Bizə yazın

Hamiləlikdə fol turşusu (B9 vitamini)

25.05.2017

Fol turşusu (B9 vitamini) – bu preparat istisnasız olaraq, bütün gələcək analara  təyin edilir. Bu mühüm element, mayalanma prosesində və uşağın inkişaf və daşınmasında mühüm rol oynayır. Fol turşusu haqqında nələri bilmək vacibdir?

Bioloji rolu

Hamiləlik zamanı sintetik vitaminlərin ziyanı və faydası barədə çox danışırlar. Bəzi mütəxəssislər vitamin komplekslərinin, planlaşdırma mərhələsində qəbulunun lehinə, bəziləri isə əleyhinədir. Və yalnız tərkibindəki, fol turşusu mövcudluğu mübahisəni səngidir. Demək olar ki, bütün həkimlər B9 vitamini haqqında bir ağızdan deyirlər ki, vitamin dölün ahəngdar inkişafı üçün bütün hamiləliyin normal cərəyan etməsi üçün çox vacibdir.

Fol turşusunun faydası

  • Yeni hüceyrələrin yaradılmasında iştirak edir;
  • Bu DNK və RNK sintezinə təsir göstərir;
  • Qanyaranma proseslərində iştirak edir;
  •  İmmun sistemini dəstəkləyir;
  • Bədxassəli törəmələrin inkişafına maneə olur;
  • Sümük iliyi işini aktivləşdirir;
  • Amin turşularının, zülal və faydalı mikroelemetlərin mənimsənilməsini təmin edir;

Fol turşusu – nuklein turşuları sintezində iştirak edən elementdir. Onsuz, insan orqanizminin hüceyrələrinin tam bölünməsi prosesi baş verməz. Bu vitamin hamiləliyin ən erkən mərhələsindən çox vacibdir,  çünki məhz bu zaman embrionun bütün daxili orqanlarının və sinir sisteminin strukturunun formalaşması prosesi gedir.

Hamiləliyin planlaşdırılması zamanı fol turşusunun rolu

Aparıcı həkim-ginekoloqlar B9 vitamininin, uşaq mayalanmasından xeyli əvvəldən qəbuluna başlamağı tövsiyə edirlər. Belə yanaşma müasir qadınların əksəriyyətinin hipovitaminozun yüksək riski ilə bağlıdır. Ekoloji cəhətdən əlverişsiz yerdə yaşanması, rasionsuz qidalanma – fol turşusunun organizmə daxil olmasını çətinləşdirir. Mayalanma zamanı, gələcək ananın bədənində B9 vitamininin çatışmazlığı, embrionun inkişafında olduqca pis təsir edir. İlk üçay dövründə fol turşusunu çatışmazlığı bir sıra ciddi qüsürlara: sinir sisteminin anomaliyasına, düşüyə, dölün inkişafının ləngiməsinə səbəb ola bilər.

Yadda saxlamaq vacibdir ki, fol turşusu ən erkən mərhələdə embrion inkişafı üçün lazımdır. Qadınların əksəriyyəti menstruasiyanın gecikməsindən sonra, mayalanmanın 2-3 həftəsində hamiləlik haqqında xəbardar olurlar. Bu zaman embrion fəal inkişaf edir, bütün vacib orqanların təməli qoyulur. Buna görə də mama həkimlər hamiləliyin planlaşdırılması mərhələsində fol turşusunu içməyi məsləhət görürlər. Belə olan halda ovulyasiya zamanı, gələcək ananın orqanizmində B9 vitaminin çatışmazlığı olmayacaq və ən erkən vaxtdan embrionun normal inkişafı təmin olunacaq.

Kişilər üçün fol turşusu

B9 vitamini  tək qadınlara deyil, həm də kişilərə təyin edilir. Kişilərin orqanizmində fol turşusu aşağıdakı funksiyaları yerinə yetirir:

  • Spermatozoidlərin hərəkət və həyat qabiliyyətini artırır;
  • Sağlam olmayan kişi hüceyrələrinin sayını azaldır və uşağın anadangəlmə patologiya ilə doğulma riskini azaldır;
  •  İmmun sistemini fəallaşdırır və orqanizmin ümumi tonusunu artırır;

B9 vitamininin qəbulu, hər iki tərəfdaş üçün sağlam uşağın doğulması şansını artırır və hamiləliyin ağırlaşma riskini xeyli azaldır.

Fol turşusu mənbələri

B9 vitamini bir çox məhsullarda mövcuddur:

  • ət (qaraciyər);hamiləlikdə fol tursusu
  • balıq
  • göyərti (ispanaq, soğan, cəfəri, kahı, şüyüd);
  • qoz;
  • yarma (qarabaşaq, yulaf);
  • meyvə (şaftalı, ərik, sitrus meyvələri);
  • tərəvəz (çuğundur, kartof, xiyar, balqabağ);
  • giləmeyvə (xüsusilə çiyələk);
  • süd məhsulları (kəsmik, pendir);

Təəssüf ki, fol turşusu orqanizm tərəfindən həmişə yaxşı sorulmur. Hətta balanslaşdırılmış qidalanma B9 vitamininin lazımi həcmdə mənimsəməsinə zəmanət vermir. Məhz buna görə də bütün qadınlara hamiləlik zamanı B9 vitamininin həblərlə qəbulu tövsiyə olunur.  Fol turşu tərkibli sintetik preparatlar, orqanizm tərəfindən yaxşı mənimsənilir, toxuma və hüceyrələrin optimal konsentrasiyasıtəmin edir.

 Tətbiqi sxemi

Fol turşusunun qəbuluna, hamiləliyin təsdiqləndiyi zaman dərhal başlanılmalıdır. Bəzi qadınlar mayalanmadan hələ çox əvvəldən vitamini içməyə başlayırlar. Bu halda balaca hələ ilk günündən lazımi həcmdə faydalı elementlə təmin olunacaq. Bütün qadınlara hamiləlikdən ən azı 3 ay əvvəldən fol turşusunun qəbulu tövsiyə olunur.

ÜST-nin tövsiyələrinə əsasən, hamilə qadınlar üçün fol turşusunun optimal dozası 400-800 mq təşkil edir. Maksimal gündəlik doza 5 mq-dır. Fol turşusunun yüksək doza qəbulu praktiki olaraq, mümkün deyil.  Artıq vitamin dəyişməz formada, bədən fəaliyyətinə təsir etmədən, böyrək tərəfindən ifraz olunur.

Fol turşusu 14-16 həftəlik hamiləliyə qədər fasiləsiz kursu təyin edilir. Ondan sonra B9 vitaminin qəbulu vacib deyil. Bəzən bütün hamiləlik boyu fol turşusunun qəbuluna icazə verilir. Bu halda da da o zərərli olmayacaq. Fol turşusu hamilə qadınlar üçün olan vitamin komplekslərin tərkibinə daxildir. Bu vitaminlərin qəbulu zamanı, əlavə fol turşusunun qəbulu təyin edilmir.

Fol turşusunun dəqiq qəbul dozasını həkim ginekoloqla məsləhətləşməniz tövsiyyə edilir.

 

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan