Bizə yazın

Hamiləlik niyə baş vermir

03.05.2017

Yəqin ki, uzun müddətdir körpə arzusundasınız! Heç bir infeksion xəstəliyiniz yoxdur, ovulyasiya və hormonlar qaydasında olduğu halda, yenə də gözlənilən hamiləlik baş vermir.  Bu zaman siz, öz orqanizminizi diqqətlə yoxlamalısınız. Həkim ginekologunuzdan başqa, digər mütəxəssislərin müayinısindən keçməyin əsl zamanıdır. Burada siz, hamiləliyin baş verməməsinin, 10 ən aktual səbəblərini araşdıra bilərsiz.

  1. Mütləq, tərafdaşınızı həkim-androloqa göndərin:

    O, sperma analizini təhvil verib, nəticələr haqqında həkimlə müzakirə edəcək. Spermatozoidlərin hərəkətliliyinin pozulması, mayalanma üçün yetərli sayda olmaması və həmçini spermatozoidlərin böyük konsentrasiyası — döllənməyə təsir edir.

    spermatazoid

  2. Qalxanabənzər vəzinin funksiyasının yoxlanması:

    Bunun üçün xüsusi qan analizi vermək və eyni zamanda endokrinoloq ilə qalxanabənzər vəzinin ultrasəs müayinəsini etmək lazımdır.

  3. Kariotip analizinin verilməsi:

    Kariotip anlizini genetik təyin edir. Bu müayinə xromosom səviyyəsinin qiymətləndirilməsinə kömək edəcək.

  4. Qanın laxtalanması müayinəsi:

    Çox yüksək qan laxtalanması, uşaqlıqda, mayalanmış yumurtahüceyrəsinin birləşmə hissəsində tromboz yarada bilər. Yüksək laxtalanmanın digər ağır nəticəsi — embrionun qida pozuntusuna səbəb olur. Bu da düşüyə gətirib çıxarır.

  5. Postkoital testi: 

    Bu test spermatozoidlə uşaqlıq boynu seliyinin arasındakı qarşılıqlı əlaqəni müəyyən edir. Çox güman ki, sizin uşaqlıq boynu seliyinin xarakteri spermatazoidin uşaqlığa düşməsinə maneə törədir.

  6. İmmunoloji müayinə:

    İmmunoloji müayinə — tərəfdaşların fərdi uyuşmazlığını təyin edir. Qadının uşaqlıq boynu hüceyrələri tərəfindən ifraz olunan seliyin tərkibində spermatozoidlərə qarşı anticisimlərin olmasını, immunoloji müayinə zamanı aşkar olunur.

  7. Laparoskopiya müayinəsi:

    Laparoskapiya müayinəsi — yumurtahüceyrəsinin mayalanmasına maneə törədən, uşaqlıq borularının keçməzliyini müəyyən edir.  Bu, sonsuzluğun daha tez-tez rast gəlinən halıdır. Uşaqlıq borularının keçilməzliyinə səbəb: anadangəlmə inkişaf qüsurları, keçirilmiş infeksion xəstəliklər ola bilər. Bu zaman spermatazoidlərin keçməsi üçün çox kiçik bir keçid qalır və yumurta hüceyrəsi ilə spermatazoid birləşə bilmir.

    laporaskopiya

  8. Histeroskopi proseduru:

    Mayalanmanın baş verməməsinə səbəb, uşaqlıq anomaliyası: miomlar və ya arakəsmələr ola bilər. Müxtəlif fikirlərə görə onlar, ultrasəs müayinə zamanı görünməyə bilər. Bu halda histeroskopi proseduru müəyyən edilir.

    hiperoskopiya

  9.  Yəqin ki, siz öz həkim — ginekoloqunuzdan əmin deyilsiniz?!

    Nəzərə alın ki, məntəqə həkimləri sonsuzluğun müalicəsi üçün ixtisaslaşmırlar. Bu halda, ən optimal həll yolu: daha ixtisaslaşmış həkimə müraciət etməkdir. Xüsusilə indi sonsuzluğun müalicəsi ilə məşqul olan çoxlu sayda klinikalar vardır. Onlar haqqında internetdə oxumaq, müalicəsi nəticələnən hamilə xanımlardan araşdırıb öyrənmək olar.

  10. Psixoterapevtə müraciət etmək:

    Çox tez-tez qadınlarda sonsuzluğun səbəbi məhz onların psixoloji vəziyyətindən asılı olur. Bu halda heç bir hazır məsləhət yoxdur. Psixoterapevtə müraciət edərək, özünüzü anlamağa və çoxdan gözlənilən anı yaxın zamana təsadüf etməsinə kömək edin.

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az