyən təqvimlər varki, valideynlər gələcək uşağın cinsiyyətini hesablaya bilirlər. Bunların içərisində Çin təqvimi geniş yayılmışdır.

Gələcək üşağın cinsiyyətini hesablayan çin təqvimi

Çin təqvimi —   700 il bundan əvvəl Pekin yaxınlığında yaşamış bir rahibin türbəsindən tapılmışdır. Bu tapıntıdan sonra arxeoloqlar təqvimi tədqiq etdilər. İndi müasir qadın və kişilər bu təqvimlə öz gələcək körpəsinin cinsini müəyyənləşdirə və ya planlaya bilir.

Çinli alimlər əmindirlər ki, gələcək uşağın cinsiyyəti menstrual tsikldan asılıdır. Çin metoduna görə gələcək uşağın cinsiyyəti yalnız qadının yaşı və mayalanma ayına görə hesablanır.

Cədvəldə ananın yaşı və mayalanma ayı qeyd olunur. Onların kəsişmə xanası — gələcək uşağın cinsiyyətini bildirir. Çəhrayı xana  qız, mavi rəngli xana isə oğlan olacağını bildirir.

v5_teqvim_v2

 

Bu metodun dəqiqliyi 75%-dən artıq hesab olunur. Burada əsas  mayalanma ayının düzgün müəyyən edilməsidir. Nəzərinizə çatdıraqki, bu cədvəl 2016-2017 illər üçün nəzərdə tutulub.

Unutmayın ki, cinsindən asılı olmayaraq, uşaq  —  gözəl hədiyyədir!

Və onun cinsiyyəti yalnız Allahdan sizə göndərilən qismətdir!

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az