Bizə yazın

Hamiləlikdən əvvəl müayinə

07.08.2016

Cütlük ailə qurduqdan sonra əksər hallarda övlad arzusunda olur. Əgər gələcək valideynlər övlad dünyaya gətirməyi qərarlaşdırıblarsa, onlar, ilk növbədə, hamiləlikdən əvvəl tibbi müayinədən keçməlidirlər, çünki ərlə arvadın xəstəlikləri dölün inkişafına mənfi təsir göstərə bilər. Sağlam körpəni sağlam ata-ana dünyaya gətirir. İdeal halda, uşağa qalmağa 3-4 ay əvvəldən hazırlaşmaq lazımdır. Valideynlər dərhal zərərli vərdişləri: spirtli içki qəbulunu və siqareti tərgitməli, tünd çay və qəhvəni mümkün qədər az işməlidirlər. Mayalanma dövründə soyuqdan və istidən qorunmaq lazımdır. Bu dövrdə pəhriz saxlamaq, əzələləri yükləmək olmaz. Həmçinin, xəstəliklərdən qorunmaq, preparatların qəbulundan imtina etmək lazımdır. Özünüzü gözəl əşyalarla və xoşagələn insanlarla əhatə etməyə, gözəllikləri seyr etməyə çalışın. Həmçinin, işinizin Sizin vəziyyətinizə necə təsir edəcəyi barədə düşünün.

Övladınızın dünyaya gəlişinin sizin öz həyatınızı tamamilə dəyişəcəyinə psixoloji və mənəvi cəhətdən hazır olmalısınız. Öz səhhətinizin yüksək səviyyədə olduğuna əmin olsanız da, mayalanmadan qabaq mütləq tibbi müayinədən keçməlisiniz.

İlk növbədə, Sizi terapevt müayinə etməli – təzyiqinizi ölçməli, sidik və qan analizi verməyinizi tapşırmalıdır. Əgər Sizdə gizli xroniki xəstəliklər aşkarlanarsa, hamiləlikdən qabaq bu xəstəliklər müalicə olunmalıdır. Çünki sonradan ağırlaşma halları baş verdikdə, Siz dərman preparatları qəbul etməli olacaqsınız, bu isə körpəyə zərər vura bilər. Əgər Siz artıq müalicə kursu keçirsinizsə və dərman qəbul edirsinizsə, bu barədə həkimi məlumatlandırın. Qanın ümumi analizinin köməyi ilə qanın laxtalanma səviyyəsini müəyyən etmək mümkündür. Sapıntıları normaya salmaq lazımdır, çünki qanın duruluğu körpənin sonadək bətndə qalmamasına səbəb ola bilər. Qanın rezus-faktorunu və əlbəttə ki, qrupunu müəyyən edin. Əgər qanın rezusu kişidə müsbət, qadında isə mənfidirsə, hamiləlik zamanı daim qan analizi verilməlidir. Bu, lazımi məqamda hamiləlikdən əvvəl müayinərezus ziddiyyətini müəyyən etməyə və qabaqcadan müalicə aparmağa kömək edəcək.

Öz qanı birinci qrup, tərəfdaşının qanı isə digər qrup olan qadınlar hərtərəfli müayinə olunmalıdır, çünki immunoloji ziddiyyət yarana bilər. Daha sonra mütləq ginekoloqa müraciət etmək lazımdır. Uşaqlığın USM aparılmalıdır – bu yolla Siz, yalnız cərrahi üsulla müalicə oluna biləcək xəstəliklərin olmadığına əmin olacaqsınız. Cinsi yolla ötürülən infeksiyaların (CYÖİ) mövcudluğunu müəyyən etmək üçün analiz verin. Hətta bu cür xəstəliyin olmadığına əmin olduqda belə, uşaqlıq yolunun mikroflorasının analizini aparmaq daha yaxşıdır. CYÖİ mövcudluğunu müəyyən etmək üçün kişi də, qadın da analiz verməlidir. Patologiyadan qorunmaq üçün qadın uşaqlıq yolunun yaxmasını yoxlamalıdır. Əgər nəsildə genetik anomaliya olubsa, yaxud qadının yaşı 35-dən az deyilsə, həkim-genetiklə də məsləhətləşmək lazımdır. Qadının döşündə şişlərin olmadığına əmin olmaqdan ötrü süd vəzilərinin retngen müayinəsi aparılır. Həmçinin, əvvəlki mayalanmalarla bağlı problemlər olubsa, bu barədə də həkimlə məsləhətləşmək lazımdır. Əgər cütlükdən birinin irsi xəstəliyi varsa, genetikə müraciət olunmalıdır. Körpənin düzgün inkişafı, skeletinin formalaşması üçün çoxlu kalsium tələb olunur. Bu səbəbdən, hamilə qadının dişlərində problemlər yarana bilər. Körpəyə heç bir xroniki xəstəlik keçirməmək və hamiləlik dövründə dişləri müalicə etməmək üçün qabaqcadan stomatoloqa müraciət olunmalıdır.

Hamiləlikdən əvvəl tibbi müayinə aşağıdakı alqoritm əsasında aparılmalıdır:

  • Kolposkopiya müayinəsi;
  • Stomatoloq, terapevt, otolarinqoloq;
  • Sidik analizi;
  • Qadının və kişinin qan qrupunun və rezus-faktorun müəyyən edilməsi, qanın laxtalanmasının analizi, eləcə də leykositar formulun, rəng göstəricisinin, SOE, trombositlərin, leykositlərin, eritrositlərin və hemoqlobinin yoxlanılması;
  • Xlamidiya, SMV, herpes, toksoplazma, məxmərək anticisimləri;
  • Adi infeksiya analizləri;
  • Ginekoloq müayinəsi;
  • Koaquloqram, hemostazioqram;
  • Fosfolipid anticisimlərinin, xorionik qonadotropin, dəri vərəmi antikoaqulyantının anticisimlərinin müəyyən olunması. Bunlar dölün sonadək bətndə qalmamasının standart amilləridir.

Bu analizlərin nəticələri ilə öz müalicə həkiminizə müraciət etməlisiniz.

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az