Bizə yazın

Yay və hamiləlik.

24.07.2017

Yay gözəl bir fəsildir. Günəşli hava və çimərlik. Lakin bu fəsil, hamilə qadınlar üçün əsl sınaq ola bilər, xüsusən də əgər yay ayı hamiləliyin son aylarına düşürsə.Adətən hamilələr istini çox pis keçirir. Yüksək tərləmə, şişlik, bürkü hamilə qadını sadəcə dəli edir. Amma, əgər sadə qaydalara riayət edilərsə, onda yayı ən xoşbəxt dövr kimi olmasa da, dözümlü etmək olar.

Yay fəslini problemsiz necə keçirmək olar?

  • Qidalanma:

    yayda hamilelik

Yay fəsli, mikroelementlər və vitaminlərlə zəngin olan təzə meyvə, giləmeyvə və tərəvəzlər ilə bol olur. Gün ərzində tərəvəz və meyvə  salatları ilə qidalanmaq daha uyğundur. Ət və ya balıq tipli ağır yeməkləri isə şam yeməyinə saxlamaq məsləhətdir. Təbii ki, allergiyanız olan meyvələrin istifadəsi yolverilməzdir.
Ərzaq məhsullarını bazarda və ya satış mərkəzlərində almağa dəyməz – orada satılan məhsulların necə, hansi şəraitdə, hansı kimyəvi maddələrin qatqısı ilə becərilməsi məlum deyil. Ən yaxşısı, məhsulları ya öz bağ sahənizdən və ya ekoloji cəhətdən təmiz məhsulların satışını edən mağazadan alın.

  • İçki:

Bir çox həkimlər, böyrəklərin işini yüngülləşdirmək üçün hamilələrə, çoxlu su içməyi məsləhət görmürlər. Amma əgər siz çox tərləyirsizsə, onda həkiminizin məsləhəti ilə maye qəbulu mütləqdir. Susuzluq – sizin üçün də, uşaq üçün də çox təhlükəlidir. Həddən artıq su içmədən, susuzluğu yatırmaq olar? Birincisi, yalnız təmiz su içmək lazımdır. Heç bir çaylar, qəhvə, kompotlar, qazlı sular olmamalıdır. İkincisi, içəcəyiniz su, otaq temperaturunda olmalıdır. İsti su içmək xoşagəlməzdir, soyuq su içməkdən doymaq isə çətindir.

  • Geyim:

Yayda sizə təbii parçalı, sərbəst, boş geyim çox kömək edəcək. Hamiləliyin son aylarının yay fəslinə düşməsinin ən böyük üstünlüklərindən biri, hamiləlik üçün heç bir xüsusi geyim almağa ehtiyacın olmamasıdır. Belə ki, adi yuxarı bel xətti olan donlar hamilələr üçün ideal hesab olunur.

  • Günəşdə qaralma

Günəş –  D vitamininin birbaşa mənbəyidir, ona görə də günəş altında olmaq mütləqdir. Lakin bu günəş saatlarının ən aktiv zamanına düşməməlidir.  Gəzmək və qaralmaq, səhər 11-12 qədər, axşam isə saat 16-17 dən sonra daha uyğundur. Hava sizin üçün rahat deyilsə, çıxmamağınız məsləhətdir.  Çox isti havada sərin yerdə və ya kölgədə olmağınız daha yaxşıdır.  Əgər şəhərdən kənara getmək imkanınız varsa, getməyə dəyər. Bağda və ya kənddə isti şəhərə nisbətən az hiss olunur. Lakin orda da gündüz günəşə çıxmaq olmaz!

  • Çimmək

Çimmək olar və lazımdır! Su sakitləşdirir, canlandırır, təzələyir. Evdə tez-tez sərin duş (soyuq deyil) qəbul edin. Təbiətdə, əgər siz çay və göllərin ekaloji təmizliyinə əminsizsə – o zaman orada çimmək olar. Amma istənilən halda çox uzağa üzməyin! Hamiləlikdə qıcolmalar ola bilir, ona görə də maksimal dərinlik boynunuza qədər olmalıdır.
Xaricə dənizə istirahətə getmək, məsləhət edilmir. Xüsusən də, hamiləliyin son aylarında yolverilməzdir. Birinci və ikinci rübdə öz həkiminizlə məsləhətləşin. Əgər o icazə verəcəksə – onda getmək olar. Amma, həkimlər çoxdöllü hamiləlikdə, səhhətində problem olan analara, ekm yolu ilə hamilə olan qadınlara və s. kimi hallarda xaricə getməyi məsləhət etmirlər.

  • Gigiyena

Cinsiyyət orqanının gigiyenasına xüsusi diqqət yetirin, çünki isti havada axıntı daha çox fəallaşır. Bu halla üzləşməmək üçün Gündəlik bezlərdən, sintetik alt geyimindən istifadə etməyin.  Tez-tez yuyunmaq və dərhal qurulanmaq lazımdır.

Hamiləlik zamanı dəri mübadilə proseslərində ikiqat iştirak edir, ona görə də siz həmişəkindən daha çox tərləyəcəksiz. Antiperspirant və dezodorantlardan istifadəni minimuma endirmək yaxşı olardı, çünki hamilə qadının dərisi bir çox maddələri aktiv şəkildə mənimsəyir və kimyəvi tərkibli kosmetik vasitələr sizin uşağınıza zərər verə bilər.  Ən yaxşısı tez-tez duş qəbul edin, tər əleyhinə olan təbii vasitələrdən istifadə edin.

Santa Fe, New Mexico, USA --- A pregnant woman sits in a field of daisies in Santa Fe, New Mexico --- Image by © Kerry Sherck/Aurora Open/Corbis

Gördüyünüz kimi, hamilələr üçün olan “yaxşı yay” qaydaları kifayət qədər sadədir. Ona görədə onlara əməl edib, hamiləliyin ən gözəl anından həzz almağa çalışın. Körpənizə həyatınızın ən gözəl məqamları haqqında, yay haqqında danışmağı unutmayın. Əgər sizə çətindirsə, o zaman yada salın ki, növbəti yayı, siz artıq onunla bir yerdə qarşılayacaqsız.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan