Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

Hamiləlikdə toksikoz

06.09.2017

Toksikoz – Endogen (xarici) və ekzogen (daxili) amillərin təsiri nəticəsində yaranan xoşagəlməz vəziyyətdir. Hamiləlikdə toksikoz – bədənin yeni bir iş rejiminə uyğunlaşmasının nəticəsidir. Hamilə qadınların bir çoxu belə diskomfort vəziyyətlə üzləşirlər. Amma bu hamiləliyin mütləq vəziyyəti deyil, xoşbəxt qadınlar da var ki, toksikoz vəziyyətindən yayınmış olur.

Toksikozun növləri və onun inkişafının səbəbləri

Toksikoz erkən və gecikmiş növdə olur, onlar yaranma səbəblərinə görə fərqlənirlər:

Erkən toksikoz – bədəndə gedən hormonal dəyişikliklər nəticəsində, sinir sisteminin işində müvəqqəti çətinlikdən yaranır. Digər amillərin təsiri də ola bilər. Hamiləliyin ortasında tam formalaşan cift, körpə ilə ana arasında bağlılıqdan əlavə qoruyucu maneə kimi də xidmət edir. İlk aylarda, ciftin kifayət qədər səmərəli işləməməsi zamanı, körpədən gələnbəzi maddələr, ananın bədəninin zəhərləyərək, toksikoz yaradır.

Gecikmiş toksikoz – hamilə qadının orqanizmi, ikiqat yükün öhdəsindən gəlmədiyi zaman yaranır. Buna, endokrin və ya ürək-damar sisteminin mövcud xəstəlikləri, reproduktiv orqanların patologiyası, hamiləlik zamanı keçən virus, hətta düzgün təşkil edilməmiş qidalanma səbəb ola bilir. Risk amillərinə; xroniki yorğunluq, stress, dölyanı suyun çoxluğu, doğulan uşaqlar arasında böyük bir fasilə, əvvəlki hamiləliyin süni dayandırılması aiddir. Yaş da əhəmiyyətlidir: Gecikmiş toksikoz adətən çox gənc analar və ya 35 yaşdan yuxarı olanlarda müşahidə olunur.

Toksikozun simptomları, inkişaf dövrü

Bir çox mövcud xalq inanclarına baxmayaraq, toksikozun olması, uşağın cinsindən asılı deyil. İsveçin Karolinska İnstitutunda respondentlərin toksikoz xəstəliyi olan hamilə qadınlar arasında tədqiqat aparıldı. Bu tədqiqatlar zamanı toksikozun uşaq cinsi ilə heç bir əlaqadə olmaması sübuta yetirildi.

Erkən toksikoz adətən – hamiləliyin ikinci ayında inkişaf edir və 13-14 həftəyədək davam edir. Amma bu orta bir rəqəmdir – o, mayalanmadan sonra ilk həftədə yarana və iki aya qədər inkişaf edə bilər. hamilik zamani toksikoz

Erkən toksikozun standart əlamətləri aşağıdakılardır:

  • Ürək bulanma,
  • Qusma,
  • Zəiflik, bəzən aşağı təzyiq,
  • Yuxusuzluq,
  • Əsəbilik,
  • Dad seçimlərində və qoxularda dəyişiklik.

Gecikmiş toksikoz – ikinci rübün ortalarında və ya üçüncü rübdə özünü göstərir. Onun əsas əlamətləri; şişkinlik, yüksək arterial təzyiq, sidikdə yaranan zülal. Gecikmiş toksikozun daha ağır forması zamanı – baş ağrıları, başgicəllənmə, keyləşmə, görmə pozğunluqları və qulaqlarda səs yaranır. Bəzi hallarda, erkən toksikozda olduğu kimi, ürəkbulanma və qusma da müşahidə edilir. Belə vəziyyətdə cüzi hayacan- urəkkeçmə və həyat üçün təhlükəli olan eklampsiya vəziyyətinə səbəb ola bilər.

Hamiləlikdə toksikoz nə ilə təhlükəlidir

Yüngül formada keçən erkən toksikoz – əlbəttə, qadınlara narahatlıq verir, amma bir qayda olaraq, həyat və sağlamlıq üçün təhlükə yaratmır və zaman keçdikcə özü yox olur. Ancaq ağır şəkildə toksikoz həm ana, həm də uşaq üçün təhlükəli ola bilər.

Qusma refleksi qarın əzələlərinin sıx büzülməsinə səbəb olur və bu cür əzələ spazmlarının tez-tez təkrarlanması, uşaqlıq hepertonusu yaradaraq, qeyri-iradi abort yarada bilər. Hamilə qadın çəki itirərkən, dölə kifayət qədər qida maddələri çatmır. Bu isə onun inkişafının pozulmasına və hətta ölümünə səbəb ola bilər.

Yüngül dərəcəli toksikoz – əsasən səhərlər və gündə 3-5 dəfə qusma ilə xarakterizə olunur. Bu vəziyyətdə olan hamilə qadınlarda, əhəmiyyətli çəki itkisi müşahidə edilmir.

Orta dərəcəli toksikoz – qusma sutkada təxminən 10 dəfə təkrarlanır. Bu, orqanizmin susuzlaşmasına və çəki itkisinə səbəb olur.  Bəzi hallarda bədən hərarətinin artması da müşahidə oluna bilər.

Erkən toksikozun ağır forması – (çox nadir hallarda inkişaf edir) zamanı, qusma gündə 25 dəfəyə qədər təkrarlanır və yeyilən qida, mədəyə düşmür. Bu vəziyyətdə çəki itkisi həftədə bir neçə kiloqramı keçə bilər. Evdə belə problemlərlə mübarizə aparmaq qeyri-realdır və buna görə də erkən toksikozun ağır forması xəstəxanada müalicə olunur.

Gecikmiş bütün ağır mərhələlərində; ananın qan təzyiqinin yüksəlişi zamanı, sidikdə zülal yaranır və bununla başgicəllənmə, güclü şişkinlik, sidik ləngiməsi müşahidə olunur. Anada yaranan qatılaşmış qan nəticəsində, tromların yaranması, beynə oksigenin çatışmazlığı ilə infarktın baş verməsi, insult, hətta, koma təhlükəsi yarada bilər. Gecikmiş toksikozun bütün mərhələləri xəstəxanada müalicə olunur.

Erkən toksikozu necə yüngülləşdirmək olar

Ürək bulanma hallarını yüngülləşdirmək və daha nadir hala gətirmək üçün tövsiyə olunur:

  • Həmişə olduğundan fərqli olaraq, tez-tez, lakin kiçik hissələrlə yeyin. “Az yesən, az ürəyin bulanar” fikri  səhvdir, ümümi günlük qida həcmi azalmamalıdır.
  • Səhər yeməyi uzanaraq yeyilsə yaxşıdır və yeməkdən sonra dərhal qalxmayın. toksikoz
  • Ağır və kəskin yeməklərdən çəkinin.
  • Ürək bulanma hissini, limon və ya portağalın kiçik hissəsini sormaqla yüngülləşdirmək olar.
  • Sınanmış “nənənin” resepti – ürək bulanmasından əvvəl bir qaşıq bal.
  • Aromaterapiya yaxşı təsir göstərir. Toksikozun kəskinləşdiyi zaman bir az nanə və ya zəncəfil yağının damcılanmış əl yaylığını özünüzdə saxlamaq məsləhət görülür.
  • Hamilə qadının olduğu otaq həmişə havalandırılmalıdır.
  • Heç nəyə həyacan keçirmıyin. Gündə iki saatdan az olmayaraq, təmiz havada gəzmək, mütləq lazımdır.

Erkən toksikozla mübarizədə mühüm rol psixoloji vəziyyətdir. Tez-tez özünüzə deyin: “Hər şey yaxşı olacaq!”. Fikrinizi ona yönəldin ki, toksikoz müvəqqəti haldır və əgər bütün tövsiyələr yerinə yetirilsə,o, nə sizə, nə də uşağınıza zərər vurmayacaq. 

 

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az