Bizə yazın

Daşıyıcı ana (Surroqat ana)

18.02.2017

Dünyada təxminən 20% ailənin sonsuzluq səbəbindən, valideyn olmaq şansından məhrumdur. Anadangəlmə ya sonradan qazanılan sonsuzluğa səbəb: kişi və ya qadın cinsi orqanlarının anatomik patologiyası, reproduktiv sistem işinin pozulması və heç bir müalicəyə cavab verməməsi, ağır xəstəliklər səbəbindən qadına doğuşun zərərli olması ola bilər.

Daşıyıcı ana nə deməkdir?

Dünyada ilk dəfə daşıyıcı ana (surroqat ana) 1980-ci ildə 37 yaşlı amerikalı Elizabet Keyn olmuşdur. 1990-ci illərin sonundan Avropa ölkələrində Daşıyıcı Analıq Proqramı tətbiq edilməyə başlamışdır. Bir çox ictimai şəxslər – Alla Pugacova, Filip Kirkorov, Nikol Kidman, Riki Martin, Kristiano Ronaldo bu proqramdan istifadə etmişdir.

Daşıyıcı Ana metodikası ondan ibarətdir ki, genetik ana yumurtası ilə genetik ata spermasından mayalanan 3-5 günlük inkişaf etmiş rüşeym, uşağı daşımağa, onu dünyaya gətirməyə razı olan digər qadının uşaqlığına yerləşdirilir. Bu hamiləliyi daşıyan və doğan qadına “Daşıyıcı ana” deyilir. Burada körpə genetik olaraq öz ana və atasının genetikasını daşıyır. Nadir hallarda uşaqlığı olmayan qadının yumurta vermə şansı olmadıqda, daşıyıcı ana eyni zamanda “yumurta verən” ana da ola bilər. Bu vəziyyətdə daşıyıcı ana körpənin eyni zamanda bioloji anası da sayılır və təbii ki,  körpəyə sahiblənən ananın körpəylə genetik bağlılığı olmur. Bu cür vəziyyətlərdə yumurta, daşıyıcı anadan deyil, üçüncü bir qadından da (qohumda ola bilir) alına bilər. Amma  bu nadir hallarda olur. Potensial daşıyıcı ana bir çox kompleks tibbi müayinələrdən keçməlidir.

Daşıyıcı analıq üsuluna müraciət edənlər:Daşiyici ana

  • Uşaqlığı olmayan qadınlar
  • Uşaqlıqla bağlı müalicə olunmayan harllarda
  • Uşaq düşməsi ilə nəticələnən təkrar hamiləlik hallarında
  • Ananın ciddi ürək və başqa xəstəliyi səbəbiylə hamilə qalmasının və doğum etməsinin həyatı risk yaradacağı vəziyyətlərdə

Hamiləliyin daşınması və doğumun əks göstərişinin olmamasından başqa digər vacib şərtlər mütləqdir:

  • Fiziologiya baxımından daşıyıcı ananın yaşı daha əlverişli, 18-35 yaş arası olmaldır.
  • Daşıyıcı ananın ən azı özünün 1 sağlam uşağı olmalıdır.
  • Ərli olan qadınlardan, əri tərəfindən bu şərtə olan razılıq sazişi tələb olunur.

Daşıyıcı analıq hüququnun tənzimlənməsi

Bir çox dövlətlərdə bu proqram qanunla icazə verilir, əgər genetik ana səhhətinə görə ana olma qabiliyyətindən məhrumdursa. Proqramın həyata keçirilməsindən əvvəl daşıyıcı qadın ilə uşağın gələcək valideynləri arasında müqavilə bağlanır. Müqaviləyə görə, yeni doğulmuş, hüquqi olaraq bioloji valideynlərinə (embrionu istifadə edilən valideynlər) aiddir. Genetik valideynlər körpəyə sahiblənəndən sonra, onu böyütməli və tərbiyə etməlidir. Daşıyıcı ana hüquqi ana roluna iddia edə bilməz.

Daşıyıcı ana proqramının mənfi və müsbət cəhətləri

Daşıyıcı ananın uşağı daşımasının riskli fəsadları, adi hamiləlikdən bir qədər çoxdur. Bu, xüsusilə də hamilikdə olan erkən və gecikmiş toksikoza aiddir, çünki  döl daşıyıcı ana üçün genetik olaraq tamamilə yaddır. Amma dölün inkişafına  daşıyıcı ananın genetik qüsurları, individual fərdi meyillik və ya xasiyyət əlamətləri təsir edə bilməz.

Bu proqram zamanı bir sıra etik və hüquqi problemlər yarana bilər. Belə ki, genetik valideynləri adetən narahat edən məsələ bu proqramda doğumun məxfiliyinin qorunmasıdır, hansı ki daşıyıcı ana müqaviləni ləğv edə bilər və valideynlik hüququnu tələb edə bilər. Əks vəziyyətdə, körpədəki patologiya aşkar olduqda, bioloji valideynlər uşaqdan və müqaviləyə görə ödəniləcək puldan imtina edə bilər. Özü də heç də həmişə patologiya daşıyıcı ana ucbatından baş vermir.  Əksər hallarda daşıyıcı ana proqramına razılıq edən valideynlər, alınan nəticədən razı qalır. Statistikaya görə, hamiləliyi firavan keçırən daşıyıcı anaların sayı təxmini 70% təşkil edir.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan