Bizə yazın
[contact-form-7 404 "Not Found"]

Hamiləlik zamanı, immun sistemini möhkəmləndirən 4 vitaminli kokteyl

06.02.2018

Çox zaman, gələcək anaların immuniteti zəif olur və ona dəstək tələb olunur. Sağlamlığı möhkəmləndirmək üçün və bunu xoş və dadlı etmək üçün, köməyə vitaminli kokteyllər gələcəkdir. Kokteylər hamiləlik zamanı onlar hamilə qadının bədənini vitaminlərlə və mühüm mineral maddələrlə təmin edirək, onu infeksiyalara qarşı dözümlü edir. Və əsas, onları hazırlamaq asan və sadədir. Vitaminlərin faydası haqqında hamı bilir. Meyvə və tərəvəzlər, orqanizmin vitamin tədarükçülərindən ən yaxşıları hesab olunur. Maksimum fayda əldə etməyin ən yaxşı üsulu – vitaminli kokteyllərin hazırlamasıdır.

Hamiləlik zamanı vitaminlər çox vacibir

Vitaminli kokteyllərin, şirələrdən olan əsas üstünlük və fərqi, selülozdur. Bu səbəbdən, onalar şirələr ilə müqayisədə daha doyumlu olurlar. Yəqin ki, siz özünüz də, təbii tərəvəz və ya meyvə şirəsini içdikdən sonra iştahın daha da güclənməsini hiss etmisiz. Belə ki, meyvə turşuları mədədə həzm şirələrinin istehsalına səbəb olur. Vitaminli kokteyllər isə mədəyə sellüloz verərək, uzun müddət doydurur!

Vitaminli kokteyllər həzm sistemini həddindən artıq yükləmir, asan və tez mənimsənilir. Bir dəfəyə 100 q kərəvizi və ya çuğunduru yemək çətindir, amma bu qədər faydalı məhsullarla zəngin vitaminli kokteyli içmək asandır. Tərəvəz, meyvə və göyərti ilə yanaşı, vitamin kokteyllərinin tərkibinə əlavə süd məhsulları da istifadə edilə bilər.

Vitaminli kokteylləri, vəziyyətə görə seçirik

  •  Nar əsasında hazırlanmış kokteyllər; qanın tərkibini yaxşılaşdırır, anemiya ilə mübarizə aparır, qanda dəmir səviyyəsini artırır.
  • Trombozlara meyllilik, yüksək qan qatılığı zamanı albalı şirəsinin əsasında hazırlanmış kokteyllər kömək olacaq.
  •  Qovun və qarpız şirələrinin qarışığı, və bu şirələrin hər biri ayrılıqda, sidikqovan xüsusiyyətlərə malikdir, orqanizmdən artıq mayeni çıxarır. Demək ki, şişlərdən xilas olmağa kömək edir.
  •  Alma şirəsindən hazırlanan vitaminli kokteyllər, həzmi, mədə-bağırsaq traktının işini yaxşılaşdırır və dəmir ehtiyaclarını ödəyir.

Vitaminli kokteyllərin hazırlanmasına dair məsləhətlər

  1. Portağal şirəsi əlavə etməklə, kokteyllərin qatılığını tənzimləmək olar. Bu, həm də kokteyilinizi C vitamin ilə zənginləşdirəcək.
  2. Əgər siz artıq çəki yığımına meyillisizsə, şirin meyvə və nişastalı tərəvəzlərdən istifadə etməyin.
  3. Sizdə, hansı qrup vitamin və mikroelementlərin çatışmazlığını müəyyən edin. Buna əsasən, kokteylləriniz üçün müvafiq komponentləri götürün. Onda onlar daha faydalı olacaq.

Dəri və damarların elastikliyini yaxşılaşdıran vitaminli kokteyl

Tərkibi:

  •   3 kök
  •  3 portağal
  •  1 ç.q rəndələnmiş zəncəfil kökü

Hazırlanma qaydası:

Şirəsıxandan 3 kök və 2 portağal keçirin. Alınmış şirəyə zəncəfil və 1 portağal lətini əlavə edin. Bütün qarışımı blenderdə müəyyən kütlə alınanadək çalın .

 

Toksinlərin çıxarılması üçün vitaminli kokteyl

Tərkibi:

  •  2 çuğundur
  •  2 kök
  •  2 xiyar
  •  200 q təbii yoqurt

Hazırlanma qaydası:

Orta ölçülü çuğunduru şirəsıxandan keçirin. Alınmış şirəni 2 saatlıq soyuducuya qoyun. Xiyar və köklərin şirəsini sıxın. Alınan 3 şirəni qatın və təbii yoqurt əlavə edərək qarışdırın.

 

Qidalandırıcı vitaminli kokteyl

Tərkibi:

  •   2 portağal
  •  1 banan
  •  100 q təbii yoqurt

Hazırlanma qaydası:

İki portağal şirəsini sıxın və blenderdə bananla qarışdırın.

Üzərinə yağsız təbii yoqurt əlavə edərək, qarışdırın.

 

Pomidor şirəli vitaminli kokteyl

Terkibi:

  •   5 pomidor
  •  1 dəstə keşniş
  • Yarım limon şirəsi
  •  Duz, qara istiot

 Hazirlanma qaydasi:

Pomidorların qabiqlarını təmizləyin və blenderdə xirdalayın. Limon şirəsi, xırdalanmış keşniş və ədviyyatları əlavə edin. Alınan qarışımı yaxşı qarışdırın.

Alergiyanız olan meyvə və ya tərəvəzi istifadə etməyin.

 

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az