Bizə yazın

Dölyanı maye

17.04.2017

Hamilə qadının bədənində hər şey, körpənin sağ-salamat daşınıb, dünyaya gətirilməsi üçün qurulmuşdur.  Məsələn, dölyanı maye – tərkibinə görə unikal olan bu maye, dölü doqquz ay boyunca əhatə edərək, ətraf mühitin mənfi təsirlərindən qorunmasında, dünyaya gəlməsində çox mühüm rol oynayır.

Dölyanı maye necə yaranır?dolyani su

Mayalanmış yumurtahüceyrəsi uşaqlıq divarına yapışaraq, bölünməyə və formalaşmağa başlayır. Və döllük kisə, cift, göbəkbağı, embrion (gələcək körpə) yaranır.

Döllük kisənin daxilində tam steril maye (amniotik maye) yaranır. Hamiləliyin ikinci həftəsinin sonunda kisə tamamilə uşaqlığı doldurur və 14 həftəyə qədər amniotik maye dəri vasitəsilə uşağın bədəninə keçir. Sonra dəri keratinlə zənginləşərək qalınlaşır və bundan sonra maye həzm yolu ilə daxil, sidiklə xaric olunur

Dölyanı maye, ananın qan damarlarından sızan qan plazmasından yaranır. Hamiləliyin sonrakı mərhələlərində, amniotik mayenin 1/3-nin yaranmasında körpənin böyrək və ağ ciyərləri iştirak edir. Müddətin sonunda onun miqdarı 1-1.5 litrə çatır və hər üç saatdan bir maye tamamilə yenilənir.

 

Dölyanı mayenin tərkibi:

Dölyanı mayenin tərkibi  kifayət qədər mürəkkəb və hamiləlik müddətindən asılı olaraq dəyişir:

  • Zülallar, karbohidratlar, yağlar;
  •  Vitaminlər, mineral maddələr;
  •  Fermentlər, hormonlar;
  •  Oksigen, karbon qazı;
  • Müxtəlif qida maddələri və s.

Dölyanı mayenin əsas funksiyaları:

  • Dölün qidalanması;
  • Sabit tempiraturun (37 dərəcə Selsi) və təzyiqin saxlanması;
  • Mexaniki zərbələrdən dölün qorunması. Dölyanı maye xaricdən gələn zərbənin gücünü azaldır;
  • Dölün  infeksiyalardan qorunması;
  • Dölün sərbəst hərəkətinin təmin edilməsi;
  • Dölün yüksək səsdən qorunması və s.

Dölyanı mayenin müayinə üsulları:

Dölyanı maye, dölün inkişafı və vəziyyəti haqqında çox mühüm məlumatlar verir. Laborator araşdırmalar zamanı: onun rəngi, miqdarı, şəffaflığı,  konsistensiyası, tərkibi müəyyən olunur.

  1. USM (ultrasəs müayinə) – zamanı əsas diqqət dölyanı mayenin miqdarına verilir. Mayenin miqdarı azad sahələrin ölçülərinə görə hesablanır.
  2. Amnioskopiya – vaginadan döl kisəsinə yeridilən xüsusi aparat vasitəsilə keçirilən müayinədir. Bu müayinə vasitəsi ilə dölətrafı mayenin rəng və miqdarını aydınlaşdırmaq olur. Amnioskopiya hamiləliyin sonunda, uşaqlıq yolunun doğuma hazır olması zamanı keçirilir.

dolyani mayenin muayinesi

  1. Amniosentez – proseduru dölyanı mayenin alınması məqsədilə həyata keçirilir. Amniotic mayenin nümunəsi: biokimyəvi, hormonal və sitoloji müayinə üçün istifadə olunur. Bu prosedurun əsas göstəricisi dölün xromosom xəstəliklərinin müayinəsidir. 

amniosentez

Dölyanı mayenin əsas patologiyaları

Hamiləliyin normal inkişafı üçün dölyanı maye, kimyəvi tərkibinə və miqdarına görə müəyyən qaydada olmalıdır. Dölyanı mayenin istənilən dəyişimi patologiyanın olmasından xəbər verir:

  • Dölyanı mayenin azlığı:

Dölyanı mayenin azlığı – onun miqdarının 500 ml və daha az olması deməkdir. Dölyanı mayenin azlığı,  dölün inkişafının ləngiməsinə, xroniki oksigen çatışmazlığına, dölün ana bətnində infeksiyaya yoluxmasına səbəb ola bilər. Mayenin kəskin azalması nəticəsində göbək bağının döl ilə uşaqlıq divarı arasında sıxılaraq, oksigen çatışmazlığı yaranarsa döl həlak olar.

Bu patalogiyda doğum vaxtından əvvəl və fəsadlarla baş verə bilir. Nəticədə bir çox belə hallarda doğum qeysəriyyə əməliyyatı üsulu ilə aparılır.

dolyani mayenin azligi

 

  • Dölyanı mayenin çoxluğu:

Dölyanı mayenin tək azlığı deyil, onun çoxluğuda (1.5 l-dən çox) təhlükəlidir. Dölyanı mayenin çoxluğu – əksər hallarda çoxdöllü hamiləlikdə, anada şəkərli diabet olduqda, rezus-uyğunsuzluq olan hamiləlikdə, dölün inkişaf anomaliyaları və dölün ana bətnində olarkən infeksiyalara yoluxması hallarında baş verir. Meyinin həddən artıq çox olması nəticəsində, döl aktiv hərəkətdə olur. Buda göbək bağının onun boynuna və ya bədəninə dolanması ilə nəticələnə bilər. Dölyanı mayenin çoxluğu doğuşun vaxtından əvvəl baş verməsi, ciftin vaxtından qabaq qopması və uşağın həlak olması ilə də nəticələnə bilər.

dolyani mayenin coxlugu

Dölyanı mayenin axması

Sancı zamanı körpənin başı, uşaqlıq yolunu açmaq üçün uşaqlıq boynuna itələnir. Və ətrafında yığılan maye bu təzyiqi bir qədər yumuşaldır və uşaqlıq boynu daha rahat açılır.

Döllük kisənin partlaması, dölyanı mayenin axması doğumun başlamasından xəbər verir və idealda vaxtında olmalıdır. Bu prosesin tez baş verməsi, vaxtından əvvəl doğumdan xəbər verir və bu halda təcili xəstəxanaya müraciət edilməlidir.

Normada dölyanı maye doğuş prosesinin ilk hissesində (uşaqlıq boynunun 4 sm açılışında) xaric olur. Güclü bir sancı zamanı kisə gərginləşərək, partlayır. Nəticədə dölın baş hissəsinin qarşısında olan 100-200 ml olan ön maye axır. Mayenin digər qalan hissəsi körpə doğulandan sonra axır.

Əgər dölyanı mayenin çox hissəsi doğuş başlayana qədər xaric olursa, bu döl üçün çox təhlükəlidir. Bunun nəticəsində dölün infeksiyaya yoluxması, oksigen çatışmazlığı, hətta dölün həlak olması baş verə bilər. Bundan başqa dölyanı mayenin erkən xaric olması, doğuşu xeyli dərəcədə çətinləşdirir. Buna görə də dölyanı maye erkən xaric olduqda, dərhal hamilə qadın doğum evinə çatdırılmalıdır. Doğum evində qadının vəziyyətinə uyğun olaraq, onun hamiləliyinin sonrakı mərhələsi üzrə həkimlər tərəfindən müəyyən bir qərar qəbul edilir.

Bəzən hələ doğuma xeyli vaxt qalmış, hiss edilmədən dölyanı mayenin az-az miqdarda xaric olması baş verir. Səbəb; döl kisəsinin uşaqlıq boynu yaxınlığında deyil, bir qədər yuxarıda partlamasıdır.

Dölyanı mayenin azlığı nəticəsində uşaq həlak ola bilər. Ona görə də hamilə qadın hər zaman öz vəziyyətinə diqqət yetirməlidir. Belə hal hiss edilərsə təcili olaraq, həkimə müraciət edilməlidir.

Bu vəziyyətlərdən hər biri həkim yardımı tələb edir, ona görə də hansısa şübhəli hal zamanı öz ginekoloqunuza müraciət eyməlisiz. Daha əmin-amanlıq üçün mütamadi müayinələrdən keçmək lazımdır.

 

Döllük kisəni suni açılmasının səbəbləri

Döl kisəsinin açılması qadınlar arasında suallar doğurur. Axı niyə döllük kisəni açırlar? Açılma səbəbinin ən geniş yayılmış halları aşağıdakılardır:

  • Əgər sancılar zəifləyibsə, onda döllük kisənin açılması onları gücləndirə bilər və əlavə stimulyasiyaya lazım gəlməyəcək.
  •  Bəzən döllük kisənin ön mayesi olmur. Nəticədə döllük kisə uşağın başına yüksək səviyyədə gərilir və doğum prosesi ləngiyir.
  •  Nadir hallarda, döllük kisə çox qalın olduğundan, hətta uşaqlıq boynunun tam açılışında belə açılmır. Bu halda doğum prosesi uzanır və belə qalın döl kisəsi dölün irəli hərəkətinə maneə olur.

Unutmayın ki, artıq siz yalnız öz sağlamlığınıza deyil, həmdə bətninizdə yaranan yeni həyata cavabdehsiz!

 

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan