Bizə yazın

Hamiləlik dövründə depressiya

19.04.2017

Hamiləlik qadının həyatında olan ən vacib və ən həyacanlı prosesdir. Bu zaman onun bədənində çoxlu hormonal və fizioloji dəyişikliklər baş verir. Buda depressiyanın əsas səbəblərindəndir. Hamilə qadının depressiya ilə mübarizə aparması üçün, onun simptomlarını, səbəblərini, nəticə və müalicə üsullarını bilməlidir.

 

Hamiləlik zamanı depressiyanın simptomları

Yüksək həssaslıq və əhval-ruhiyyənin tez-tez dəyişməsi, hormonal dəyişimin nəticəsidir. Bununla yanaşı, hər səkkizinci qadın depressiyadan əziyyət çəkir.

Depressiya simptomları bunlardır:

  •  Ağlağanlıq, güclü həssaslıq;
  • Hər şeyə biganəlik;
  • Daim  pis əhvali-ruhiyyə;
  • İştahın pozulması;
  • Yuxusuzluq və ya yüksək yuxuculuq;
  • Daim yorğunluq;
  • Tənhalıq duyğusu;
  • Günah, qorxu hissi;

 

Depressiyaın səbəbləri

İlk növbədə hamilə qadın depressiyanın səbəblərini araşdırmalıdır. Adətən buna səbəb aşağıdakılardır:

  • Ailə vəziyyəti — həyatında sevdiyi insan ilə mübahisə, həyat yoldaşına inamsızlıq, ailədə qarşılıqlı anlaşmanın olmaması;
  • İşini itirmək qorxusu və ya başqa vəzifəyə keçmə;
  • Gələcək uşağın vəziyyət və sağlamlığına görə yaranan qorxu;
  • Doğum öncəsi qorxu;
  • Genetik, depressiya vəziyyətinə meyllilik;
  • Stress — təmir və ya köçmə;
  • Körpənin gələcəyi üçün qeyri-sabit maliyyə durumu;
  • Hamiləliyin çətin keçməsi;
  • Bundan əvvəl ana olmaq şansının itirilməsi. Əgər bundan əvvəlki hamiləlik abort və ya düşüklə nəticələnibsə, o zaman qorxu digər hamilələrə nisbətən çox olacaqdır.
  • Doğumdan sonrakı həyat dəyişiminin qorxusu;

Unutmaq olmaz ki, əvvəlki adət olunan həyat tərzinin dəyişməsi —  həmişə stressdir. Zərərli vərdişlərdən hamiləlik zamanı imtina, depressiyaya səbəb ola bilər. Məhz buna görə də siqareti atmaq və alkoqollu içkilərdən imtina hamiləlikdən bir il əvvəl olmalıdır.  Səbəbini müəyyən etdikdə, ondan xilas olmaq daha asan olacaq.

 

Hamiləlik dövründə depressiyanın nəticəsi?

Hamiləlik dövründə depressiya gələcək uşağın səhhətinə mənfi təsir göstərərək, onun əsas dil vərdişlərinin formalaşmasına maneə törədir.

Artıq formalaşmış uşaq gələcəkdə də depressiya hallarına meylli ola bilər.

Hamiləliyin erkən mərhələlərində güclü stress, düşüyə səbəb ola bilər.

Stressin özlüyündə boğulması məsləhət deyildir. Beləki, bu yolla, hamilə özünü daha da gərginliəşdirir.

 

Hamiləlik zamanı depressiyadan qurtulmaq üsulları

Hamiləlik zamanı depressiyadan qurtulmağın ən sadə və əsas yolu, onu yaradan səbəbin aradan qaldırılmasıdır. Lakin bu heç də həmişə mümkün olmur.

Hamiləlik zamanı depressiyadan qurtulmanın ümümi üsulları vardır: hamilelikde depressiya

  1. Əsas diqqəti özünüzə və sevdiyinizə sərf edin. Sizə rəfiqənizlə və ya yaxınınızla alış-verişə getmək, həyat yoldaşı ilə axşam gəzintisi və ya təbiət səfərlərinə çıxmaq kömək edə bilər.
  2. Vacib olan, həyat yoldaşınızdan fikir və duyğularınızı gizlətməməkdir. Unutmayınkı, doğum öncəsi depressiya kişilərdə qadınlardan az rast gəlinmir.
  3. Siz həyat yoldaşınızla birlikdə USM və ya hamilə qadınlar üçün olan kurslara gedə bilərsiniz. Bu, nəinki doğuşa hazırlaşmağa kömək edəcək, həm də sizi yaxınlaşdıracaq. Əgər sizə öz tərəfdaşınızla ümumi dil tapmaq çətindirsə, onda ailə psixoloquna müraciət etməyiniz lazımdır. Ailə psixoloqu, mövcud problemi həll etməyə kömək edəcək və gələcəkdə belə hadisələrin qarşısını almaq yollarını izah edəcək.
  4. Məsləhətləşmək və yardım xahiş etməyə qorxmayın. Yaxınlarınızdan dəstək və anlaşma əldə etdikdə, siz özünüzü inamlı hiss edəcək və tənhalıq hissindən qurtaracaqsız.
  5. Uşaqlıqda bağmağa xoşladığınız filmləri xatırlayın. Onlara yenidən baxmağın zamanı gəlib çatıb.
  6. Gözəl musiqi dinləyin və ya kitab oxuyun. Gələcək uşağınız üçün öz sevimli mahnı və kitablardan ibarət kolleksiya qurun. Bu sizin uşaqlıq mühiti və yüngül nağıl dünyasına baş vurmağa imkan verəcək.
  7. Masaj və meditasiya sizə rahatlaşmağa və problemi həll etməyə kömək edəcək. Hamilələr üçün yoga, idman kurslarına yazılın. Orada siz özünüz kimi narahat hamilə qadınlarla tanış olub, bu vəziyyəti birgə üstələyə biləcəksiz.
  8. Sağlam qidalanın. Rasionunuza daha çox meyvə, tərəvəz və balıq əlavə edin. Onların tərkibində olan serotonin maddəsi depressiyadan qaçmağa sizə kömək edəcək.

hamilelik ve depresiya

Və unutmayın ki, uşağın vəziyyəti və onun dünyanı qəbul etməsi, sizin əhval-ruhiyyənizdən asılıdır. Uşağın xasiyyəti artıq ana bətnindən formalaşır.

Hamiləlik zamanı özünüzə, parlaq, əlvan və yeni xoş hadisələrlə dolu dünya bəxş etsəniz, nəticədə körpənizi qayğı ilə əhatə edib, ailənizə harmoniya bəxş edərsiniz.

Həyat yoldaşından dəstək — hamilə qadın üçün əsasdır! O, asanlıqla qorxunu yox edərək, zamanında sevgi və anlayışı ilə lazımı psixoloji dəstəyi göstərə bilər.

 

 

 

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az