Bizə yazın
[contact-form-7 404 "Not Found"]

Ailəniz artıma hazırdırmı?

17.11.2017

Əksəriyyət cütlüklərdə sual yaranır ki, onlarda daha bir uşağın yetişdirilməsinə qüvvə və vaxt çatarmı. Ola bilsin ki, siz uşağınızın bacı və ya qardaşının olmasını çox istəyirsiz, amma istək imkanlara möhkəmlənməli və həyat yoldaşı ilə mütləq razılaşdırılmalıdır.

Emosional aspektlər

Bir uşağa qulluq – çətin və məsuliyyətli işdir, amma əlində iki uşaq olanda, artıq özünüzə zaman, heç qalmır. Bəzi qadınlar, öz seçimi olsa belə, balaca uşaqlarla evdə oturub, tənhalıqdan əziyyət çəkirlər. Əlbətdə, müsbət cəhətləri də var, ikinci uşağın dünyaya gəlməsi, birinciyə nisbətən emosional və fiziki cəhətdən yüngül baş verir, ona görə ki, siz artıq nə gözləyəcəyinizi bilirsiniz. Hətta, ilk doğulan uşağın qayğıları ilə əlaqədar heç bir problem yaşamamış olsanız da, ikincisi sizi gözlədiyinizdən fərqli olaraq, tam əldən sala bilər.

Düşünün ki, ilk uşağın sonsuz gecə oyanmalarına baxmayaraq, siz eyni görünən sonsuz hadisələrin yenidən öhdəsindən gəlməyə hazırsızmı: gecə saatlarını yatmamaq, dəfələrlə uşağı yedirtmək və praktiki olaraq öz şəxsi zamanınızdan məhrum olmaq. Yeni doğulmuş uşağa qayğı göstərmək üçün, yeni bərpa olunan ictimai həyatınızı qurban vermək lazım gələcək. İki və ya daha çox uşağı olan rəfiqələrinizdən soruşun, onlar bunun öhdəsindən necə gəlir və yardımınızı onlara təklif edin. Bu yolla siz, birdən iki uşaq qulluğu üzrə təcrübə alıb, bunun gücündə olub-olmadığınızı başa düşə bilərsiniz.

Maliyyə problemləri

Əvvəlcə sizə ikinci uşağa, birinci uşaq qədər xərcləmək lazım olmayacaq, ona görə ki artıq ən zəruri əşyalar var. Əgər sizdə ilk uşağın geyimləri qalıbsa, rahatlıqla onlardan istifadə edə bilərsiz. Amma əgər uşaqlar arasında yaş fərqi azdırsa, onda ən azı daha bir çarpayı və ya uşaq arabası lazım olacaq.
Həqiqətən, uşaq hələ balaca olduğu zaman – xərclərdə də müvafiq olur. Amma irəliyə baxın: Burada sizə yaşayış sahəsinin genişləndirilməsi, bağçanın ödənilməsi, dayə, tədris xərcləri və s. üçün pul lazım olacaq. Daha sonra şok yaşamamaq üçün hər şeyi əvvəldən hesablamağa çalışın. Təəssüf ki belə olur ki, valideynlər maliyyə cəhətdən yeni artıma hazır olmurlar. Çox vaxt cütlüklər pul səbəbindən mübahisə edir. Çalışın ki, ikinci uşağın dünyaya gəlmə sevincini maliyyə problemləri ilə qarşılaşdırmayasız.

İşə qayıdımmı?!

Birinci uşağın doğumundan sonra asanlıqla işə qayıdan qadınlar, ailədə iki uşaq olduqda, bəzi problemlərlə üzləşə bilərlər. Bir çoxları üçün ideal həll yolu, iş saatlarının azaldılması və hətta müvəqqəti işdən imtina etmədir. İş yerindəki fasilənin müddəti, həyat yoldaşının tək başına bütün ailəni necə təmin edə biləcəyinə birbaşa bağlıdır.

O zaman uşağın bağçaya gətməsinə qədər, evdə oturmaq istəməyən xanımlar necə olsun. Bu halda çox vaiant yoxdur. Yaxşı variant, əgər işləməyən ana və ya uşağın qayğıları ilə məşqul ola biləcək nənə varsa. Əks halda, işə dayə götürmək lazım gələcək, lakin bu da, hər kəsin cibinə uyğun deyil.
Ən vacibi – əgər siz hansısa məqamda ana olmaq qərarına gəlmisizsə mütləq əvvəlcədən həyat yoldaşınız ilə məsləhətləşin. Ailənin artması çox vacib bir qərardır ki, bu da həyat yoldaşı ilə birgə həyata keçiririlməlidir. Uşaqlar xoşbəxtlikdir, ancaq valideynlər üçün bu böyük bir məsuliyyətdir, bu məsələyə hər iki tərəf hazır olmalıdır. Çünki, uşaq ailədə sevilməlidir və valideynlər onunla bağlı hər mənd hazır olmalıdır.

 

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az