Bizə yazın

Hamiləlik zamanı qarının qaşınması

09.01.2017

Hər ikinci gələcək ana hamiləlik zamanı qarın qaşınması ilə rastlaşa bilər. Bu çox xoş olmayan bir xüsusiyyətdirki, adətən ananı bu dövrdə yetəri qədər narahat edir. Bu halın səbəbi və nə qədər ananın və uşağın gələcəyi üçün təhlükəli ola biləcəyinə aydınlıq gətirək.

Hamiləlikdə qaşınmanın yaranma səbəbi

Hamilənin qarının qaşınması bir çox səsbəblərdən ola bilər. Onlardan bəziləri tamamilə normal, digərləri isə mütəxəssislə müalicə tələb edir. Adətən hamilə qadın qarın ətrafı qaşınmanı hamiləliyin ikinci rübündə hiss etməyə başlayırki, bu da dölün intensiv artımı dövrüdür. Orqanizmdə hormonal dəyişikliklərin baş vermə səbəbindən dəri həddindən artıq quruyur və qarının getdikcə böyüməsi zamanı dərinin dartılması  və çatların yaranmasına səbəb ola bilər.

Elə olurki qaşınma ele hamiləliyin ilk həftələrindən başlayır, əlbətdə burada heç bir dəri dartılmasından danışmaq olmaz, axı qarın hələ böyüməyir. Səbəb adətən sintetik paltara, yuyucu vasitələrə və ya kosmetikaya olan allergik reaksiya olur.  Allergik reaksiya qida məhsullarından da yarana bilər, axı heç kimə sirr deyil ki, bir çox qadınlar hamiləlik zamanı hansısa xüsusi dad meyillərini artırıb, eyni bir məhsulu gündə bir neçə dəfə istifadə etməyə hazırdır. Hətta əgər siz hamiləlikdən əvvəl heç vaxt allergiyanız olmayıbsa, hamiləlik zamanı buna yüksək ehtimal var. Əvvəllər istifadə etdiyiniz kosmetik vasitələr indi size heç uyğun olmaya bilər, bu zaman dəri güclü qaşına və səpməyə meyilli ola bilər.  İş ondadır ki, müxtəlif növ kosmetik vasitələrdə ( duş geli və ya kremlər) çox miqdarda ətirləyici və konservantlar qatılırki, hamilə bədən onu qəbul etməyə imtina edir.

Qarın əsəb zəminində də qaşına bilər, çünki hamilə qadın ifrat dərəcədə həyacanlı və narahat olur. Belə olan halda gələcək ana tək qarınından deyil, bədəninin digər hissələrində də dəri qaşınmasından şikayətlənir.

Hamiləlik zamanı qarın nahiyəsində diskomfort və güclü qaşınma hissi qaraciyər və öd kisəsi sahəsində pozuntular barədə xəbər verə bilər. Öd kisəsinin pis işləməsi dəri qıcıqlanmasına, onun saralması və qaşınmasına səbəb olur. Bu hal gecə saatlarında daha çox özünü biruzə verir.

Qarın qaşınması öhdəsindən necə gələk?hamilelikde qarin qasinmasi

Hamiləlik zamanı qarın qaşınırsa, ilk əvvəl qaşınma səbəbini aydınlaşdırmaq lazımdır. Dərinin qaşınma səbəbini yalnız həkim bilə bilər. Bəzi hallarda (Xolestaz və ya allergik reaksiyalar) xüsusi analizlərdən keçirilməsi tələb olunur. Müayinənin alınmış nəticələrinə əsasən, ehtiyac olarsa həkim müalicə təyin edəcək.

Dəri diskomfortunu, dartılmasını və qaşınmasını azaltmaq üçün düzgün qulluq kömək edəcək:

  • Gündə iki dəfə ilıq duş qəbul edin — məlum olduğu kimi, uşaq gözləmə dövründə metabolizm prosesləri müvafiq olaraq güclənir və qadın daha çox tərləyir.
  • Qulluq vasitələri —  yalnız gələcək ana üçün xüsusi nəzərdə tutulmuş  vəsitələrdən və ya üzərində «hipoalergen» nişanı ilə qeyd olunan vəsitələrdən istifadə edin.
  • Ölçünüzə uyğun, təbii parçalı geyimə üstünlük verin.
  • Hamiləliyin ikinci rübündən başlayaraq, qarın, bud, döş dərisinə çapıqlara qarşı olan xüsusi kremlerdən və ya adi zeytun yağından çəkin. Bu quru dərini doyduracaq, onun  gözəllik və elastikliyini qoruyub saxlamağa kömək edəcək.

Gərginlik fonunda yaranan qaşınmaya nanə əlavəsi ilə ot çay dəmləməsi və hamilənin təmiz havada gəzişməsi kömək edə bilər.

Yadda saxlayınki, hər şey həddində olmalıdır: Bir növ (məsələn, şokolad, sitrus və ya balıq) məhsullar üzərində dayanmaq lazım deyil — hamilə qadın rasionunu diqqətlə düşünməlidir, bu rasiona kəsmik, ət, dənli bitkilər, təzə tərəvəz və meyvə əlavə olunmalıdır. Gələcək uşağın sağlamlığ axı bundan asılıdır.

 

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan