Bizə yazın

Hamilə qadının müayinəsi

16.06.2016

Hamiləliyin gedişinə nəzarət etmək üçün, eləcə də ananın və dölün səhhətində baş verən mümkün sapıntıları vaxtında aşkarlayaraq aradan qaldırmaq məqsədi ilə həkimlər, hamiləliyin müddətindən asılı olaraq, bu və ya digər müayinələrin aparılmasını nəzərdə tutan hamiləliyə nəzarət planı işləyib hazırlayıblar.

Hamilelikde muayinelerHamiləliyin gedişinə nəzarət etmək üçün, eləcə də ananın və dölün səhhətində baş verən mümkün sapıntıları vaxtında aşkarlayaraq aradan qaldırmaq məqsədi ilə həkimlər, hamiləliyin müddətindən asılı olaraq, bu və ya digər müayinələrin aparılmasını nəzərdə tutan hamiləliyə nəzarət planı işləyib hazırlayıblar.

Hamiləliyin 12-ci həftəsində (hamiləlik üzrə qeydiyyata düşərkən) aşağıdakılar tövsiyə olunur:

  • Tam mama-ginekoloji müayinə, o cümlədən xarici baxış, çanağın və çəkinin ölçülməsi, ginekologiya kürsüsündə müayinə;
  • Stomatoloq, otolarinqoloq, terapevt və oftalmoloq məsləhətləri və zəruri hallrda, müalicəsi;
  • Ultrasəs müayinəsi;
  • Qan qrupunun, rezus faktorunun və anticisim titrlərinin analizi;
  • Qanın sifilis (RW) və İİV analizi, В və С (HBS və HCV) virus hepatiti analizi;
  • Qanın və sidiyin ümumi və biokimyəvi analizləri;
  • Koaquloqram;
  • Qanın TORCH-infeksiya analizi (toksoplazmoz, sitomeqalovirus, məxmərək, herpes);
  • Xorionik honadotropinin miqdarını müəyyən etmək üçün qanın analizi;
  • Qanda alfa-fetoproteinin analizi (12-ci həftəyədək);
  • Qanda qalxanabənzər vəzi hormonlarının və göstəriş üzrə estriolun analizi;
  • Flora yaxması;
  • Cinsi yolla keçən infeksiyaların analizi (xlamidioz, mikoplazmoz, trixomonoz, süzənək və s.);
  • PAPPA-zülal (protein-A plazma üzrə hamiləliklə əlaqələndirilir) – bu, döldə genetik patologiyanın göstəricisidir.

Hamiləliyin 20-ci həftəsində aşağıdakılar zəruridir:

  • flora yaxmasının təkrar müayinəsi;
  • mütləq ginekoloji müayinə.

hamilenin muayinesiHamiləliyin 25-ci həftəsinə yaxın aşağıdakılar icra olunur:

  • Ultrasəs müayinəsi, 3D ultrasəs müayinəsi, Doppler müayinəsi;
  • Qanda xorionik honadotropinin analizi;
  • Qanda alfa-fetoproteinin analizi;
  • Qanda estriolun analizi;
  • Qanın və sidiyin analizi;
  • Qanın biokimyəvi analizi.

Hamiləliyin 30-cu həftəsində, doğuşdanqabaqkı məzuniyyətin rəsmiləşdirilməsi zamanı  aşağıdakılar icra olunur:   

  • Tam mama-ginekoloji müayinə;
  • Qanın və sidiyin ümumi analizi;
  • Qanın RW, HBS, HBC, İİV analizi;
  • Qanın biokimyəvi analizi;
  • Koaquloqram;
  • Qanın toksoplazmoz, sitomeqalovirus, herpes analizi;
  • Flora yaxmasının analiziHamiləliyin təxminən 38-39-cu həftələrində aşağıdakılar icra olunur:
    • Terapevtlə və göstəriş üzrə digər mütəxəssislərlə məsləhətləşmələr;
    • Ultrasəs müayinəsi, Doppler müayinəsi;
    • Qan qrupunun və rezus faktorunun analizi;
    • Qanın və sidiyin ümumi analizi;
    • Qanın RW, HBS, HBC, İİV analizi;
    • Qanın biokimyəvi analizi;
    • Koaquloqram;
    • Flora yaxmasının analizi
    • Cinsi yolla keçən xəstəliklərin müayinəsi.

    Bilavasitə doğuşdan əvvəl – hamiləliyin 39-40-cı həftələrində sonuncu dəfə ultrasəs müayinəsi keçirilərək uşaqlıq yolunda dölün vəziyyəti dəqiqləşdirilir. Bütünlüklə hamiləlik dövrü ərzində təxminən 20 dəfə mama həkiminə müraciət etmək lazımdır. Hər dəfə müraciət edərkən həkim sidiyin analizinin nəticəsini qiymətləndirir, çəkini və arterial təzyiqi təkrarən ölçür.

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az