Bizə yazın

Uşaq ana bətnində tərs durursa..

09.12.2016

Körpə ana bətnində həmişə hərəkət halındadır. Ananın qarnındakı amnion mayesi körpəyə rahat hərəkət edə bilməsinə imkan yaradır. Rahat hərəkət edən körpə doğuma yaxınlaşdıqca son şəklini almağa başlayır. Ümumiyyətlə gözlənilən vəziyyət körpənin başının aşağı tərəfdə olmasıdır. Bəzən körpə bu mövqeyi almır və bu tərs gəliş kimi ifadə olunur. Bu vəziyyətdə körpə başı yuxarıda oturacaq hissəsi isə aşağıda olur.

Uşağın bətndə durma tərzinin əhəmiyyəti nədədir?

Baş orqanları arasında ən vacib orqan beyindir. Uşağın başının əvvəl gəlməsi beyinə zərər dəyməməsi üçün vacib mərhələdir. Normal doğumda baş birinci çıxmalıdır. Əks təqdirdə əvvəl ayaqların çıxması demək hələ tam açılma olmamışdan körpənin gəlməsi deməkdir. Sonrasında gələcək olan baş hissəsi məcburiyyətlə uşaqlıq boynundan keçirilə bilər  və buda  zədələnmə ehtimalını artırır. Bütün bu səbəblərə görə tərs gəliş normal doğum kimi qəbul olunmur. korpenin ters durumu

Ana bətnində körpənin tərs durmasının səbəbi nədir?

36-cı həftədə körpə son vəziyyətini alır. Və bu həftədə son UZM edilməsi vacibdir. Körpənin tərs durmasına səbəblər;

  • təkrar doğum
  • amniyon mayesinin balanssızlığı (az və ya çoxluğu)
  • uşaqlığın anomaliyası
  • körpə inkişafının pozuntusu

Doğumdan öncə tərs durumu düzəltmək olarmı?

Bu vəziyyıtdə həkim bunu düzəltməyə cəhd edə bilər lakin, bu vəziyyətin incəlikləri vardır. Həkimin bu vəziyyətdə çox təcrübəli, ananın isə kök olmaması vacibdir. Və bütün bu şərtlərin uyğun olmasına baxmayaraq bu risklidir. Tətbiq əsnasında körpə və ana zərər görə bilər. Körpənin sümüklərində qırılmalar ola bilər. Körpə və ananın daxili orqanları bu vəziyyətdə zərər görə bilər. Bu durumun müvəffəqiyyətli olma ehtimalı ancaq 50%-dir. Hər şeyə baxmayaraq təcili vəziyyət qarşısında yenə qeysəriyyə ilə doğum ediləcək mühitinə hazır halda olması mütləqdir. Həkimlər bu riskli vəziyyətdə qeysəriyyə əməliyyatını seçim edəcək. Körpə kifayət qədər oksigen ala bilməmə vəziyyətindən ötəri körpənin çevrilməsi çox da yaxşı bir seçim deyil. Buna görədə tərs gəliş normal doğum kimi qəbul edilmir.

Körpənin çevrilməsinə necə kömək etnək olar?

32-ci həftəyə kimi heç bir şey etməyə ehtiyac yoxdur. 32-ci həftədən sonra körpə tərs duruşdadırsa, bir neçə yollar vasitəsilə ona kömək etmək olar.

  • Bunun üçün hamilələr üçün məktəblərdə xüsusi idman təlimləri var. Ondan istifadə edə bilərsiz.
  • Əgər əks göstəriş yoxdursa, hovuzda üzmək. Eləcədə aqua-təlimlər kömək edir. Bu təlimlərdən əvvəl həkiminizlə məsləhətləşməniz mütləqdir.
  • Beyinə yeritmə üsulundan istifadə edin. Körpənizlə ondan çevrilməsini xahiş edin. Adətən niyəsə uşaq atanın səsinə daha tez reaksiya verir. Uşaqla qarının aşağı hissəsindən danışmaq lazımdır. Bu halda uşaq səs gələn tərəfə çevrilə bilər.
  • Sakit gözəl musiqili pleyer qulaqcığını qarının aşağı hissəsində saxlayın. Səs körpəni musiqi tərəfə yönlənməyə vadar edə bilər. Bu effektli üsul ola bilər.

Əgər bu təlimlər zamanı birdən şiddətli təkan hiss etsəz, çox gümanki siz istəyinizə nail olduz və körpə çevrilməyə razı oldu. Bu mövqeyi möhkəmləndirmək üçün piyada yürüş lazımdır. Nəticədən əmin olmaq üçün ultrasəs müayinə etmək lazımdır. korpenin basi asagi dururmu

Unutmayınki bütün bunlar 35-ci həftəyə qədər aktualdır. Buna qədər narahat olmağa tezdir. Bəzən uşaqlar tam doğum qabağı çevrilirlər. Ona görədə nikbin olun və körpənizi tez-tez sığallayın. Onu necə sevdiyinizdən, onun yolunu gözlədiyinizdən danışın və hər şery yaxşı olacaq!

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan