Bizə yazın

EKM uşaqları fərqlənirmi?

17.07.2017

Ekstrakorporal mayalanma (EKM) etməyi düşünən cütlükləri hər zaman bir sual maraqlandırır: EKM-dan sonra doğulan uşaqlar, təbii yolla mayalanan uşaqlardan fərqi varmı? Onlar hansısa xəstəliklərə məruz qalırmı? Sonrakı nəsillərdə hansısa dəyişiklik baş verə bilərmi?

Qeyri-müəyyənlik qorxusu o qədər böyük olur ki, onlar laboratoriya şəraitində mayalanan uşağın doğum ideyasından imtina edirlər. Amma əslində EKM gələcəkdə genetik anormallıqlara səbəb olmur. Əmin olmaq üçün, embrionun anadan kənarda necə yaranmasını başa düşmək lazımdır.

Ekstrakorporal mayalanma proseduru qısa ardıcıllığı aşağıdakı kimi təsvir etmək olar:

  1. Gələcək valideynlərdən yumurtahüceyrələri və sperma götürülür.  EKM yolu ile usaq
  2.  Ən keyfiyyətli spermatozoidlərin seçimi aparılır.
  3.  Laboratoriya şəraitində spermatozoidlərlə ilə yumurtahüceyrələri birləşdirilir.
  4. Yaranan embrion genetik tədqiq və müşahidə edilir.
  5. Sağlam embrion uşaqlığa yerləşdirilir.

Cinsi əlaqədən sonra təbii mayalanma prosesi, labaratoriya şəraitində olan mayalanma prosesi yalnız spermatazoidin yumurtahüceyrəsi ilə birləşməsi prosesi ilə fərqlənir. EKM zamanı kişi hüceyrələri uzun yol keçmədən, birbaşa qadın yumurtahüceyrəsinə düşür.

EKM haqqında geniş yayılan 5 səhv fikir

Çox vaxt EKM yolu ilə doğulan uşaqlar cəmiyyət arasında qeyri-adi kimi qarşılanır. Cəmiyyət, EKM uşaqlarının gələcəkdə öz uşaqlarının olmasına, habelə onların əqli və fiziki inkişafının normal olmasına şübhə edir.

Gəlin EKM yolu ilə doğulan uşaqlar haqqında ən geniş yayılan 5 səhv fikirləri aydınlaşdıraq;

  • Zəif doğulurlar və səhhətində problemlər olur:

EKM uşaqları həmişə səlahiyyətli mütəxəssislərin diqqəti altındadır, vaxtında peyvəndlər və ehtiyac zamanı profilaktik prosedurlar teyin olunur. Çoxillik müşahidələr, belə uşaqların tez-tez xəstələnməyə meyilli olmamasını müəyyən edib.

  • Bu uşaqların gələcəkdə öz uşaqları olmaya bilər:

EKM mərkəzinə müraciət edən bir çox cütlüklərin əsas narahatçılığı «doğrudanmı ekm uşaqları gələcəkdə sonsuz ola bilər?» Bu suala cavab vermək üçün mütəxəssislər adətən EKM təcrübəsinin qırxillik statistikasını təqdim edir. Statistikaya görə ekstrakorporal mayalanma (EKM) ilə doğulan uşaqların gələcəkdə təbii yolla valideyn olması tamamilə mümkündür. Bu müddət ərzində «sınaq şüşəsində mayalanan uşaqların» əksəriyyəti xoşbəxt valideynlər olub, buna görə EKM uşaqlarının valideyn ola bilməməsini söyləmək, əsassızdır!

  • Genetik qusurlarla doğulurlar:

Əslində EKM sahəsində qırxillik statistika göstərir ki, ekstrakorporal mayalanmadan sonra genetik qüsurlu uşağın doğulma riski sıfıra bərabərdir. Belə nəticələr yüksək texnologiya, embrionun uşaqlığa yerləşdirilməsindən əvvəl onun diaqostikası hesabına əldə edilir. Embrioloqlar, mayalanmadan sonra embrionun hələ dörd hüceyrədən ibarət olduğu zaman, onu 3-5 sutka ərzində müşahidə edirlər. eko

Bu mərhələdə rüşeymdə müəyyən edilə bilər:

  1. Mümkün inkişaf qüsurları,
  2. Genetik xəstəliklər,
  3. Ağır qüsurlar,

Bu cür diaqnostikadan sonra uşaqlığa tam sağlam embrion yerləşdirlir, buda EKM uşaqlarının sağlam doğulmasının yüksək göstəricisidir.

Başa düşmək lazımdır ki, doğulan körpənin hansı yolla (təbii və ya EKM) mayalanmasından aslı olmayaraq, inkişaf xəstəlikləri riski vardır.

Onun sağlamlığına təsir göstərə bilən amillər: valideynlərin həyat tərzi, yaşayış yerində ekoloji vəziyyət, valideynlərin yaşı və onların mövcud xroniki və genetik ötürülən xəstəlikləridir.

  • Donor yumurtahüceyrəsi ilə yaranan uşaq, valideynlərə oxşamaya bilər:

EKM zamanı mayalanma üçün atanın spermatozoidləri və donor yumurtahüceyrələri lazım olur. Donor yumurtahüceyrəsi adətən yaxın qohumlardan və ya klinika bazasından seçilir. Sonuncu halda, xarici və fizioloji əlamətlərə görə, ananın zahiri görkəminə yüksək dərəcədə oxşayan namizəd seçilir. Bu zaman bütün donorlar, genetik və xroniki xəstəliklər uşağa ötürülməsinin mümkünsüzlüyü üçün geniş müayinədən keçirilir.

  • Zəif inkişaf edir:

Bu prosedurla doğulan uşaqlar üzrə olan ümumiləşdirilmiş müşahidələr əks nəticə göstərir: Sınaqşüşəsində mayalanan uşaqlar daha tez danışır, gəzir, rəqs edir… Onlar həmyaşıdları ilə daha tez dil tapır, daha ünsüyyətcil olurlar və təhsildə çox yüksək nəticələr göstərirlər. Bütün bunlar onunla əlaqədardır ki, belə uşaqlar çoxdan gözlənilən və valideynlər daha yaşa dolmuş olur, onlarla daha çox məşğul olunur  və daha çox birgə vaxt keçirilir.

İsveçli alimlər dünyanın beş ölkəsində, yüzdən çox EKM uşalarını müayinə edərək, sübut etdilər ki, belə uşaqlar həm fiziki, həm də psixoloji cəhətdən təbii yolla doğulan uşaqlardan heç nə ilə fərqlənmir. EKM proseduru zamanı, həkimlər ən yaxşı yumurtahüceyrələri və sperma alır, və ən yaxşı embrion əldə edirlər və ən keyfiyyətli embrionları uşaqlığa yerləşdirirlər. Hətta bir çox professorlar bu yolla doğulan uşaqların daha sağlam olmasını iddia edir. Alimlər sübut ediblər ki, EKM köməyi ilə yaranan beş-yeddi yaşlı uşaqlar boy, çəki, intellekti ilə adi həmyaşıdlarından heçdə fərqlənmir.

Ekstrakorporal mayalanmanın mənfi tərəfləri

Ekm prosedurunun müsbət rəylərinin çox olmasına baxmayaraq, onun mənfi tərəfi də mövcuddur. Bu prosedur zamanı uşaqlıq boşluğuna iki embrion yerləşdirilə bilər, nəticədə onların hər ikisinin bitişməsi, inkişafı mümkündür. İki embrion uşaqlıq boşluğunda uğurla inkişaf etməyə başlayırsa, buna çoxdöllü hamiləlik deyilir.

Burada sual yaranır, EKM-da çoxdöllü hamiləlik, qadın üçün nə qədər təhlükəlidir? Əlbəttə, ikinci uşaq sonsuz ailələr üçün heç vaxt arzuolunmaz olmayacaq, amma belə hallarda hamiləlik dəfələrlə mürəkkəbləşir və orqanizmə düşən yük daha ağır olur. Bu zaman bəzən doğuş vaxtından əvvəl təyin olunur, tez-tez erkən müddətdə düşüklər olur, xüsusilə bir embrionun məcburi uşaqlıq boşluğundan çıxarılması hallarında. eko haqqında

Əlbəttə, belə bir çatışmazlıq, sevinclə çoxdan gözlənilən uşaqla müqayisə edilə bilməz.

Belə prosedurdan keçərkən, uşaq digər uşalara bənzəməyəcək kimi şübhələrə imkan verməyin.

Sadəcə, mütəxəssislərə inanmaq və nəhayət ki, xoşbəxt valideyn olmaq lazımdır.

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az