Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

Hamiləyəm, dişlərimi anesteziya ilə müalicə etmək olarmı?

04.08.2016

Dişlərin müalicəsi və ya çəkilməsi zamanı istifadə olunan anesteziya, həqiqətən də, hamiləlik dövründə təhlükəli ola bilər. Bu onunla izah olunur ki, bu cür hallarda ağrıkəsici vasitə kimi adrenalin əsaslı dərman preparatlarından istifadə olunur. Onun təsiri nəticəsində qan damarlarının keçidi əhəmiyyətli dərəcədə daralır və bunun sayəsində qanaxma azalır, ağrı hissiyyatı isə qapanır. Bütün bunlar əksər hallarda qan təzyiqinin yüksəlməsinə gətirib çıxarır, bu isə, öz növbəsində, uşaqlıq tonusunun artmasına səbəb ola bilər. Bu vəziyyət ana bətnindəki körpənin sağlamlığına və həyat fəaliyyətinə çox mənfi təsir göstərir, ağır hallarda isə uşaqsalmaya və ya vaxtından əvvəl doğuşa səbəb ola bilər. Məhz bu səbəbdən, hamiləlik dövründə ağrıkəsici preparatlardan istifadə etmək qəti qadağandır. Eyni zamanda, bu gün dişlərin müalicəsi və ya çıxarılması zamanı hamilə qadınlar üçün təhlükəsiz olan anesteziyadan istifadə oluna bilər. Bunlar artikain və epinefrin tərkibli Primakain və Ultrakain preparatlarıdır. Bu maddələr gələcək ananın və dölün səhhətinə heç bir mənfi təsir göstərmir. Bu preparatlar cift maneəsini dəf edə bilmədiyindən, hamiləlik dövründə dünyaya gələcək körpəyə görə narahat olmadan onlardan istifadə etmək olar. Bütünlüklə hamiləlik dövründə dişlərin terapevtik və ya cərrahi müalicəsinə zərurət yarandığı təqdirdə, təhlükəli nəticələrin qarşısını almaqdan ötrü öz vəziyyətiniz barədə həkimi mütləq məlumatlandırmalısınız və ağrıkəsici preparatın və onun dozasının seçilməsini təcrübəli mütəxəssisə həvalə etməlisiniz.

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az