Bizə yazın

Doğumda çatlar və kəsiklər. Onların profilaktikası.

27.12.2016

Doğuma daha az zaman qaldıqca, qadın bu haqda daha çox fikirləşməyə başlayır. Kimsə sevinclə, kimsə səbirsizləklə bu anı gözləyir. Hər kəs fərqli düşünür, lakin hər kəsdə kiçikdə olsa qorxu hissi keçirir. Axı hər qadın körpəsinə və öz sağlamlığına görə narahatdır. Bu qorxu daha çox ilk qarınlı hamilələrdə olur. Onları nə gözlədiyini onlar nəzəri olaraq bilirlər. Lakin nəzəriyyə ilə təcrübə çox vaxt üst-üstə düşməyə bilər. Əlbətdəki, doğum hər qadında fərqli individual keçir. Beləliklə bu barədə əvvəldən bilmək, sözün yaxşı mənasında silahlı olmaq deməkdir. Bu barədə bilgili olmaq faydalı və həlledici ola bilər. Misal üçün doğumda çatlar və onların qarşısın necə almaq olar?

Çat riskini artıran amillər

Çatlar doğumun ilk mərhələsinin sonu, ikinci mərhələnin əvvəlində baş verir. Adətən yumuşaq toxumaların zədələnməsi ilk doğumlarda yaranır. Qadının uşaq yolu uşağın doğumu zamanı əhəmiyyətli gərginliyə məruz qalır. Nəticədə yumşaq derinin catllamasına səbəb olur. Çatlar əhəmiyyətsiz kiçik və dərin ola bilər. Ciddi zədə qanaxma ilə müşayiət olunur. Çat riskini artıran bir çox amillər vardır;Dogum zamanı catlar

  • Yaşın 30-dan yuxarı olması (dərinin pis dartılması);
  • Genital yollarının iltihabi xəstəlikləri;
  • Böyük döl;
  • Dar çanaq;
  • Şiddətli doğum prosesi;
  • Doğum fəaliyyətinin zəif olması;
  • Doğumda düzgün nəfəs almama;

Çat və ya Kəsik?

Adətən həkimlər çatlanmanın əleyhinə olurlar. Beləki, şatlanmış dərinin kənarlarını sonra mükəmməl birləşdirmək çox çətindir. Bu sonradan tikişin irinləməsinə və ya digər ağır fəsadlara səbəb ola bilər. Buna görədə kritik durumlarda həkim kəsik edir. Bu halda, arzuolunmaz yaralardan xilas olmaq olar; kesilmiş dəri kənarlarını hamar birləşdirmək asan olur və yaralar daha tez sağalır. Hər bir halda doğum bitdikdən sonra həkim diqqətlə doğuş yolunu izləyir, əgər kəsik və ya çat varsa onlara tikiş qoyur. Tikiş ipləri 4-7 gün sonra həkim tərəfindən açılır və ya özü açılan iplər də ola bilir. Yaranın ağırlıq dərərcəsinə görə anesteziya tələb oluna bilər. Qeyd etmək lazımdırki, çatlar daxili, xarici və uşaqlıq boynunda ola bilir. Sonuncu artıq çatın ağırlaşmış formasıdır, bu hal qanaxma ilə müşayət olunur.

Çatlardan necə xilas olmaq olar?

Bu haqda hələ doğumdan çox-çox əvvəl düşünmək lazımdır. Demək olmazki, onlardan tamamilə qurtulmaq olar. Xeyr, amma yaranma riskini azaltmaq olar. gogumda duzgun nəfəs alma

  • Hər şeydən əvvəl sizin doğum zamanı özünüzü necə aparmağınızdan asılıdır. Düzgün nəfəsalmanı öyrənin. Yalnız bu yolla siz özünuz və körpəniz bu təbii, lakin asan yoldan maneəsiz keçə  bilərsiz.
  • Xüsusi vaginal əzələlərin təlimlərini etmək çox faydalıdır. Məşhur Kegel təlimləri təkcə doğuma hazırlıq üçün deyil, həmdə cinsi həyatın yaxşılaşdırılmasında əhəmiyyətli kömək edə bilər. Bu təlimlər istənilən məkan və zamanda edilə bilər. Lakin bəzi hallarda (uşaqsalma riski olarsa) bu təlimləri etmək məsləhət deyil. İlk əvvəl həkiminizlə məsləhətləşməniz düzgün olar.
  • Digər risk – Vaginal və sidik yolunun infeksion və iltihabi xəstəlikləri. 36-cı həftədə son uyğun analizlər alınır. Əgər nəsə aşkar olunarsa, həkim körpəyə zərər dəyməyən preparatlar yazacaq. Preparatların qəbulundan sonra əmin olma üçün yenidən analizlər alınacaq.
  • Hamilələr üçün xüsusı yoga və ya təlimlər çatlardan qurtulmağa kömək edə bilər.

Reabilitasiya dövrü

Əgər artıq çat və ya kəsiklər oldusa, gərək tikişlərə qayğı göstərmək lazımdır. Realibilitasiya dövrü – yaranın gündə 1 dəfə dezinfeksiyasından, hər tualetə getdikdə yaranın yuyulmasından ibarətdir. Burada düzgün yuyunmaq ( qabaqdan arxaya doğru), tikişləri yaxşı qurutmaq vacibdir. Ən yaxşısı yuyunduqdan sonra bir qədər paltarsız uzanasızki, tikişlər qurusun. İlk 2-3 gün böyük bayıra getmək məsləhət deyil. Bu tikişlərin dartılaraq açılmasına gətirib çıxara bilər. Buna görədə xüsusi pəhriz saxlamaq lazımdır. Əgər siz böyük bayıra getmək istəyindəsizsə, nəcisin yumuşalması üçün növbətçi mamasından sizə qliserin şamını verməyini xahiş edə bilərsiz. Bu çətin halda 1 aya yaxın (hər kəsdə fərqli olur) tam olaraq oturmaq məsləhət deyildir.

Diqqət yetirin!

Kəsik və çatların ağırlaşma riski hələ uzun zaman davam edəcək. Yuxarıda qeyd olunan qaydalara əməl etmək çox vacibdir. Tikişlərin vəziyyətini hər zaman izləyin. Əgər bir azda olsa irinləmə, şişmə, dartılma, diskomfort hiss edirsizsə, dərhal həkiminizlə əlaqə saxlayın.Doğumda yarıq və kəsiklər haqqında vacib bilgilər!..Yadda saxlayınki, doğum təbii prosesdir. Hər bir qadın bu yolu keçir və sizdə də alınacaq. Sadəcə bir az hazırlaşın və hec bir halda panik etməyin!

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan