Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

Hamiləlikdə necə yatmalı?

24.11.2017

Hamiləlikdə körpəsini gözləyən bir çox qadınlar beli üstə yatmaqdan imtina edirlər, səbəb özlərini pis hiss etməkləri və uşağın sağlamlığına xələl gəlməyindən qorxmalarıdır. Bu vəziyyətdə bir risk varmı? Hamilə qadınlara niyə beli üstə yatmaq olmaz və bu çətin dövrdə hansı vəziyyətdə yuxu mövqeyi seçilməlidir?

Arxa üstə yatım vəziyyəti

Hamilə qadın arxası üstə yatış vəziyyətində, çəkinmədən 14-16 həftə müddətinə qədər yata bilər. Problem yalnız, güclü toksikoz olan zaman meydana çıxa bilər. Arxası üstə yatış vəziyyətində ürək bulanması güclənir, qusma prosesi yaranır, gələcək ananın ümumi səhhəti pisləşir. Ağır toksikoz zamanı I rübdə (ilk üç ay) arxası üstə yatma mövqeyindən çəkinmək lazımdır.

Hamilə qadınlara 16 həftəsindən sonra arxası üstə yatmaq, tövsiyə edilmir. Bu zaman rəhm, bütün ağırlığı ilə qarın boşluğu orqanlarına, qan damarlarına, onurğaya, kürək əzələlərinə təzyiq edir. Hətta, ən böyük aşağı vena damarını da sıxa bilir. Böyüyən uşaqlıq, vena damarını sıxan zaman kifayət qədər xoşagəlməz əlamətlər yaranır:

  • Qulaqda səs;
  • Gözlər qarşısında titrəyiş;
  • Nəfəs darlığı;
  • Tənginəfəslik;
  • Ürək döyüntüsünün artması;
  • Qan təzyiqinin düşməsi;
  • Huşun itməsi.

Arxası üstə yatmaq uşaq üçündə uyğun deyil. Aşağı venanın sıxılması zamanı, kiçik çanaq orqanları və ciftə qan dövranın hərəkəti zəifləyir. Nəticədə, oksigen və qida maddələrinin dölə çatma prosesi ləngiyir. Bundan sonra, hepoksiya inkişaf edir, fiziki inkişaf tempi azalır, bu da təbii olaraq, doğumdan sonra körpənin sağlamlığına təsir edir. Xülasə sadədir: Hamiləliyin 16-cı həftəsindən sonra arxası üstə yatmaq olmaz.

Üz üstü yatım vəziyyəti

Gələcək ana, üz üstə yatım vəziyyətində hamiləliyin 10-12ci həftəsinə qədər yata bilər. I rübdə, belə bir vəziyyətdə yatmaq, böyüyən uşaq üçün tamamilə təhlükəsizdir. Hamiəliyin erkən müddətində qarın üstə yatma vəziyyətinin, faydalı əlamətləri ola bilər. Bu vəziyyətdə toksikoz simptomları azalır, yuxu yaxşılaşır, onurğa üzərinə düşən yük azalır. Çox qadınlar məhz, qarın üstə daha yaxşı yatır.

Artıq 12-cı həftədən sonra qarın üstə yatmaq olmaz. II rübdə (ikinci üçaylıq) uşaqlıq artıq böyüb, kiçik çanaq əhatəsindən çixaraq, qarın boşluğuna yerləşir. Və nəticədə, üz üstəyatım vəziyyətində qadın bütün bədininin ağırlığı ilə bətnindəki uşağı sıxır. Belə vəziyyət döl üçün təhlükəlidir və hamiləliyin II və III rübündə yol verilməzdir

Böyrü üstə yatım vəziyyəti.

Sol və ya sağ böyrü üstə yatım vəziyyəti – hamiləlik zamanı ən rahat vəziyyətdir. Bu vəziyyətdə, çanaq sümüyü  və qarın boşluğu orqanları sıxılmır, ciftin qan dövranı hərəkəti pozulmur və balaca əziyyət çəkmir. Böyrü üstə, mayalanma anından, doğum qədər yatmaq olar. Rahat tərəfin seçimi, gələcək anaların təəssüratdan asılıdır. Bir çox qadınlar hamiləlik zamanı sağ böyrü üstə yata bilmirlər. Burada həzm sisteminin mühüm orqanları, qaraciyər və öd kisəsi yerləşir. Onların sıxılması zamanı, qıcqırma və qarınağrısı yarana bilir. İstənilən xoşagəlməz əlamətlərin meydana çıxması – bədən vəziyyətinin dəyişmə (sol böyrü üstə çevrilmək) zamanına olan bir işarədir.

  • Hamiləlik zamanı yuxu üçün olan ən optimal vəziyyət – sol böyrü üstü vəziyyətidir. Bu vəziyyətdə, sol ayağınızı uzadın, sağ ayağınızı isə dizdən əyin. Bu vəziyyətdə, qarın əzələlərinin yükü azalır və uşaqlıq rahatlaşır.
  • Həddən artıq sərt və ya həddən artıq yumuşaq səth üzərində yatmayın. Döşək orta sərtli, çökəksiz və hamar olmalıdır.
  • Uzun müddət bir vəziyyətdə yatmaq olmaz. Hər 2-4 saatdan bir vəziyyəti dəyişmək lazımdır.
  • Rahatlıq üçün xüsusi yastıqlardan istifadə etmək olar. Belə yastıqlar onurğa sütununun və arxa əzələlərin gərginliyini azaldır və rahat rahat yuxu şəraiti yaradır. Doğumdan sonra bu yastıq, qadının uşağını yedirməyi üçün əlverişli vəziyyət tutmağa kömək edəcək. hamilələr üçün yastıq

 

 

 

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az